İran-İsrail münasibətlərinin bölgəsəl geopolitikaya təsiri və Güney Azərbaycan Türklərinin bu prosesslərdə roluna dair ACP-nin siyasi tutumu və mövqeyi barədə ulusal açıqlaması. Dünyanın sayqın devlətlərinə və uca millətimizə!! Artıq hər kəsə məlumdur ki, dünya yönətimi dəyişməyə başlamış və son bir neçə ildə yeni siyasi düzən formalaşmaqdadır. Formalaşmaqda olan bu yeni dünya düzəni uğrunda mübarizə yaşadığımız coğrafiyadan da yan keçməməkdədir. Bildiyimiz kimi yerləşdiyimiz coğrafi mövqenin tutumu və geo-siyasi əhəmiti, yani şərqlə qərbin kəsişməsində yerləşməsi və zəngin qaynaqlara sahib olması tarixən yaxın və uzaq yabançı qüvvələrin diqqətini vətənimiz Azərbaycana doğru çəkmişdir. Bu qüvvələr isə heç zaman bizim milli maraqlarımızla hesablaşmayıb, hər zaman öz mənfəətləri və istilaçı maraqlarından çıxış ediblər. Bu vəziyyətin yaranmasında başlıca səbəb bizim vahid millət kimi milli güc olaraq öz milli maraqlarımızdan çıxış edə bilməməyimiz, eləcə də, bu istiqamətdə açıq hədəflər formalaşdıra bilmədiyimizdən bölgəsəl hərəkətlilikdə zəif durumda olmağımız milli kaderimizin başqaları tərəfindən müəyyən edilməsinə yol açmışdır. Eyni zamanda, biz millət olaraq bu taleyi Azərbaycanımızın iki yerə bölünməsində və yadelli istilaçı dövlətlərin əlində yüz illərlə əsarətdə qalmasında da görmüşük. Bunun da acı nəticələrini və zillətini millət olaraq yüz illərdir yaşamaqda davam edirik. Biz ACP olaraq düşünürük ki, artıq keçmiş dərslərdən nəticə çıxarmalı, babalarımızın tarixən yol verdiyi yanlışıqlıqları bir daha təkrarlamamalıyıq. Biz Azərbaycanlılar dünya yeni düzəninə keçid dönəmində daha uyğun şəkildə millətimizi ayağa qaldırmalıyıq. Bunun ilk yolu milli oyanış və milli bütövlükdən keçir. İran dövləti və onun başında olan farsçı rejimlər, millətimizi yüz illərdir öz mənfəətləri uğrunda hər cür savaşda, bəlada, inqilabda qurban verməkdədir. Həmişə savaşlar dövrü və çətin zamanlarında Azərbaycan Türkləri İran dövlət mənsublarının , İrançı zehniyyət sahiblərinin yadlarına düşməkdədir. Bugündə ortalıq qarışdıqca Azərbaycanlıları qurban vermək üçün İran rejimi bütün siyasi variantlarını işə salacaq, xalqımızı şirin milli vədləri ilə aldatmağa çalışacaqdır. İran rejimi istənilən bir savaşı Azərbaycan torpaqlarına doğru çəkməyə və millətimizi iran-İraq savaşında olduğu kimi, bu savaşlarda yinə qurban verməyə cəhd edəcəyi danılmaz bir reallıqdır. Son 100 ildə bu kimi təhlükələri bu bölgədən sovşduran biz Azərbaycan türkləri olsaq da, lakin bir millət olaraq öz ana torpaqlarımızda, milli haqlarımızı bərpa etmək istədiyimizə heç vaxt imkan verilməyib. Daima bu sahədə basqı altında əzilməyə məhkum olmuşuq. Hətta çox zaman milli haqlarımızı tələb etdiyimizə görə düşmən elan olunmuşuq. İran adlanan coğrafiyada, Azərbaycanlılar döyüşən, çalışan, yaradan, ürətən və becərən bir millət olmasına baxmayaraq, həmişə aldatılan və uduzan bir millətə dönüşmüşdür. Bu səbəbdən bölgədə İran rejimi, iran dövlətçiliyi və iran kimliyi üzərinə böyük güclərin həmləsi və basqısı artdıqca biz də millət olaraq öz yerimizi bəlirləməli və bilməliyik. Bu məqsədlə bəyan edirik ki 1. Millətimiz istər İsrail – İran, istərsə də İran terrorçu rejiminə yönəlmiş digər savaşlara heç bir halda İran terrorçu rejimi ilə birlikdə qatılmayacaq. Güney Azərbaycan iran deyil.Bölgəyə gələn savaşın Güney Azərbaycanın sınırlarının xaricində durması üçün dünyanın bütün sivil dövlətləri ilə ortaq mövqedən çıxış edəcəkdir. 