Redaktor seçimi

Xankəndidə diz çökən Şahramanyan İrəvanda bunu etdi

Qarabağda özünü buraxan separatçıların sonuncu “başçısı” Azərbaycan ordusu qarşısında təslim olsa da, Ermənistana getdikdən sonra yenidən “baş qaldırmağa” başlayıb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, Azərbaycana qarşı cinayət törədən separatçı “liderlər” qandallanaraq, Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var. Mümkündür ki, təslim olan Şahramanyan “bağışlananlar siyahısına” daxil ola bilib. Lakin əsas məsələ S.Şahramanyanın Ermənistanda hansı işlə məşğul olduğudur. Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma “artsax”ın İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır. Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı “tapşırıqlar” verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. Samvelin İrəvana gedən kimi bu addımı atması Azərbaycan ərazisində məhv edilən erməni separatizminin Ermənistanda yenidən davam etdiriləcəyinə işarədir. Bu cəhdlərin praktiki olaraq nəticə verməyəcəyi aydındır, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin ümumiyyətlə sıradan çıxarılması vacibdir. Bunu Ermənistan hakimiyyəti də düşünməlidir.

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyannaməni imzaladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa ilə görüşdə bəyannamə imzalayıb. Yenisabah.az xəbər verir ki, Paşinyan Azərbaycanın ərazisinin 86,6 min kvadratmetr olduğunu bəyan edib. Həmin bəyannamənin mətni Aİ Şurası tərəfindən yayılıb. “Tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar”, - deyə bəyannamədə bildirilib.

“Həbsdəki ermənilər Poladı satqınların verdiyi koordinata əsasən vurduqlarını deyəcəklər”

Qarabağdakı separatçı rejimin keçmiş “prezidentlərinin”  və digər vəzifə tutan şəxslərin həbs olunması illər öncə Ermənistana  casusluq edənlərin də  ifşasını gündəmə gətirib. Qeyd edək ki, məşhur “Aprel döyüşləri”, həmçinin Tovuz döyüşləri barəsində söz düşərkən, hər kəs burada xain izi axtarıb.  Tovuz döyüşlərində şəhid olan Milli Qəhrəman Polad Həşimovun anası Səmaya Həşimova da dəfələrlə mediaya açıqlamasında oğlunun satqınlıq səbəbiylə düşmən gülləsinə tuş gəldiyini deyib. Bəs görəsən, Qarabağdakı terrorçu rejimin həbs edilən başçıları DTX-da bu sirləri aça bilərmi? Gununsesi.info-ya açıqlamasında Səmaya Həşimova bunu istisna etməyib: “Hardan bilmək olardı ki, o zaman Qarabağda kimlər var? Bəyəm onlar Polad Həşimovu yerini görürdülərmi ki, onu da vursunlar? Bu necə baş verə bilərdi? Həmişə demişəm nə qədər ki, ömrüm var hər kəsdən bu tələbi edəcəm. Polad Həşimovun qatillərini tez zamanda həbs etsinlər. Suala cavab olaraq demək istərdim ki, əgər elə bir qətiyyətli, cəsarətli oğlan ortaya düşüb həbs olunan ermənilərə bu sualı verə biləcəksə, ermənilərin ilk cavabı Polad Həşimovun yerini bilməmələri olacaq. Onlar Polad Həşimovu içimizdəki satqınların verdikləri koordinatlara əsasən vurduqlarını deyəcəklər. Hər kəsə məlumdur ki, həbs olunan istənilən şəxs ilk öncə özünü müdafiə etmək istər. Düşünürəm ki, onlar da özlərini müdafiə etmək üçün məhz bütün sirləri ifşa edib, ortaya tökəcəklər.  Bu mənim şəxsi fikrimdir, lakin qətiyyətlə şəkildə belə düşünürəm. Yenə də qeyd edirəm Polad Həşimov ermənilər tərəfindən vurulsa da koordinatları Azərbaycandan verilib”.

Rəisi: İran qəti şəkildə Zəngəzur dəhlizinə qarşıdır

NATO qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu sözləri İslam Prezidenti İbrahim Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə deyib. “Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq ki, bu da region ölkələrinin milli təhlükəsizliyinə təhdid yaradır. İslam Respublikası buna qəti şəkildə qarşı çıxır”, - Rəisi bildirib.

Bakı Zəngəzur dəhlizini tələb edə bilməz - İran

İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək. Sozcu.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi yerli mediaya müsahibəsində deyib. “Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”, - Xərazi deyib. Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib.axar)

Qarabağdakı xuntanın sonuncu “prezident”i Ermənistandadır?..-FOTO

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin sonuncu qondarma “prezident”i Samvel Şahramanyanın artıq Ermənistanda olması haqda informasiyalar yayılıb. Sozcu.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, bu haqda məlumatı özü Ermənistanda olan gorbagor separatçı kriminal xuntanın qanunsuz “parlament”inin deputatı David Qalstyan paylaşıb. Yayılan fotonun da İrəvanda çəkildiyi iddia olunur... Qeyd edək ki, eyni nəşrin səhər saatlarında yaydığı məlumatda  Samvel Şahramanyanın Azərbaycan tərəfindən saxlanıldığı bildirilirdi.

