8 aydan çoxdur Tehranın Evin həbsxanasında saxlanılan milli fəalların məhkməsi olub və onların bir neçəsi barədə həbs qərarı çıxarılıb.
Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.
Bildirilib ki, Araz Amani, Ayaz Seyfxah və Baqir Hacizadəyə qarşı casusluq ittihamı irəli sürülb və hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası verilib.
Bununla yanaşı adı çəkilən fəalların hər biri "milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq" ittihamına görə daha 5 il həbs cəzasına məhkum ediliblər.
"Milli təhlükəsizliyə qarşı əlbir olmaq və toplaşmaq"da günahlandırılan başqa milli fəal Hüseyn Piri barədə də 5 il həbs qərarı verilib.
Kamal Nuri isə 2 ili şərti olmaqla 3 il azadlıqdan məhrum edilib və 1 il qalan həbs müddəti azaldılaraq sərbəst buraxılmasına qərar verilib.
Məhkəməniin digər məhbus fəallar Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərim Mərdanə barədə qərarı hələlik bildirilməyib.
Qeyd edək ki, adı çəkilən fəallar və başqa bir neçə fəal fevral ayının 5, 6 və 7-də Xiyav, Ərdəbil, Rəşt, Urmu, Təbriz, Tehran, Kərəc və Astara şəhərlərində həbs ediliblər.
Təhlükəsizlik məmurları onların bəzilərinin evinə hücum edib, axtarış aparıb və onlara məxsus bir sıra avadanlıqları müsadirə edib.GünazTV