2. Güney Azəbaycan Milli hərəkatı, Millətlərin “öz Taleyini müəyyən etmək” ilkəsi və “İnsanlara hürrüyət, millətlərə istiqlal” devzi ilə coğrafiyamız’da yeni dünya düzənində qatılımçı olacaqdır. İran adlanan ölkədə hər hansı bir savaş baş vercək halda ACP, Azərbaycan milli hərəkatı ilə birlikdə Güney Azərbaycan milli dövlətinin və Cümhuriyyətinin quruluşu və Azərbaycan tarixi sərhədlərin çızılması və qorunması üçün sürətlə hərəkətə keçəcək. Belə bir halda milli iradəmizə önəm verən hər bir tərəflə milli mənfətlərimiz çərçivəsində anlaşmaya qatılacaqdır. Bu istəyin dışında kimsəyə heç vaxt güzəştə getməyəcəkdir. 3. İranın terror himayədarlığı, yayımçılıq (Şovinizm) və işğalçılıq siyasətləri nəticəsində bölgəsəl savaş durumu yaranarsa Güney’də Azərbaycanlılar, 50 milyonluq Azərbaycanlının tək ümid yeri və dövləti olan Azərbaycan Respublikası dövlətinin qərarları ilə hərəkət etmək barədə açıq fikirlə çıxış edəcəkdir. 4. ACP düşünür ki, yüz illərdir millətimizin qanını tökərək insanlarımızı dar ağaclarından ölümə məhkum edən və millətimiz hər bir fürsətdə ən insani və illkin haqlarından və rifahlı yaşamdan mərhum qoyan İran rejiminə qarşı olan və milli mənafeyimizə sayğı göstərən istənilən bölgəsəl güclərlə ortaq mənfəətlərdən çıxış edilməlidir. 5. Biz Azərbaycan milləti və bütün insanlıq üçün bölgəmizdə və coğrafiyamızda terrora xidmət edən güclərə , nukler silahlara və atom bombalarına qarşı olacağıq. İşğala və savaşlara son qoyacaq yeni bir barış yönümlü, ədalətli bir milli dövlətin yapılması əsas hədəfimiz olacaqdır. 6. Yeni dünya düzəni terni bölgəmizdən keçdiyi sürəcdə qırx millyonluq Güney Azərbaycan toplumu ondan kənarda qalmamalı və bu trenin ən sayqın sakinləri olmalıdır. Çünki bölgədə sülh, barış, ədalət və bərabərlik yanlız Azərbaycan millətinin azadlığı və istiqlaliyyət ilə mövcud olacaqdır. 7. Biz ACP olaraq Güney Azərbaycan Milli hərəkatı adına bəyan edirik ki, bölgəni kiçik etnik dövlətlərə parçalamaq, yerli olmayan xalqlara vədələr vermək, heç bir halda bölgənin istiqrarına fayda gətirməyəcəkdir. Yalnız Güney Azərbaycanda Təbriz mərkəzli qırx milyonluq Azərbaycan cümhuriyyəti quruluşunu bərpa etməklə coğrafiyamız demokratik dəyərlərə sahiblənməyə və istikrarına qovuşmaq şansını qazanacaqdır. Bu həm də bölgədə daha sağlıqlı, daha yüksək əmniyyətli və ekonomili gələcəyə bir zəmin yaradacaqdır. Bu coğrafiya vahid bir bədəndən ibarətdir. Bu çalışmalar isə bu bədənin bütün bir canlı kimi vahid şəkildə çalışmasına xidmət göstərəcəkdir. Beləliklə, ortadoğu və Cənubi Qafqazda gərçək mənada sülh, ədalət və barış üzü görəcəkdir. Saydılar ilə Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) Təbriz şəhəri
Güney Azərbaycanın milli aktivistləri Ayaz Seyfxah, Kamal Nuri, Bağır Hacızadə, Araz Aman və Tahir Nəqəvinin saxlanılmalarından 1 ay ötsə də onlara qarşı açılmış işlər qeyri-müəyyən vəziyyətdə qalır. Bu barədə İranda insan haqları aktivistləri məcmusunun xəbər orqanı olan HRANA Xəbər Portalı məlumat yayıb. Onların ailələri vasitəsi ilə məlumatlı olan şəxs HRANA xəbər portalına deyib: “”bu vətəndaşlar 1 aydan artıqdır ki, işlərinə aydınlıq gətirilmədən Tehran şəhəri Evin Həbsxanasında həbsdədirlər. Həmçinin onların müvəqqəti azad olunmaları da təmin olunmur”. Xatırladaq ki, aktivistlərin nədə ittiham olunduqları barədə məlumat yoxdur.
