"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçuların tez-tez zədə alması barədə danışıb.
Sozcu.az xəbər verir ki, mütəxəssis buna oyun qrafikinin sıxlığının səbəb olduğunu söyləyib:
“Cədvəl çox sıxdır. Çempionlar Liqası yeni formatdadır və heç kim nəyin necə olacağını bilmir. Amma görünən odur ki, sıx qrafikdə daha 2 oyunumuz var.
Rəhbər orqanlar çox oynadıqları üçün zədə alan oyunçular haqqında düşünməsələr, böyük problemlər yaşayacağıq. Onlardan matçların sayını azaltmaq barədə düşünməyi xahiş edirəm”.
Qeyd edək ki, "Real" ÇL-in Liqa mərhələsinin 1-ci turunda bu gün "Ştutqart"la üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.