Nəhayət, Kəlbəcərdəki məbədimizdə qalan erməni keşişlər də çıxıb getdi...

Din xadimləri Qarabağın dağlıq hissəsini axırıncı tərk edənlər arasında olub.

Sozcu.az xəbər verir ki, Ermənistanın Üçmiədzin şəhərində yerləşən erməni apostol kilsəsinin ana taxtından Panorama.am-ın müxbirinə çatdırılan məlumatda  belə deyilir.

Məlumata görə, artıq Qarabağdakı bütün erməni ruhanilər, o cümlədən Kəlbəcər rayonu ərazisində Rusiya “sülhməramlı”larının nəzarətində olan qədim Azərbaycan türklərinin  xristian dövrünə aid Xudavəng monastır kompleksinin qondarma keşişləri də Ermənistana gediblər.

Qeyd edilir ki, dünən, oktyabrın 1-də Xankəndindəki kafedral erməni kilsəsində sonuncu liturgiya mərasimi keçirilib.

Xatırladaq ki, 2020-ci ilin 44 günlük savaşından sonra Rusiyanın vasitəçiliyi ilə gəlinmiş razılığa əsasən Kəlbəcərdəki Xudavəng məbədində erməni keşişlər fəaliyyətini davam etdirirdi.

Share on Facebook