Tanınmış güneyli aktivist və yazıçı Əkbər Azad Azərbaycan xalqının özünə tanıdığı haqq-hüququ başqa xalqlara da tanıdığını lakin Azərbaycanın tarixi torpaqlarına göz tikənlər barədə əsla güzəştə getməyəcəyini deyib. O, Abbas Lisnainin mənzilində xeyli digər geneylilərin iştirakı ilə görüşdə Güney Azərbaycanın hüquqları üzrə təşkilatlanmanın əhəmmiyyəti barədə danışıb. “Təşkilat formasına fəaliyyət göstərmək və təşkilatlanmaq xalqımızın haqq və hüquqlarını almaq istiqamətdə vacib bir məsələdir. Lakin beynəlxalq qurumlarda xalqımızın təmsil oluna bilməsi üçün təşkilat qurmaq prosesi şəffaf və demokratik şərtlər əsasında olunmalıdır” Aktivist Azərbaycan xalqının tarixin müəyyən çağlarında kürdlərə mənsub terrorist qruplar tərəfindən soyqırıma məruz qaldığını deyib. “Mühacir kürdlər bir neçə on il ərzində qonşu ölkələrdən Azərbaycana sığınıblar. Lakin Azərbaycan xalqının onlara sayğı ilə yanaşmarlarından öz məqsədlərinə istifadə etməməli, Azərbaycanın ərazi bötüvlüyünü tanımalı və sayğı ilə yanaşmalıdırlar. Əks halda İraqda çaxnaşmalar nəticəsində Azərbaycana sığındıqları kimi, gəldikləri yerlərinə qayıtmalıdırlar.” Xatırladaq ki, İran-İraq müharibəsi zamanı Səddam Hüseyn rejiminin tərəfindən kürd xalqına təzyiq nəticəsində onlardan təxminən 70 min nəfəri Güneyin müxtəlif şəhərlərində, o cümlədən Urmuda yerləşdirilib. Kürdlərin məhz Güneydə yerləşdirilməsindən məqsəd isə İran hakimiyyətinin siyasətləri olaraq Güney Azərbaycanda etnik tərkibin türklərin ziyanına dəyişdirmək olub. Mühacirlər hal hazırda Qərbi Azərbaycan, xüsusilə Urmuya torpaq iddiaları ilə çıxış edirlər.
