Qarabağdakı xuntanın sonuncu “prezident”i Ermənistandadır?..-FOTO

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin sonuncu qondarma “prezident”i Samvel Şahramanyanın artıq Ermənistanda olması haqda informasiyalar yayılıb.

Sozcu.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, bu haqda məlumatı özü Ermənistanda olan gorbagor separatçı kriminal xuntanın qanunsuz “parlament”inin deputatı David Qalstyan paylaşıb.

Yayılan fotonun da İrəvanda çəkildiyi iddia olunur...

Qeyd edək ki, eyni nəşrin səhər saatlarında yaydığı məlumatda  Samvel Şahramanyanın Azərbaycan tərəfindən saxlanıldığı bildirilirdi.

Share on Facebook