"Bir daha təkrar edirəm ki, əgər "Dağlıq Qarabağ"da aparılan danışıqlar nəticə verməsə, o zaman Ermənistan Respublikası erməni qardaş və bacılarımızı böyük qayğı ilə qarşılayacaq".
Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, qondarma "Artsax" sakinlərinin təhlükəsiz yaşaması üçün beynəlxalq mexanizmlər tapılmasa, o zaman Ermənistan Respublikası onları ölkədə qəbul etməyə hazırdır.
Ermənistanın Baş naziri əlavə edib ki, Qarabağ ermənilərinin öz yaşadığı yerləri tərk etməsinin məsuliyyəti Azərbaycanın və Rusiyanın üzərindədir.
Bundan başqa, Paşinyan heç vaxt müttəfiqlərinə xəyanət etmədiyini deyib:
"Lakin müttəfiqlərimiz təhlükəsizlik zəifliyimizdən istifadə edərək, etika, əxlaq, öhdəlik və müqavilələrə zidd olaraq qeyri-dost hərəkətlər edirlər. Biz ötən ilin dekabrında Roma Əsasnaməsini ratifikasiya etmək qərarına gəldik, məhz o zaman anladıq ki, KTMT və digər strukturlar bizim təhlükəsizliyimizə təminat verə bilmir. Qeyd etmək lazımdır ki, Roma Statutunun ratifikasiyası üçüncü tərəfə qarşı yönəlməyib".