250-300 min Azərbaycanlının qətliamı, Cilovluq Azərbaycanın və Türk dünyasının HOLOKOSTU 106 il öncə Qərbi Azərbaycanda əliyalın türklərə qarşı kütləvi qətliamlar düzənlənmiş və bu millətimizin tarixi yaddaşında ən çox Cilovluq faciəsi ,ya Qara qırqın kimi əks olunmuşdur. Cilovluq qırğının bir soyqırım kimi nəinki bölgədə, eyni zamanda, dünyada analoqu hələ də olmayıb. Cilovluq qırğınının əsas tətikçiləri türklərə kin və nifrəti ilə seçilərək bölgəyə yerləşdirilmiş etnik erməni, assuri və kürd dəstələri idi. Soyqırımlarda silahlı kürd dəstələrinə İsmail aqa Smitko , ermənilərə Petros ağa, xristian assurilərə isə Marşimon başçılıq etmişdi. Beləcə, bu etnik silahlı quldur dəstələri Urmu, Salmas və Xoy şəhərlərində Azərbaycan türklərinə qarşı qətliam törədiblər. Soyqırımların zirvə nöqtəsi isə 1918-ci ilin martında Yeni gün (Novruz) bayramının axırıncı çərşənbəsində olmuşdur. Belə ki, 1918-ci ilin martında, Yeni gün (Novruz )bayramının sonuncu çərşənbəsində qoca, uşaq, qadın demədən 250-300 min aralığında Qərbi Azərbaycan türkü milli soyqırıma məruz qalaraq qətlə yetirilmişdir. Birləşmiş erməni-kürd və Assuri dəstələri 159 gün boyunca Urmu, Xoy və Salmasın ayrı-ayrı kəndlərində türk əhalisinə kütləvi divan tutaraq dinc əhalini qətlə yetirmişdilər. Düzdür, tarixin o çətin günlərində xalqımızın imdadına yetən və milli kimliyimizin qorunub saxlanılmasına və Qərbi Azərbaycanda daha çox insan faciəsinə yol verməyən, millətimizə açıqdan-açığa dəstək olan Anadolulu qardaşlarımız, o zamankı Osmanlı ordusu olmuşdur. Baxmıyaraq ki Azərbaycanlılar Kazımxan , Zər Xanım kimi qəhrəmanların başçılıqında milli-müqavimət dəstələri ilə aylarca dirənişlər göstərməyə çalışıblar,ancaq Türk ordusu əgər xalqımızın imdadına yetişməsəyidi Cilovluq faciəsi qurbanlarının sayı üç yüz mini daha çox aşacaqdır. Batı Azərbaycandakı bu mənfur olayların planı , dünəndə, bu gündə sözdə demokratiya beşiyi sayılan Qərbdə cızılmaqdadır. Böyük dövlətlər terrorçu qüvvələr ilə Urmu gölü ətrafında “Kiçik Ermənistan dövləti” “Kürdüstan dövləti ” və “Assur dövləti” yaratmağı hədəfləmişdi. Məqsəd : 1. Bu gün olduğu kimi o dönəm də hakim Türk milli kimliyini ortadan qaldırmaqla bölgədə qeyri türklərdən ibarət böyük federativ dövlət yaratmaq idi. 2. Bölgədə maraqları olan sözdə demokratiya keşişçiləri, Böyük Britaniya, Fransa və Rusiya birgə Qacar və Osmanlı emperyaları yıxıldıqdan sonra, Azərbaycan sərhədində və böyük türk millətinin arasında 3lü divar hörmək istəmişlər. Bu divar həm Türkləri bir birindən ayrı tutacaq, həmdə Türklər, ortalarından qılınc kimi keçən 3 antı Türk dövlətləri ilə boğuşacaq. Batı Azərbaycan nədən həm yüz il öncə, həm də bu gün bu iğtişaşlara məruz qalır? Bunun bir neçə səbəbi var. Birinci Batı Azərbaycan, Urmu bölgəsi başdan Türk milli kimliyinin yaranış və dövlətçilik tarixinin bünövrəsidir. Urmu tarixi kimliyimizi məhv etmək üçün bu bölgə diqqətə alınmaqdadır. İkinci bu bölgə strarteji olaraq Anadolu yurdaları ilə ən sıx halda sınra malikdir və Turanı birləşdirən körpüdür. Bu sınırlar işğal olunarsa Türk dünyasının birliyi və böyüməsinin