Fransanın Ermənistana verdiyi GM200 nəyə qadirdir?

Xəbər verdiyimiz kimi, bu gün Fransa müdafiə naziri Sebastyan Lekornu ilə ermənistanlı həmkarı Suren Papikyan arasında imzalanan hərbi sazişə əsasən, Ermənistana GM200 sistemi veriləcək. Həmçinin “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı da anlaşma memorandumu imzalanıb. Sozcu.az hər iki qurğunun imkanlarını təqdim edir: “Ground Master 200” (GM200) “Thales” şirkəti tərəfindən istehsal olunan orta mənzilli AESA 3D radarıdır. GM200 hava nəzarəti boşluqlarını dolduran və ya hava hücumundan müdafiə sistemi üçün sensor kimi fəaliyyət göstərir. GM200 həmçinin raket, artilleriya, minaaatana qarşı xəbərdarlıq qabiliyyətinə malikdir. Sistem 20 fut ISO sığınacağına uyğun gəlir və on tondan az çəkiyə malikdir. Buraya enerji generatoru bloku, mast və radio səs və məlumat rabitəsi dəsti olan 2 iş stansiyası üçün otaq daxildir. GM200 avtomobil, dəmir yolu, taktiki təyyarə (C-130 tipli) və ya helikopterlə daşına bilər. GM200 15 dəqiqə ərzində qurula və uzaqdan və ya birbaşa idarə oluna bilər. Bu radar təkmilləşdirilmiş variantları (GM200 MM/A və MM/C), eləcə də yaxın mənzilli GM60 və uzun mənzilli GM400 və onların müvafiq variantları ilə yanaşı “Ground Master” ailəsinin bir hissəsidir. Xatırladaq ki, Fransanın Ermənistana 50 ədəd SHERPA LİGHT, VAB MK3 və ACMAT BASTİON zirehli transpartyorları, eyni zamanda “Mistral” verəcəyi haqda daha əvvəl informasiya yayılmışdı. Bu transpartyor və “Mistral”ın xüsusiyyətləri haqda bu məqalədə tanış ola bilərsiniz.axar)

Türkiyə son hazırlıqlarını görür: "Vaxt yetişdi" - ŞOK

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) yaxınlığı ilə seçilən və tanınmış simalardan olan Abdurrahman Uzun yeni iddia ilə çıxış edib. Sozcu.az xəbər verir ki, İsraillə Fələstin arasındakı qarşıdurmaların şiddətləndiyi və Türkiyə Silahlı Qüvvələrinin vəziyyətə müdaxilə edib-etməyəcəyi ilə bağlı sualların gündəmə gəldiyi bir vaxtda Uzunun sosial şəbəkədəki paylaşımı maraq doğurub. O, Türkiyə Silahlı Qüvvələrinin meydanda olacağını açıq şəkildə iddia edib: “Hər kəs hazır olsun, həsrətlə gözlənən Türk son hazırlıqlarını görür. Zaman yetişir... Bütün dünyada sülh, mərhəmət, ədalət, insanlıq naminə Türk Sülh Qüvvələrinin əsgərləri yenidən meydanda enəcək".musavat.com)

“Müdafiə Nazirliyi yaxasını kənara çəkib, məlumatı ruslardan alırıq. Belə olmaz!”

