“İran qəsdən öz ərazisilə Orta Dəhlizin çəkilməsinə prinsipcə qarşı çıxır və Pəhləvi dövründən tarix boyu Təbrizin üstün cəhəti olan xarici ticarətin əsas hissəsini Şərq-Qərb marşrutu ilə Bəndər Abbas limanına və İranın cənubuna nəql etməklə Təbrizi zəiflətməyə, onun Türkiyə və Avropa ilə əlaqəsini kəsməyə çalışıb.
Sozcu.az xəbər verir ki, bu sözləri “Təbrizli Türk” adlı istifadəçi yazıb. O daha sonra fikirlərini belə əsaslandırıb:
“İran öz sərhədlərindən kənarda olduğu üçün nə gücü, nə də qanuni səlahiyyəti çatmadığından Zəngəzur dəhlizinə qarşı çıxmaqdansa, Araz dəhlizini ciddi inkişaf etdirərək alternativ təklif verə və dəhlizlə rəqabət apara bilər. Azərbaycan da paralel olaraq iki alternativin olmasını alqışlayar.
Əgər sabah (tamamilə İran ərazisində olan və icrasına heç kimin mane ola bilmədiyi) Araz dəhlizinin ləngiməsinə görə Zəngəzur dəhlizinin açılmasına səbəb olanlar hay-küy salmasınlar! Dünya sizi gözləyə bilməz! Burada söhbət iqtisadi və geosiyasi rəqabətdən gedir, geciksəniz, uduzacaqsınız!”.