"Ukraynaya bundan sonra müvarizəni davam etdirmək üçün ayda ən azı 200 min mərmi tələb olunur..."
"Rusiya qoşunlarında mərmilərdən orta sutkalıq istifadə Ukrayna qoşunlarından 3-5 dəfə çoxdur..."
"Ukraynanın müttəfiqləri 800 min artilleriya mərmisi üçün bütün vəsaitləri toplayıb. Mərmilər bir neçə həftə ərzində Ukraynaya tədarük edilə bilər.
Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazıb.
Məlumatda deylir ki, Çex Respublikası döyüş sursatlarının alınması və sonradan Ukraynaya göndərilməsini maliyyələşdirməyə hazır olan hökumətlər arasında vasitəçi qismin çıxış edəcək.
Tədarükün dəqiq müddətləri müqavilələrdən və tədarük qrafiklərindən asılı olacaq.
Çexiya prezidenti Pyotr Pavel ötən ay Münhen Təhlükəsizlik Konfransında bəyan edib ki, onun ölkəsi 500 min 155 mm və 300 min 122 mm kalibrli mərmilər müəyyən edib və pullar olacağı tədqirdə bir neçə həftə ərzində Ukraynaya göndərilə bilər.
Ukrayna üçün döyüş sursatları - detallar
Almaniya, Latviya, Litva, Niderland, Danimarka, Kanada və Fransa Çexiyanın Avropa İttifaqının hüdudlarından kənarda döyüş sursatlarının alınması üzrə planını dəstəkləyir.
Polşa buna maraq göstərdiyini ifadə edib. Bu həftə detalların ayrıca müzakirəsi gözlənilir, bu müzakirələrdə Avropa İttifaqı ölkələrinin müdafiə və xarici işlər nazirləri iştirak edəcək.
Almaniya Çexiyanın təşəbbüsünə qoşulmaq qərarını verib. Bu barədə Berlində Almaniya hökumətinin nümayəndəsi Şteffen Heberştray bəyan edib.
Dəyərləndirmələrə görə, Ukraynaya mübarizəni davam etdirmək üçün ayda ən azı 200 min mərmi tələb edilir.
Rusiya qoşunlarında mərmilərdən orta sutkalıq istifadə Ukrayna qoşunlarından 3-5 dəfə çox ola bilər.