Haitidə prezident sarayına hücum: Şiddətli döyüşlər...

Haitidə prezident sarayına hücum olub.

Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Silahlı dəstələr Port-au-Prins şəhərinin mərkəzində və ya onun yaxınlığında çoxsaylı hökumət binalarına hücum ediblər.

Döyüşlərdə iştirak edən hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, hücumlar koordinasiyalı və sürətli olub:

“Müxtəlif qruplar eyni vaxtda Prezident sarayı, Daxili İşlər Nazirliyi və polis qərargahlarını hədəf alıblar”.

Şiddətli döyüşlərdən sonra dəstə üzvləri geri çəkilib.

Toqquşma nəticəsində silahlı dəstələrin 10 üzvü öldürülüb. Polislər arasında yaralı və ya ölənlərin olması barədə məlumat yoxdur.

Share on Facebook