Zelenskidən Papaya cavab: Onları biz dayandırırıq!

Rusiya qatilləri Avropaya yalnız ona görə getmirlər ki, onları əllərində silah, mavi-sarı bayraq altında ukraynalılar dayandırırlar.

Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Roma Papası Fransiskin Ukrayna ilə bağlı təklifinə cavabında deyib.

“Ukraynada bir vaxtlar evlərin və kilsələrin çoxlu ağ divarları var idi, indi onlar rus mərmiləri tərəfindən yandırılır və dağıdılır. Və bu, müharibəyə son qoyulması üçün kimin dayanmalı olduğunu çox gözəl deyir”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Roma Papası Fransisk Ukraynaya “ağ bayraq qaldırmağı və danışıqlar aparmağı” təklif edib.

Share on Facebook