və varlığının önü alınar. Bu planı bugün başqa bir şəkildə böyük güclər illər öncə Anadolunun doğusunda və Qərbi Azərbaycanda terror vasitəsi ilə gerçəkləşdirməyə cəhd etmişdir. Üçüncü Qərbi Azərbaycan və Urmu bölgəsinin geo-siyasi əhmiyətidir. Urmu Azərbaycanın dünyaya açılan qapısıdır. Bu Qapı tarix boyu türklərə hər cəhətdən üstünlük vermişdir. Batı və Uzaq şərqin keçidi olan, Urmu ,Çanaqqala kimi xüsusi Geopolitik əhəmiyyətə malikdir. Yuxarıda sadalanan mənfur planlı olaylar bu gün tarixi torpaqlarımızda Batı Azərbaycanda və Urmu bölgəsində iran dövləti vasitəsi ilə millətimizin üzərində təkrarlanmaqdadır. İran molla rejim tərəfindən bölgədə tətiklənən və baş verən terror açıq şəkildə görülməkdədir. Bu gün bölgədə qeyri millətlərin türklərin üzərinə qaldırılması yenidən anoloji hadisələrin təkrarlandığını sübut edir. Artıq bir çox xarici batı dövlət parlamentlərində qondarma “erməni soyqırımı”nı tanıyanlar və ya onlara dəstək verənlər, eləcə də, özlərinə insan haqlarını şüar edib dünyaya haqdan-ədalətdən meydan oxuyanlar tarixin ən dəhşətli olayından Cilovluq faciəsindən danışmazlar çünkü özləri bu qanlı olayların memarı olublar. Təssüf ki, insanlıq və Türk milli kimliyinə qarşı yönəlmiş bu antibəşəri faciəyə, yani Cilovluq faciəsinə nəinki batı dövlətləri eləcə də, həm Quzey Azərbaycan, həm də Türkiyədə rəsmi şəkildə hələlik gərəkən qiymət verilməməkdədir. Biz ACP olaraq dünya millətlərinə və xalqımıza bəyan edirik ki, 106 il öncə yenigün(Novruz) bayramı öncəsindən başladılan Batı Azərbaycandakı soyqırım olayları, Cilovluq faciəsi milli kimliyimizin silinməsinə və yurdlarımızın işğalına hesablanmışdır. Bu səbəbdən o hadisələr və Azərbaycanlılara doğru soyqırım qətliamları və faciələr milli yaddaşımızdan silinməyibdir. O zaman millətimizə, yani Türk milli kimliyinə qarşı düşmən kəsilmiş məlum qüvvələr bu gün yenə də həm rejimin, həm də, bölgəmizdə maraqları olan imperalist güclərin oyunçusuna çevrilməkdədir.Son 100 ildə İran dövləti və onun başına gələn rejimlər isə elə qeyd etdiyimiz həmin batı güclərinin məhsuludur. Biz açıqdan-açığa həm İran rejiminə, həm də onların himayəsinə sığnmış etnik xalqlara bəyan edirik ki, millətimizə qarşı yenidən bir hərəkətlənmələrə yol veriləcəyi təqdirdə biz millət olaraq ayağa qalxıb misilləməsi ilə hər kəsin cavabını verəcəyik. Hörmətlə, Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) Analatik-Araşdırma və təhlil mərkəzi Təbriz şəhəri Son çərşəmbə 1402 Günəş ili
Martın 13-ü axşam saatlarında Təbrizdə “Traktor” və Tehranın “Havadar” komandalarının qarşılaşmasından sonra həbs edilənlərin sayı 5-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları müdafiəçiləri məlumat yayıb. Siyamək Seyfi, Milad Zeynəlabdini, Səməd Heydəri, Əmin Tağızadə və Əmir Tağızadənin təhlükəsizlik məmurları tərəfindən saxlanıldığı bildirilib. Onların hara aparıldığı və ittihamları barədə məlumat əldə etmək mümkün olmayıb. Qeyd edək ki, qarşılaşma zamanı “Traktor” azarkeşləri şüarlar səsləndirib, plakatlar açıblar. Plakatlarda Azərbaycan Respublikası və Güney Azərbaycanın xəritələri təsvir olunub.
