İran hökuməti türkcə kitabların nəşrini məhdudlaşdırır

Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər.

Sozcu.az xəbər verir ki, bunu güneyli şair, tərcüməçi və ictimai fəal Saleh Səccadi deyib.

O, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin ölkədə Azərbaycan dilində kitabların nəşrinə qadağa və məhdudiyyətləri artırdığını açıqlayıb.

Səccadi bildirib ki, ölkədə Azərbaycan türklərinin milli kimlik, dil və mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda buna qarşı qadağaların tətbiqi də güclənib.

Yazıçının sözlərinə görə, xüsusilə son üç ildə Azərbaycan dilində kitabların nəşrinə qadağa və senzura daha da kəskinləşib.

Share on Facebook