Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstan Baş naziri Kiriakos Miçotakisdən 300-400 metr uzaqlığa ballistik raketlə zərbə endirildi.
Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski Odessada Yunanıstan baş naziri ilə görüşü zamanı yaşanan insident barədə açıqlamasında deyib.
“Biz limanda idik və 300-400 metr uzaqlığa ballistik raket atıldı. Raket olduqca tez gəldi, həyəcan siqnalı az səsləndi. Zərbənin Krımdan gəldiyini bilirik, ona görə də komandanlıq cavab tədbirləri görə bilmədi”, - deyə o bildirib.