İran hökumətinin Azərbaycanda milli və dini zəmində münaqişə və gərginlik yaratmaq cəhdlərinin davamında martın 12-də Tehran Universitetində daha bir tədbir keçirilib. Sozcu.az xəbər verir ki, tədbir barədə İran mediası məlumat yayıb. Tədbir İranın Beynəlxalq Ali Araşdırmalar Mərkəzinin Tehran Universitetinin İranşünaslıq Mərkəzinin əməkdaşlığı ilə baş tutub. Tədbirlə bağlı yayılan elan və afişada yenidən Azərbaycan Respublikasının adı təhrif edilərək “Bakı Respublikası”nda və xaricdə yaşayan talışların ictimai və mədəni vəziyyəti” sözləri yazılıb. Qeyd edək ki, bundan əvvəl martın 10-da Rəşt şəhərinin Azad İslam Universitetində "Talış İran mədəniyyəti və tarixinin aynasında” mövzusunda Azərbaycana qarşı konfrans keçirilmişdi.
Hakimiyyət xalqdan hiyləgər səhnələşdirmə ilə seçib təyin etdiyi özünə tabe şəxslərdən ibarət siyahıya səs verməyi tələb edir. Bu seçki nümayişində iştirak etməyəcəyik. Bu barədə İran Milli Cəbhəsinin bəyanatında bildirilib. Bəyanat müəllifləri seçkilərin nümayiş olduğunu, heç bir müstəqil şəxsin namzədliyinin təsdiq edilmədiyini yazıb, vətəndaşları seçkiləri boykot etməyə çağırıblar. Qeyd edək ki, 1949-cu ildə baş nazir Məhəmməd Müsəddiqin qurduğu İran Milli Cəbhəsində 4 partiya və çox sayda nüfuzlu şəxslər təmsil olunur. İranda XXII çağırış parlament seçkiləri martın 1-də keçiriləcək.
İran hökuməti Çin vətəndaşı olan Əbuhaşim Tursun adlı uyğur iş adamını Tehran Hava Limanında saxlayaraq dindirib, sonra isə Pekinə təhvil verib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, Çin hökuməti onu həssas ölkələr siyahısına əlavə etdiyi BƏƏ-yə səfər etdiyi üçün 15 il müddətinə həbs cəzasına məhkum edib. Bildirilir ki, Əbuhaşim Tursun ədviyyat alqı-satqısı sahəsində biznesini genişləndirmək məqsədilə İrana səfər etmişdi. Qeyd edək ki, Çin hökuməti etnik təmizləmə siyasəti apararaq müxtəlif bəhanələrlə uyğur türklərini həbs edir və məcburi əmək düşərgələrinə sürgünə yollayır.
“Ya bu dərd məni yeyib bitirəcək, ya mən bu dərdi bitirəcəm”. Sozcu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun şöbə müdiri Könül Nəhmətova şəxsi sosial şəbəkə hesabında yazıb. Şöbə müdiri Elm və Təhsil Nazirliyinin fəaliyyətindən narazılığını ifadə edib: “Bir gün TN-nə zəng etdim, onda hələ ETN deyildi, heç indi də deyil. İçində alim yoxdur, bazar adamları var. Hə, zəng edib şikayət etdim ki, məmurlardan biri mənə təzyiq göstərir: yaramaz proqramları təsdiq etməyimi tələb edir. Mənə nə cavab versələr, yaxşıdır: "Könül xanım, siz gedin abituriyent hazırlayın". Bəli, abituriyent hazırlayan kursların rəhbərləri gəlib təhsilə doluşandan sonra elm və təhsil adamları təhsildən didərgin salındı. Sonuncu adamlardanam ki, zor-güc dirənib qalmışam və hamını ayıltmağa çalışıram, ölülər ayılmırlar. Ölülər öz cəlladlarının əlindən, ətəyindən öpürlər. Bu hələ çox adi bir faktdır. Mən istəyirəm ki, səsimi cənab Prezidentə çatdıra bilən adamlar məni dinləsinlər. Biz məhv oluruq”. O, haqq səsinin eşidilməsini istədiyini bildirib: “Doğru danışanı yeddi köydən qovarlar, deyirlər. Lap yeddi planetdən qovun, amma dinləyin məni artıq. Bir gün oyanıb görəcəksiniz ki, Könül özünü asıb. Bu naduristlük içində yaşamağa daha gücüm qalmayıb”. Qeyd edək ki, şöbə müdirinin bu statusu böyük rezonans doğurub. Çoxlu sayda insan şərh yazaraq, ona dəstəklərini ifadə ediblər.
