"O, 90 yaşınadək bütün dünyanı səyahət edərək, özünün "Savaş yox, qanun" şüarını təbliğ edib..."
"Ben Ferens 27 yaşında nasist hərbi cinayətkarlar üzərində Nürnberq məhkəmə prosesində prokuror olub..."
Nasistləri mühakimə edən prokuror Ukrayna müharibəsi haqqında nə deyib?
Nasistlər üzərində Nürnberq prosesinin sağ qalan sonuncu ittihamçılarından olan Bencamin Ferens 103 yaşında vəfat edib.
Sozcu.az xəbər verir ki, amerikalı hüquqşünasın ölümü barəsində onun oğlu NBC telekanalına məlumat verib.
Bencamin (Ben) Berell Ferenc 11 mart 1920-ci ildə Macarıstanda yəhudi ailəsində anadan olub. On aylığında ailəsi ABŞ-a mühacirət edib və Nyu-Yorkda məskunlaşıb. Dövlət məktəbinə getməzdən əvvəl oğlan yalnız uvrit dilində danışıb. Sonradan Ben Ferens hüquq təhsili alıb.
27 yaşında əsas nasist hərbi cinyətkarlar üzərində Nürnberq məhkəmə prosesində prokuror olub. O, Şərqi Avropa və SSRİ-nin işğal edilmiş ərazilərində insanların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan CC bölmələrinin-aynzatsqrupların işi üzrə ittihamçısı kimi çıxış edib.
İş üzrə bir milyondan çox insanın qətlində ittiham edilən 22 nəfər keçib. Onların hamısı günahkar bilinib, 13 nəfəri ölüm hökmünə məhkum edilib.
Nürnberq prosesindən sonra Ferens nasizmdən əziyyət çəkən xalqlara və ölkələrə Almaniya tərəfindən ziyanın ödənilməsi-reparasiyalar və restusiyalar proqramları ilə məşğul olub.
NBC qeyd edir ki, Ferens "Xolokostu yaşamış insanların kompensasiya ilə təmin edilməsində həlledici rol oynayıb". O, Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasında iştirak edib, bu şəhərdə onun adına piyada keçidi var.
2022-ci il martın 4-də Ben Ferens müsahibə verərək əmin olduğunu bildirib ki, Rusiya hakimi Vladimir Putin insanlığa qarşı cinayətlərinə görə məhkum edilməlidir.
"Uşaqların, onların valideynlərinin qətlinə haqq qazandıra biləcək dəlillər yoxdur. Əlbəttə, o, məsuliyyətə cəlb edilə bilər. Bunu etmək üçün təkcə qətiyyət lazımdır, olar Ayda yaşamır. Mən Putini dəmir barmaqlıqlar arxasında görmək istəyirəm, bu, mümkündür", - Ben Ferens deyib.
"İnsan haqları uğrunda yorulmaz mübariz doqquz kitab və onlarla məqalələr yazıb, sonsuz sayda nitqlər söyləyib, 90 yaşınadək bütün dünyanı səyahət edərək, özünün "Savaş yox, qanun" şüarını təbliğ edib", - NBC yazıb.
"Mənim bəxtim son dərəcə gətirib ki, bu qədər yaşamışam. Ümid edirəm ki, öz həyatım boyu nəsə yaxşı şeylər etmişəm", - o, ötən ilin noyabr ayında özünün sonuncu müsahibəsində deyib.
Martın 11-də Ferensin 103 yaşı tamam olub. Onun rəsmi "Twitter" səhifəsində dərc edilən fotoşəklində o, əlil arabasında əyləşib, əllərində saxladığı balaca kağızda bu sözlər yazılıb: "Sevdiyin işlə məşğul ol".