Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 2-si saat 18:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.
Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Altıağacda 18 m/s, Xaçmazda 17 m/s, Qubada 12 m/s-dək güclənib.
Bakıda və Abşeron yarımadasında 32, Naxçıvan MR-da 38, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.