Ruslan Əliyev işdən çıxarıldı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. 

Sozcu.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru vəzifəsi sədrin müavini Azər Məmmədova həvalə edilib.

“Azəriqaz” İB-nin mətbuat katibi Eldəniz Vəliyev məlumatı "oxu.az"a təsdiq edib.

Qeyd edək ki, Ruslan Əliyev 2019-cu ildən bu vəzifəni icra edirdi. 

Share on Facebook