Tanınmış vəkil “zon”a köçürüləcək

Təhqir və böhtan ittihamları ilə həbs edilmiş tanınmış vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədovun apellyasiya şikayətinə baxılıb. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu iclasda qərar açıqlanıb. Məhkəmə Adəm Məmmədov və qardaşına verilmiş cəzanı qanuni hesab edərək hökmün qüvvədə saxlanılmasına qərar verib. Bununla hökm qanunu qüvvəyə minmiş hesab olunur. Adəm Məmmədov yaxın günlərdə cəzasının qalan hissəni çəkmək üçün cəzaçəkmə müəsisəsinə köçürülməlidir. Qeyd edək ki, Adəm Məmmədov və Xəyyam Məmmədov birgə rəhbərlik etdikləri saytda tanınmış vəkil Ceyhun Yusifovu ağır cinayətdə ittiham etmişdilər.C. Yusifovun xüsusi ittiham qaydasında məhkəməyə müraciəti əsasında Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun qardaşı Xəyyam Məmmədova isə 1 il müddətinə islah işləri cəzası verilib. Məlum qalmaqaldan sonra Vəkillər Kollegiyasının Rəyasət Heyyətinin qərarı ilə A.Məmmədovun vəkillik fəaliyyəti də dayandırılmışdı.

TƏCİLİ: Voronejdə azərbaycanlılar SAXLANILDI

Rusiyanın Voronej şəhərində azərbaycanlılara qarşı daha bir təhqiramiz davranış qeydə alınıb. Sozcu.az Haqqın.az-a istinadən xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələri yenidən Voronejdə bazarda azərbaycanlıları saxlayıb. Hadisə yerində olan şahidlərin sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları bazarda reyd keçirib və saxlanılan şəxsləri bir-birinin çiynindən tutaraq yeriməyə məcbur ediblər. Məlumata görə, saxlanılanlar arasında azərbaycanlılarla yanaşı, tacik və özbək əsilli şəxslər də var.

Paşinyandan separatçılara: İmkan verməyəcəyik!

Ermənistan ərazisində ikinci dövlətin mövcudluğuna imkan verməyəcəyik. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Qarabağ separatçılarının “nümayəndəliyi”nin binasının ləğv edilməsi təşəbbüsü fonunda deyib. “Birbaşa dedim ki, Ermənistanda ikinci dövlətin olmasına icazə verə bilmərəm. Bu barədə əvvəllər də danışmışam və mesajın başa düşüləcəyinə ümid edirdim. Bir, iki, üç... Dövlət tədbir görməlidir”, - o bildirib. Paşinyan əlavə edib ki, bu mülk Ermənistana məxsus olmalıdır. Qeyd edək ki, Ermənistan Baş Prokurorluğu İnzibati Məhkəmədə Kadastr Komitəsinə qarşı iddia qaldıraraq qondarma “Qarabağ nümayəndəliyi”nin yerləşdiyi binaya mülkiyyət hüququnun etibarsız hesab edilməsini tələb edib.

İsrail ordusu Dəməşqi vurdu: 5 ölü, 18 yaralı

14:10 İsrail ordusu Suriya Baş Qərargahının Dəməşqdəki kompleksinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Suriya mediası isə şəhərə endirilən zərbələr nəticəsində iki nəfərin yaralandığını vurğulayıb. *** İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 5 nəfər ölüb. Bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Hücum nəticəsində 18 nəfərin də yaralandığı bildirilib.