“Bu gün biz görürük ki, Ermənistanın mis mədənlərinin tullantı suları Araz çayına axıdılır, amma İran hökuməti buna göz yumur”. “Azad İran” “YouTube” kanalının məlumatına görə, bunu Tehranda keçirilən “Mədən sənayesində davamlı inkişaf” adlı konfransdakı çıxışında İran Mədən Evinin sədri Məhəmmədrza Bəhramən deyib. Uzun müddətdir, müxtəlif ekspertlər, ekoloji fəallar və jurnalistlər tərəfindən səsləndirilən bu həqiqətin bilavasitə sahə rəsmisi tərəfindən dilə gətirilərək etiraf olunması son dərəcə önəmlidir. Amma iş orasındadır ki, İran hökuməti Ermənistanın Araz çayını çirkləndirməsinə, o cümlədən radioaktiv tullantılarla zəhərləməsinə nəinki göz yumur, hətta bunu ümumiyyətlə inkar edir. Məsələn, təqribən bir ay öncə İran parlamentinin Germi şəhərindən seçilmiş deputatı Vəli İsmaili Araz çayının Ermənistandakı Metsamor atom elektrik stansiyasının tullantıları ilə çirklənməsi barədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiana sual ünvanlayıb, o da bunu qətiyyətlə rədd edib. Daha sonra İran Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami həmin məsələyə münasibət bildirərək deyib: “Biz bu çayın suyunu müntəzəm olaraq yoxlayırıq. Narahatlığa əsas yoxdur”. Bu açıqlamalar Bəhramənin qeyd etdiyi “göz yummağın” nümunələridir və fəlakətli vəziyyətlə bağlı həyəcan təbili çalan ictimaiyyəti, xüsusən Arazboyu ərazidə yaşayan insanları sakitləşdirməyə xidmət edir. Halbuki, hələ 2022-ci ilin sonlarında İran Ticarət Palatasının araşdırması Metsamor AES-in Araz çayını çirkləndirdiyini sübut etmişdi. Eyni zamanda, Arazın Ermənistan tərəfindən radioaktiv tullantılarla zəhərlənməsinin əhalinin sağlamlığına mənfi təsiri barədə illərdir, müxtəlif faktlar açıqlanır. Belə ki, İran Qastroenterologiya və Hepatologiya Cəmiyyətinin üzvü Abbas Yəzdanbod rəsmi IRNA agentliyinə açıqlamasında ölkə üzrə mədə xərçəngi xəstəliyinin ən çox Ərdəbil, Şərqi və Qərbi Azərbaycan əyalətlərində yayıldığını bildirib. Bu barədə daha ətraflı “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə:
İranın Sistan və Bəlucistan əyalətinin nüfuzlu sünni din xadimi Moləvi Əbdülhəmid ölkədə edam hökmlərinin sayının artmasına etiraz edib. O, bu barədə "X" hesabında paylaşım edib. Din xadimi ölkədə edam hökmlərinin daha çox etnik xalqların nümayndələrinə qarşı çıxarıldığını deyib. "Bu ilahi təlimlərə, bəşəri qanunlara uyğun gəlmir, bu, peyğəmbərin, onun səhabələrinin və davamçılarının da inanclarına ziddir",- Moləvi Əbdülhəmid bildirib. Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.
İranda 4 nəfər barəsində çıxarılan ölüm hökmü səhər saatlarında icra olunub. Onlar 2023-cü ilin yanvarında İsfahanda İranın müdafiə sənayesi ilə bağlı müdafiə və raket texnologiyalarının istehsalı zavoduna hücumda ittiham olunublar. Məlumata görə, Tehran hakimiyyəti bu hücumda İsraili qınayıb, 4 nəfəri də Mossadla əlaqədar mühakimə edib. Edam olunanlar bunlardır: qruplaşmanın başçısı Məhəmməd Fəramərzi, Möhsün Mazlum, Vəfa Azərbar (İranda fəaliyyət göstərən “Komilə” hərbi-siyasi qruplaşmasının üzvü), Peyman Fatehi.