“Laçın” sərhəd-keçid məntəqəsində məntəqəsində artıq Xankəndində külləri tüstülənən 32 yaşlı separatçı-terrorçu rejimin qondarma “milli təhlükəsizlik xidməti”nin sonuncu direktoru və keçmiş “təhlükəsizlik katib”i, general-mayor Ararat Melkumyanın həbs edilməsi haqda informasiyalar yayılıb.
Sozcu.az xəbər verir ki, bu barədə yazan “Hraparak” məlumatı Azərbaycan mətbuatına istinadla yaydığını bildirir.
Melkumyan Ermənistan Silahlı Qüvvələrinin 1-ci ordu korpusunun komandiri və qondarma “müdafiə ordusu”nun 9-cu müdafiə bölgəsinin komandiri olub. General-mayor hərbi rütbəsinə malikdir.
Rəsmi İrəvan, hələ ki, bu generalın həbsi xəbərini rəsmən təsdiqləməyib.
Eyni zamanda “Hraparak” bildirir ki, Melkumyanın həbsini “Laçın” sərhəd məntəqəsi yaxınlığındakı Ermənistanın Gorunzur(“Kornidzor”) kəndində işləyən “MediaHub” nəşrinin müxbiri təsdiqləyir.