"Putin həm fiziki, həm də mənəvi cəhətdən xəstədir və payızın sonunadək ölə bilər..."

"Bizim bir-iki fürsətimiz olub, lakin ya zamanı doğru seçməmişik, ya da adamlarımız Putinin olduğu yeri dəqiq nişan ala bilməyib..."

"Putini aradan götürmək nə Ukrayna ordusu, nə də Qərbin xüsusi xidmət orqanlarının deyil, bizim vəzifəmizdir..."

"Putin həm fiziki, həm də mənəvi cəhətdən xəstədir və payızın sonunadək ölə bilər..."

Mişustin Çinə niyə gedib?

Rusiya müxalifəti Yeni ilədək Putini məhv etməyi qarşısına məqsəd qoyub. Bundan sonra 10 gün müddətində kreslonu Rusiya hökumətinin sədri Mixail Mişustin tutacaq.

Sozcu.az xəbər verir ki, bu barədə rusiyalı müxalifətçi Vyaçeslav Maltsev bəyan edib. Məlumatı "patrioty.org.ua" nəşri yayıb.

"Biz Putini bitirəcəyik, bunu çox, həm də çox istəyirik. Bizim bir neçə imkanımız olub, amma,  yumşaq desək, "ləngimişik", ya zamanı düzgün seçməmişik, ya da adamlarımız olmayıb.

Bir epizodda iki gün öncə 100 faizlik məlumat əldə etdik. Bizim hazırlıq görməyə xeyli zamanımız olub, amma bacarmadıq, çünki heç kimi tapa bilmədik və bu, böyük qüsurumuzdur.

Mən öz partizanlarımla danışmışam və indi onlar əvvəlcədən hazır olduqları və hansı ərazidə yerləşdiyi harədə məlumat verir. Mən belə adamlarla şəxsən ünsiyyətdəyəm, amma hələlik uyğun gəlməyib, hazır olan adamlar Putinin olduğu yeri nişan ala bilmir", - Maltsev deyib.

Siyasətçi əmindir ki, Rusiya diktatorunun aradan götürülməsi şansı hələ olacaq.

"Vəzifəmiz dəyişməz olaraq qalır-Yeni ilədək biz Putini bitirməliyik. Bu, Ukrayna ordusu və ya Qərbin xüsusi xidmət orqanlarının deyil, bizim vəzifəmizdir. Hər kəs öz işilə məşğul olmalıdır, bizim işimiz də Putini fiziki olaraq məhv etməkdir", - müxalifətçi qeyd edib.

Onun sözlərinə görə, bundan sonra ölkə rəhbərliyi indiki baş nazir Mixail Mişustinə keçəcək.

"Putindən sonra kim olacaq? Aydındır ki, Mişustin olacaq, çünki o, Konstitusiyaya görə 100 gün ərzində prezident vəzifələrini icra etməlidir, ona görə də çinlilər onunla fəal surətdə ünsiyyətdədir.

Bu ilədək Si Tszinpin Mişustinlə görüşməyib. O, Rusiyaya gələndə, özü xüsusi olaraq onunla görüşə gedib, sonra Mişustin özü Çinə səfər edib. O, saat 12:00-da Si Tszinpinin kabinetinə daxil olub, saat 13:00-da isə onun təyyarəsi artıq Moskvaya uçub", - Maltsev deyib.

Putinin ölümü-ekspertlərin proqnozu

KİV-lər artıq dəfələrlə Rusiya prezidentinin müxtəlif xəstəliklərdən, o cümlədən xərçəngdən əziyyət çəkdiyindən yazıb.

2022-ci il avqustun sonunda Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat verib ki, Putin həm fiziki, həm də mənəvi cəhətdən xəstədir, bu zaman şizofreniya barəsində də deyilib.

2023-cü il avqustun ortalarında KİV-lərə bəlli olub ki, son zamanlar Rusiya prezidentinin səhhəti uzun müddət çəkən xəstəliklər fonunda pisləşib.

Öz növbəsində politoloq Valeri Solovey sentyabrın 12-də deyib ki, Putin payızın sonunadək ölə bilər.

Share on Facebook