Tehranın Evin həbsxanasında saxlanılan milli fəal Hüseyn Pirinin məhkəməsi olub.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, milli fəalın məhkəmə iclası Tehranın İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirilib.
Güseyn Piri barəsində irəli sürülən ittihamlarla bağlı müdafiə çıxışı edib.
Azərbaycanlı fəal qeyri-müəyyən vəziyyətdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirdiyinə görə, sentyabrın 2-də təkadamlıq kameraya salınıb.
Qeyd edək ki, Hüseyn Piri fevralın 6-da başqa bir neçə fəalla birgə həbs edilərək Evin həbsxanasına köçürülüb.
O, "hökumətə qarşı təbliğat” və “daxili və xarici təhlükəsizliyi pozmaq üçün əlbir olmaq"da günahlandırılıb.GünazTV