“Rusların Qarabağdakı ərazi adlarını erməni toponimləri kimi səsləndirməsi onların sabahına hesablanmış addımdır. Təəssüflər olsun ki, Azərbaycan Müdafiə Nazirliyi Qarabağla bağlı məsələləri, nədənsə, Rusiyanın himayəsinə verib. Hətta biz Rusiya sülhməramlıları ilə hansısa birgə postların yaradılması haqqında məlumatları da eşidirik”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.  O Qarabağda müvəqqəti fəaliyyət göstərən Rusiya sülhməramlılarının gündəlik bülletenində bölgədəki yaşayış məntəqələrinin adlarında erməni toponimlərindən istifadə edilməsinin pərdəarxası məqamlarına toxunub.  Polkovnik bildirib ki, bu gün sülhməramlılar Qarabağda yol polisi funksiyasını yerinə yetirirlər, guya hərəkətin təhlükəsizliyi, nəzarət və s. məsələlərlə bağlı absurd məlumatlar verirlər:  “Azərbaycan Müdafiə Nazirliyi də buna sakit reaksiya göstərir. Əlbəttə ki, belə davam edəcəyi təqdirdə, onlar çox şeylər edəcəklər. Açıq demək lazımdır ki, bu gün Rusiya sülhməramlıları əvvəlki qaydada hərəkətlərini davam etdirir. Onlar guya hansısa postları söküb birgə postlar yaradırlar və s.  Bunlar hansı postlardır ki, silahlardan, yaraqlılardan xəbər yoxdur, eləcə də Qarabağdakı yaşayış məntəqələri xəritədə yenə də erməni toponimləri kimi göstərilir. Axı nə qədər demək olar bunlara? Ümumiyyətlə, Azərbaycan Müdafiə Nazirliyi son vaxtlar Qarabağ məsələsi həll olunub deyə sanki qırağa çəkilib. Belə olmamalıdır, çünki sən bu torpağın yiyəsisən. Mən niyə Rusiya sülhməramlılarından məlumat almalıyam ki, mənim ordum onlarla hansısa postlar qurub patrul xidməti yerinə yetirir? Belə olmaz!”  Ü.Cəfərov əmindir ki, baş verənlər xoşagəlməz bir hadisədir:  “Ruslar bu adları göstərməklə bu gün ermənilərə faktiki olaraq deyirlər ki, biz sizin yaşadığınız evləri saxlayarıq, qayıdıb gəlin, biz hələ sizin yanınızda olacağıq. Bu, başqa anlama gəlmir. Əgər Rusiya oranı Azərbaycan ərazisi kimi qəbul etsəydi, onda yaşayış məntəqələrinin adını Azərbaycan dilində yazardı, Xankəndi deyərdir və “Stepanakert” ifadəsini birdəfəlik unudardı. Amma Rusiya tərəfi bunu yazmır, xəritədə vermir və göstərmir”.  “Bunlar ermənilərə işarədir ki, sizi oraya qaytaracağıq və qaytaracaqlar da. Bu gün İranda “3+3” platforması üzrə görüşlər keçirilir. Nə “3+3”?! Rusiya Qarabağla bağlı planlarını 2 gün bundan qabaq bu ölkənin Ermənistandakı səfiri Sergey Kopırkin vasitəsilə bir daha elan etdi. Rusların məqsədi konkret şəkildə aydındır: Ermənistan onlardan qopmaq istəsə də, ruslar onlar üçün “səni sevəcəyəm, sən sevməsən də” mahnısı oxuyurlar. Hesab edirəm ki, Rusiya sülhməramlıları çoxdan çıxarılmalıydı. İndi ruslar deyirlər ki, Azərbaycanla birlikdə müəyyən fəaliyyətlər həyata keçiriləcək və s. Qoy, keçirsinlər, baxaq-görək, nəticəsi nə olacaq?” 

HƏMAS üzvünün etirafı: Özləri evlərində oturublar, amma bizi burada tək qoydular

HƏMAS bizi aldatdı. Özləri evlərində oturublar, amma bizi burada tək qoydular. Sozcu.az xəbər verir ki, bunu Qəzzanın cənubundakı Əş-Şabur yaşayış məntəqəsindən olan HƏMAS üzvü Muaned Yasir Zeyd Əbu Rizek İsrail xüsusi xidmət orqanlarına verdiyi ifadəsində deyib. “Tapşırığımız Sufa məntəqəsini nəzarətə götürmək, orda insanları öldürmək idi. HƏMAS rəhbərliyi bizi aldatdı. Onlar Qətərdə, Türkiyədə oturub Əl-Əqsanın, bütün müsəlmanların adından danışırlar. Özləri orda qalıb, bizi isə burada atıblar. HƏMAS liderləri İsmayıl Haniyə, Xalid Meşal hamısı oradadırlar, amma bizim ailələrimiz Qəzzada partlayır”, - terrorçu bildirib.