Trampın istədiyi olmadı – Bitkoin sürətlə ucuzlaşmağa başlayıb

Dünən ABŞ Nümayəndələr Palatasında kriptovalyuta ilə bağlı qanun layihələrinin prosedur səsverməsinin uğursuzluqla nəticələnməsi Bitkoinin qiymətinə mənfi təsir göstərib. Sozcu.az “Forbes”ə istinadla xəbər verir ki, səhər saatlarında gündəlik maksimum dəyəri 120 min 482 dollar olan Bitkoin günortaya doğru 117 min dollara qədər enib. Bitkoində baş verən 2,8%-lik azalma ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi kriptovalyuta qanunlarının bloklanması fonunda qeydə alınıb. Nümayəndələr Palatasında keçirilən prosedur səsvermədə 196 nəfər lehinə, 223 nəfər isə əleyhinə səs verib. Əleyhinə səs verənlər arasında 13 respublikaçı da olub. Bloklanan qanun layihələri arasında stabilkoinlərin tənzimlənməsi, kripto aktivlərin qiymətli kağız və ya əmtəə kimi təsnifləşdirilməsi, həmçinin Federal Ehtiyat Sisteminin rəqəmsal valyuta buraxmasına məhdudiyyətlər qoyulması ilə bağlı təkliflər yer alırdı. Tramp eyni gün “Truth Social” platformasında paylaşım edərək respublikaçıları bu qanunlara dəstək verməyə çağırmışdı: “Nümayəndələr Palatası Amerikanı rəqəmsal aktivlərin lideri edəcək nəhəng qanun layihəsinə səs verməlidir”. Qanun layihələrinin bloklanması təkcə Bitkoinə deyil, həm də kriptovalyuta ilə əlaqəli səhmlərə mənfi təsir göstərib. Mədən şirkətləri olan “Riot Platforms” və “Mara Holdings”in səhmləri müvafiq olaraq 3,3% və 2,3% ucuzlaşıb. “Coinbase” birjasının səhmləri isə 1,5% dəyər itirib. Ekspertlər qeyd edirlər ki, son günlərdə Bitkoinin qiymətindəki artım, birja fondlarının (ETF) kriptovalyuta alışı və qanunvericilikdə irəliləyişlərə dair gözləntilərlə əlaqədar idi. Lakin qanun layihələrinin bloklanması investor optimizmini zəiflədib.

Goranboyda kütləvi dava: xəsarət alanlar var

Goranboy rayonunda kütləvi dava olub. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakinləri E.Abuzərov, T.Zeynalov və E.Mustafayev mübahisə zəminində bir-birilərinə müxtəlif alətlərlə xəsarət yetiriblər. Hər üçü xəstəxanaya yerləşdirilib. Mübahisənin səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

İtkin düşən şəhidin qalıqları tapıldı: dəfn olunacaq - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən daha bir şəxsin qalıqları dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumata görə, itkin düşmüş hərbçi Kərimov Məzahir Xalıq oğlunun qalıqları iyulun 18-də Xaçmaz rayonu Usta Cəlilli kənd qəbiristanlığında dəfn olunacaq.

Hazırda Bakıda 39, Naxçıvanda 40 dərəcə isti var - FAKTİKİ HAVA

İyulun 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Düşən yağıntının miqdarı Ağstafada 9, Şahdağda 6, Tovuzda 3, Qubada 2, Ceyrançöl, Gədəbəy, Daşkəsəndə 1 mm-dir. Küləyin sürəti İyulun 15-i axşam saatlarında bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Ağstafada 25, Şəmkir və Tovuzda 20 m/s dək güclənib. Havanın temperaturu Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda 32 dərəcəyədək isti qeydə alınıb.

Erməni keşiş: Paşinyanın başı kəsilsin

Erməni Apostol Kilsəsi İŞİD-in qoluna çevrilib, baş kəsilir, baş isə Ermənistanın seçilmiş baş nazirinindir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin ofisinin rəhbəri Araik Arutyunyan Feysbuk səhifəsində din xadiminin çıxış videosundan bir parça paylaşaraq yazıb. “O deyir ki, Paşinyanın başını kəsmək lazımdır. İndi fikirləşin ki, Vazgen Qalstanyan (“Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan nəzərdə tutulur – red.) onunla müqayisədə “ağbənizdir”, - o bildirib.

Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRIR

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) növbəti tədris ili üçün illik təhsil haqqı artırılıb. Modern.az-ın məlumatına görə, artım həm bakalavriat və magistratura səviyyələrində müşahidə edilib. "Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb", - universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumatda deyilir. Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Azərbaycan Texniki Universitetində (AzTU) isə artım olmayacağı bildirilib.

Türkiyənin iki vilayətində meşə yanğınları başladı

Türkiyənin Çanaqqala vilayətinin Ayvacık və Təkirdağ vilayətinin Şarköy ilçələrində meşə yanğınları başlayıb. Sozcu.az Türkiyə mediasına xəbər verir ki, hər iki bölgədə yanğının söndürülməsi üçün intensiv tədbirlər davam etdirilir. Şarköydə təhlükəsizliyin qorunması məqsədilər bir məhəllənin sakinləri təxliyə edilib.

Cəlilabadda meşədə yanğın: bir nəfər tüstüdən zəhərləndi

14:10 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Hava şəraitinin küləkli olması yanğınsöndürmə işlərində çətinliklər yaradır. *** Cəlilabadda meşədəki yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib. Məlumata görə, o, 1976-ci il təvəllüdlü, meşə təsərrüfatının əməkdaşı Qəni Nəzirovdur. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Hazırda yanğın davam edir.

Bu ərazilərə yağış yağır

Azərbaycanda iyulun 15-i saat 16:00-a olan məlumata əsasən hazırda bəzi dağlıq ərazilərdə - Daşkəsən, Gədəbəy, Qusarda qısamüddətli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 39, Naxçıvan MR-da eyni zamanda Aran rayonlarında 40, dağlıq rayonlarda isə 30 dərəcəyədək isti qeydə alınıb.

Ukraynanın baş naziri istefa verdi

Ukraynanın Baş naziri Denis Şmıqal vəzifəsindən istefa verib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Zelenskidən Ottava Konvensiyası ilə bağlı qərar...

Prezident Vladimir Zelenski Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının qüvvəsini dayandıran qanunu imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında yazıb. "Mən dərhal Ukrayna üçün piyada əleyhinə minalar haqqında Ottava Konvensiyasının dayandırılması ilə bağlı Ali Radadan verilən sənədi imzaladım", - deyə bildirilib.

"Barselona" onun üçün "Bavariya" ilə danışıqlara başlayır

"Barselona" "Bavariya"nın və İspaniya millisinin hücumçusu Brayan Saraqosanı yay transfer pəncərəsində əsas hədəflərindən biri kimi görür. Sozcu.az xəbər verir ki, bu barədə İspaniyanın "El Chiringuito" nəşri məlumat yayıb. Kataloniya klubunun rəhbərliyi 23 yaşlı futbolçunun La Liqada oynamağa tam hazır olduğunu və hazırda maliyyə baxımından ən sərfəli variantlardan biri olduğunu düşünür. Qeyd olunur ki, Saraqosa "Barselona"nın ona olan marağı ilə bağlı xəbərlərə sosial şəbəkələrdə bəyənərək reaksiya verib. Klubun yaxın günlərdə futbolçunun transferi üçün rəsmi təklif göndərəcəyi də bildirilir. Qeyd ki, Brayan Saraqosa ötən mövsümü icarə əsasında "Osasuna"da keçirib və 28 oyunda 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı vingerin "Bavariya" ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. 

Bu tarixdə havanın temperaturu aşağı düşəcək

İyulun 17-dək ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin davam edəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, yaxın iki gündə Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 35-38, bəzi yerlərdə isə 40°C-yə qədər yüksələcək. Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında da istilik 36°C-yə çatacaq. Dağlıq ərazilərdə isə temperatur 28-33°C arasında dəyişəcək. Qeyd edək ki, 17 və 18 iyulda hava temperaturunun 2 dərəcə aşağı düşəcəyi gözlənilir. 19 iyulda isə temperaturun yenidən qalxacağı proqnozlaşdırılır.