Araik görün harada saxlanılıb - ermənilərdən şok versiya

Ötən gün saxlanılaraq Bakıya gətirilən separatçı lider Araik Arutyunyanın necə tutulması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində Araikin Xocalı hava limanında gizlənməsi və məhz burada ələ keçməsi haqda məlumatlar tirajlanır. İddia edilir ki, Azərbaycan təhlükəsizlik qüvvələri Arutyunyanı hava limanının xüsusi hissəsində – gizləndiyi yerdə aşkar edərək saxlayıblar. Onun burada qaçmaq planları qurduğu, lakin son anda ələ keçdiyi qeyd edilir. Separatçının “Laçın” postundan keçməyə çalışarkən tutulması barədə fikirlər də səsləndirilir.

Nəhayət, Kəlbəcərdəki məbədimizdə qalan erməni keşişlər də çıxıb getdi...

Din xadimləri Qarabağın dağlıq hissəsini axırıncı tərk edənlər arasında olub. Sozcu.az xəbər verir ki, Ermənistanın Üçmiədzin şəhərində yerləşən erməni apostol kilsəsinin ana taxtından Panorama.am-ın müxbirinə çatdırılan məlumatda  belə deyilir. Məlumata görə, artıq Qarabağdakı bütün erməni ruhanilər, o cümlədən Kəlbəcər rayonu ərazisində Rusiya “sülhməramlı”larının nəzarətində olan qədim Azərbaycan türklərinin  xristian dövrünə aid Xudavəng monastır kompleksinin qondarma keşişləri də Ermənistana gediblər. Qeyd edilir ki, dünən, oktyabrın 1-də Xankəndindəki kafedral erməni kilsəsində sonuncu liturgiya mərasimi keçirilib. Xatırladaq ki, 2020-ci ilin 44 günlük savaşından sonra Rusiyanın vasitəçiliyi ilə gəlinmiş razılığa əsasən Kəlbəcərdəki Xudavəng məbədində erməni keşişlər fəaliyyətini davam etdirirdi.

Sərhəd yaxınlığında işləyən erməni müxbir daha bir separatçı generalın həbsini təsdiqlədi...

“Laçın” sərhəd-keçid məntəqəsində məntəqəsində artıq Xankəndində külləri tüstülənən 32 yaşlı separatçı-terrorçu rejimin qondarma  “milli təhlükəsizlik xidməti”nin sonuncu direktoru və keçmiş “təhlükəsizlik katib”i, general-mayor Ararat Melkumyanın həbs edilməsi haqda informasiyalar yayılıb.  Sozcu.az xəbər verir ki, bu barədə yazan “Hraparak” məlumatı Azərbaycan mətbuatına istinadla yaydığını bildirir. Melkumyan Ermənistan Silahlı Qüvvələrinin 1-ci ordu korpusunun komandiri və  qondarma “müdafiə ordusu”nun 9-cu müdafiə bölgəsinin komandiri olub. General-mayor hərbi rütbəsinə malikdir. Rəsmi İrəvan, hələ ki, bu generalın həbsi xəbərini rəsmən təsdiqləməyib. Eyni zamanda “Hraparak” bildirir ki,  Melkumyanın həbsini “Laçın” sərhəd məntəqəsi yaxınlığındakı Ermənistanın Gorunzur(“Kornidzor”) kəndində işləyən “MediaHub” nəşrinin müxbiri təsdiqləyir.

Lavrovun Qarabağ saxtakarlığı...

Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərar (? – red.) Ermənistanın Baş naziri Nikol Paşinyanın birbaşa iştirakı ilə qəbul edilib. Sozcu.az xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov deyib. “İrəvandakı rəsmilər deyəndə ki, 2020-ci ilin noyabrında müharibəyə son qoymaqla bağlı saziş imzalamaqla Putin Paşinyanı Qarabağı Azərbaycana verməyə məcbur edib - bu yalandır. Bu müqavilədə, 10 noyabr 2020-ci il tarixli bu müqavilədə yazılıb ki, Qarabağ Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasıdır və ümumi anlayış vardı ki, Qarabağın yekun statusu haqda (? – red.) dialoq davam etdiriləcək. Ancaq bir il və yaxud il yarım sonra Baş nazir Paşinyan Praqadakı hansısa növbəti Avropa sammitində Almatı Bəyannaməsinə uyğun olaraq Ermənistan və Azərbaycanın bir-birini 1991-ci il sərhədləri daxilində tanıması barədə sənəd imzalayanda məsələ bağlandı. Daha sonra Brüsseldə bu termini (Paşinyan) yenidən istifadə etdi. Üstəlik, AB-nin yaydığı sözügedən sənəddə Ermənistanın Qarabağda yaşayan ermənilərin taleyindən narahat olduğu və bu aqibətin hansısa yolla həll edilməli olduğu qeyd olunmur”, - Lavrov bildirib. Qeyd edək ki, Rusiyanın Paşinyan hakimiyyətinə qarşı sui-istifadə etdiyi bu tezis getdikcə inkişaf edir və təhriflərə, yalanlara daha çox yer verilir. Belə ki, 10 noyabr 2020-ci il bəyanatında keçmiş “Dağlıq Qarabağın” statusu ilə bağlı heç bir söz yoxdur və onun “hansısa gələcəkdə müzakirəsi” də sənəddə əks olunmayıb. Əksinə, sənəd imzalandığı gün Prezident İlham Əliyev “status”un cəhənnəmə getdiyi haqda rəsmən bəyanat verdi. İkincisi, keçmiş Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu bütün beynəlxalq sənədlərdə əksini tapıb – o cümlədən Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir neçə dəfə ən yüksək səviyyədə elan edib. Hələ 2020-ci ilin dekabrında Rusiya lideri Vladimir Putin keçirdiyi illik mətbuat konfransında “Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub” deyə bəyan etmişdi. Həmin mətbuat konfransı dünyanın 300-ə qədər böyük media qurumu vasitəsilə tirajlanmışdı. Bu baxımdan Lavrovun “Qarabağın Azərbaycanın tərkib hissəsi olması barədə qərar” ifadəsi Paşinyana qarşı daxili siyasi mübarizəni qızışdırmaq üçün istifadə edilən yalan təbliğatdır. Ancaq bu təbliğat və faktların təhrifi aşkar saxtakarlıq və Azərbaycanın ərazi bütövlüyünə qarşı eyham üzərində qurularkən, çox eybəcər görünür./Axar.az

Şəhid Səməd Hüseynzadənin şəhadətindən 3 il keçir

Bu gün Şəhid Hüseyinzadə Səməd Səttar oğlunun şəhadətinin 3-cü il dönümüdür. Səməd Hüseynzadə 1998-ci il oktyabrın 18-də İsmayıllı rayonunun Talıstan kəndində anadan olub. 2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra hərbi xidmətə yola düşüb. 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edən Səməd Hüseynzadə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin atdığı top atəşi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səməd Hüseynzadə ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi. Təltifləri  (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)  (24.06.2021) — "İgidliyə görə" medalı (ölümündən sonra)  (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)  (24.06.2021) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)  (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra) Allah rəhmət eləsin!

Araik: Gəncə şəhəri mənim əmrimlə vuruldu

Erməni mediası Qarabağdakı keçmiş separatçı liderlərin – Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyanın Xankəndidən qaçması ilə bağlı bir-birini təkzib edən məlumatlar tirajlamaqdadır. Sozcu.az xəbər verir ki, əvvəlcə separatçıların Xankəndidən qaçdıqları barədə məlumat yayılsa da, sonradan elə erməni mətbuatı bunu təkzib etdi. Bildirildi ki, onların hetməsi üçün Azərbaycandan “icazə almağa” çalışırlar. Qeyd edək ki, adıçəkilən keçmiş separatçıbaşılar hər iki Qarabağ müharibəsində əlləri Azərbaycan xalqının qanına batmış canilərdir. Xüsusilə Araik Arutyunyan 44 günlük müharibə zamanı Gəncə şəhərindəki yaşayış binasının raketlə vurulması əmrini verdiyini videomüraciət zamanı etiraf etmişdi. “Mənim sərəncamımla “arsax silahlı qüvvələri” yaylım atəş sistemi ilə Gəncə şəhərini vurub. Vaxtında qeyd etmişdim, xəbərdarlıq etmişdim. Təəssüflər olsun ki, bizim tarixi “Qandzak”ı - Gəncəni, “Kirovabad”ı, onların daimi hərbi yerləşdirmə yerlərini vurmuşuq. Çünki onlar buna məcbur etdilər. Özünüzə gəlin. Çünki daha böyük şəhərləri vurmağa ehtiyac olarsa, davam edəcəyik. Yeri gəlmişkən, düşmənə zaman verərək bir müddət böyük şəhərlərin raket və artilleriya ilə atəşə tutulmasını dayandırmaq əmrini vermişəm. O, xəbərdarlıq atəşi idi. Mülki insanları uzaqlaşdırın. Bu müharibəni siz başlamısız”, - Arutyunyan həmin müraciət zamanı bildirmişdi. Göründüyü kimi, Azərbaycanın dinc, əməliyyatların aparıldığı ərazidən 100 km kənarda yerləşən şəhərini gecə yarısı, insanların yatdığı vaxt vurmaqla daha böyük tələfata səbəb olan bu qatilin Azərbaycan hüquq-mühafizə orqanlarının diqqətində olması təsadüfi deyil.axar