BMT sülhməramlıları ATƏŞƏ TUTULDU

BMT sülhməramlıları Malinin şimal-şərqindəki Tesalit şəhərindəki bazasını sürətlə tərk ediblər. Bu barədə BMT-nin Malidəki sülhməramlı qüvvələrinin (MINUSMA) qərargahı məlumat yayıb. “MINUSMA qüvvələrinin Tesalit bazasından sürətlə çıxarılması həddindən artıq gərginlik və missiyanın həyatını riskə atan təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda tamamlanıb”, - deyə məlumatda vurğulanıb. Tessalit bazasının bağlanması missiyanın mandatını sona çatdıran BMT Təhlükəsizlik Şurasının qətnaməsindən sonra MINUSMA qoşunlarının Kidal bölgəsindən ilk və Malidəki altıncı bazasından çıxarılmasını göstərir. Kontingentin Tesalitdən çıxarılması sülhməramlıların atəşə tutulması ilə müşayiət olunub. Qeyd olunub ki, sülhməramılların bir hissəsi olan Çad bölmələri artıq evə uçub. Missiya komandanlığı, həmçinin nəqliyyat vasitələri, generatorlar və döyüş sursatları da daxil olmaqla, çıxarıla bilməyən avadanlıqları məhv etmək və ya sıradan çıxarmaq qərarına gəlib. İyunun 30-da BMT Təhlükəsizlik Şurası Mali hökumətinin tələbi ilə bu ölkədən sülhməramlı missiyanı dayandırmaq barədə qətnaməni yekdilliklə qəbul edib. Sülhməramlıların çıxarılması 31 dekabr 2023-cü ilə qədər tamamlanmalıdır.//Report

İsrail girov götürülmüş şəxslərin sayını AÇIQLADI

Qəzza zolağının HƏMAS partiyasının hərbi qanadının hücumu nəticəsində 212 nəfər girov götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Daniel Hagari açıqlayıb. Onun sözlərinə görə, girov götürülənlərin ailələrinə bununla bağlı məlumat verilib. İsrail Müdafiə Qüvvələri daha əvvəl HƏMAS-ın 200-dən çox adamı girov götürdüyünü bildirmişdi. Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. İsrailin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib.

Ayətullahları yer üzündən siləcəyik - İsrail

Hizbullah şimal cəbhəsindən İsrailə qarşı müharibəyə qoşulsa, İrana hücum edəcəyik. Sozcu.az xəbər verir ki, bu sözləri İsrailin iqtisadiyyat naziri Nir Barkat deyib. “Hizbullah yeni cəbhə açarsa, ilanın başını, İranı hədəf alıb, ayətullahları yer üzündən siləcəyik", - nazir xəbərdarlıq edib.

Paris İrəvanla silah satışını rəsmiləşdirir

Paris və İrəvan bazar günü Fransa silahlarının alınmasına dair razılaşmaları rəsmiləşdirəcək. Sozcu.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Senatda bildirib. “Ermənistana imkan vermək lazımdır ki, öz mülki əhalisini qorusun və sərhədlərinin mühafizəsini təmin etsin. Sabah biz Ermənistanın fransız istehsalçılarından müəyyən sayda silah almasını rəsmiləşdirəcəyik”, - nazir bildirib. Qeyd edilib ki, İrəvana xüsusilə hava hücumuna qarşı müdafiə vasitələri veriləcək.

HƏMAS Təl-Əvivə zərbələr endirir

Fələstinin HƏMAS radikal hərəkatı İsrailin Təl-Əviv şəhərini yenidən atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS-ın sosial şəbəkə hesablarında məlumat yayılıb. Məlumata görə, onlar axşam saatlarından Təl-Əvivi yenidən bombalamağa başlayıblar.

BMT TŞ-nin islahatlara ehtiyacı var - Önal

BMT Təhlükəsizlik Şurasının qlobal səviyyədə islahatlara ehtiyacı var. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal deyib. “Mərkəzi BMT olmaqla, hazırkı çoxtərəfli sistem nəsilləri müharibədən qorumaq üçün qurulub. Ancaq bu məsələdə uğurlu olduğumuzu söyləmək çətindir. Bunun səbəblərini ətraflı nəzərdən keçirməliyik. BMT TŞ-nin qlobal səviyyədə islahatlara ehtiyacı var”, - Önal bildirib.

