Rusiyanın Q.M.Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksinə PUA hücumu nəticəsində A-50 kəşfiyyat təyyarəsinə ciddi ziyan dəyib.
Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko məlumat yayıb.
“Taqanroq təyyarə zavodu və modernizasiya üçün orada olan A-50 təyyarəsi Ukrayna Silahlı Qüvvələrinin səhər zərbələri nəticəsində məhv edilib. Bu məlumatı mənə təsdiqləyiblər”, - Qonçarenko bildirib.
Ukrayna tərəfi rəsmi olaraq açıqlama verməyib.