İranda bir ay əvvəl başlayan tibb bacılarının etiraz aksiyaları ölkənin müxtəlif şəhərlərində davam edir.
Bu barədə insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, etirazçılar Məsud Pezeşkianın tibb bacılarının tələblərinin yerinə yetirməsinə dair vədlərinə məhəl qoymayıblar.
Məsud Pezeşkian avqustun 31-də ölkə televizyasındakı çıxışında tibb bacılarının, müəllimlərin, əczaçıların və əklinçilərin problemlərinin həlli üçün Milli İnkişaf Fondundan vəsait ayrılacağına söz verib.
Qeyd edək ki, bu günə kimi ölkənin 37 şəhərinin 60 xəstəxanasının on minlərlə tibb bacısı etiraz aksiyaları keçiriblər.
Onlar əmək haqlarının az olması, vaxtında ödənilməməsi, əlavə iş saatlarına görə vəsait nəzərdə tutulmaması və qanunla nəzərdə tutulan başqa hüquqlarının təmin olunmamasından narazılıq edirlər.
Səhiyyə sisteminin nümayəndələri və məsul şəxsləri tibb bacılarının işi dayandırmalarının xəstəxanalarda problemlərin artmasına səbəb olduğu deyirlər.
Etirazların qarşısının alınması üçün təhlükəsizlik məmurları tibb bacılarına təhdid mesajları göndərir, onlardan aksiyalara qoşulmamağı tələb edirlər.