Vitali Balasanyandan yeni xəbər var - İrəvandakı Rusiya səfirliyində...

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyanla bağlı yeni xəbər var. Sozcu.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Vitali Balasanyan Qarabağdan Ermənistana qaçıb gəldikdən sonra şahid qismində dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Bildirilir ki, Xankəndidə qondarma “Artsax” rejiminin onun barəsində başladığı cinayət işinə xitam verilib, oğluna qarşı da iş başlanıb. Yaxınları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir. Onun nə işlə məşğul olduğunu və niyə kölgəyə çəkildiyini bilmirlər. “Hraparak”ın əməkdaşı oktyabrın 20-də Vitali Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, səfirlikdən çıxaraq boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib. Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib. Balasanyan Azərbaycan torpaqlarının işğalında yaxından iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər qondarma qurumun “müdafiə nazirinin müavini” vəzifəsini tutub.  O, “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, V.Balasanyan Birinci Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü  “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımovu şəxsən sorğu-sual etmiş, ona işgəncələr verdikdən sonra öldürmüşdür.   Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.

Separatçı liderlər məhkəmədən sonra Ermənistana veriləcək? – Hüquqşünas açıqladı

“Separatçıların məhkəməsi kifayət qədər açıq mühitdə keçirilməli və ictimaiyyət nümayəndələri oraya dəvət olunmalıdırlar”. Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. O, həbs olunan separatçıların neçə il cəza alması, cəzalarını harada çəkməsi və Ermənistana ekstradisiya olunması ehtimalları barədə fikir bildirib. “Açıq məhkəmələr gələcəkdə alver predmetini aradan qaldıracaq, Ermənistan bundan sui-istifadə etməyəcək. Hər halda, məhkəmələrin açıq şəkildə keçirilməsi yaxşıdır. Hətta təklif edərdim ki, elektron media, telekanallar məhkəmələrdən geniş reportajlar hazırlayıb “YouTube” və digər sosial şəbəkələrdə yerləşdirsin. Qoy hamı onların hansı cinayətləri törətdiyi və nə işlər gördüyünü bilsin”. Hüquqşünas əlavə edib ki, son söz məhkəmənindir: “Məncə, onlar ən ağır cəzaya layiq adamlardır və ən ağır cəzaya da məhkum ediləcəklər. Onların cəzası təbii ki, Azərbaycanda çəkilməlidir. Lakin cəzanın çəkilməsi ilə bağlı şəxslərin ekstradisiyasına dair Avropa Konvensiyası var. Bu məsələdə dövlətlərarası ikitərəfli razılaşma olmalıdır”. Q. Əlibəylinin sözlərinə görə, Azərbaycanın hələlik Ermənistanla sülh müqaviləsi yoxdur, amma Ermənistan separatçıların cəzalarını həmin ölkədə çəkməsinə əsasən Avropa Konvensiyasına istinad edərək müraciət edə bilər: “Həmin şəxs və yaxud şəxslərin verib-verilməməsi ilə həmin dövlətin səlahiyyətinə aid olan məsələdir. Məsələn, Ramil Səfərovla belə bir məsələ oldu və Macarıstan onu cəzasını çəkməsi üçün Azərbaycana təhvil verdi, Azərbaycan Prezidenti də öz səlahiyyətindən istifadə edib onu azadlığa buraxdı”. Müsahibimiz hesab edir ki, bu cür şəxslərin ekstradisiyası hüquqi cəhətdən mümkün olsa da, həmin şəxsləri cəzalarını çəkmək üçün Ermənistana vermək düzgün olmazdı: “Çünki onlar Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin törədilməsində iştirak edən şəxslərdir. Ona görə də onlar cəzalarını tam şəkildə Azərbaycan ərazisində çəkməlidir. Lakin hüquqi cəhətdən gələcəkdə onların ekstradisiyası mümkün ola bilər”.