Tramp Ukraynaya “Tomahavk” verməyi nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp Ukraynaya uzaqmənzilli “Tomahavk” qanadlı raketləri göndərməyi nəzərdən keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzetinin köşə yazarı Devid İqnatius mənbələrə istinadən bildirib. Onun sözlərinə görə, Rusiya ərazisinin dərinliklərində hədəflərə çata bilən “Tomahavk” raketlərinin Kiyevə ötürülməsi məsələsi iyulun 11-də müzakirə edilib, lakin hazırda bu sursatlar tədarük siyahısına daxil edilməyib: “Lakin Tramp daha çox təsir rıçaqları əldə etmək istəsə, onlar sonradan Ukraynaya ötürülə bilər”.

Trampdan Zelenskiyə: Moskva və Sankt-Peterburqu niyə vurmursan?

Ötən həftə ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Moskvaya niyə zərbə endirmədiyini soruşub. Zelenski cavab verib ki, əgər Vaşinqton Kiyevi silahla təmin etsəydi, bunu edə bilərdi.  Sozcu.az xəbər verir ki, "Vashinqton Post" qəzetinin köşə yazarı David İqnatius mənbələrə istinadən söhbətin təfərrüatlarını açıqlayıb.  Jurnalistin sözlərinə görə, Tramp “təkcə Moskvaya deyil, Sankt-Peterburqa da” təzyiqlərin artırılmasının zəruriliyindən danışıb. Qeyd olunur ki, ABŞ prezidenti üç səbəbə görə Rusiya ilə bağlı mövqeyini sərtləşdirib. Birincisi, o hesab edir ki, Vladimir Putin “atəşkəs çağırışına məhəl qoymayaraq” hörmətsizlik edir. İkincisi, Donald Tramp B-2 bombardmançıları və "Tomahawk" raketlərindən istifadə etməklə İrana zərbələrin effektivliyini görüb. Bundan əlavə, Tramp əmindir ki, Rusiya prezidenti “yalnız daha çox güc tətbiq etmək təhlükəsi altında” danışıqlar aparacaq, ona görə də Amerika lideri “eskalasiya naminə eskalasiyaya” gedib. Xatırladaq ki, Donald Tramp avropalı müttəfiqlərin pullarından istifadə edərək Kiyevə silah tədarük etməyə başlayacağını vəd edib və Ukraynada 50 gün ərzində sülh əldə olunmasa, Rusiya və onun ticarət tərəfdaşlarına “çox sərt” - 100% tariflər tətbiq edəcəyi ilə hədələyib. Dövlət Departamenti əmin edib ki, ABŞ prezidentinin prioriteti danışıqlar yolu ilə davamlı sülhə nail olmaqdır.

Övladının müalicəyə ehtiyacı olan ananın müraciəti!

Mənim oğlum Nihat 2019-cu il təvəllüdlüdür. Tək anayam ancaq işləyib güclə balalarıma baxıram. Oğlum əziyyət çəkir uzunmüddətli müalicə almalıdır. Bir kurs müalicəsi 300 manatdır. Yaşıdlarından geri qalır, heç nəyə reaksiya vermir. Kimin imkanı nəyə çatır kömək etsin. Kapital Bank 5239.1517.3928.6964 Kart anaya aiddir: Orucova Samirə Əlaqə nömrəsi: 070-525-62-03

Məleykə Abbaszadə sağılan inəyi qadınlara bənzətdi: SƏRT REAKSİYA

"Dövlət İmtahan Mərkəzinin rəhbəri səviyyəsində səsləndirilən qeyri-peşəkar və cinsiyyətçi bənzətmələr təəssüf ki, Azərbaycanda dövlət idarəçiliyinin və xüsusən təhsil sahəsində ictimai məsuliyyətin hansı vəziyyətdə olduğunu açıq şəkildə göstərir. Məleykə Abbaszadənin "inəyin taleyi" ilə bağlı ifadəsi təkcə uğursuz metafora deyil, həm də təhsili idarə edən şəxslərin cəmiyyətə verdiyi simvolik mesajın necə qəbuledilməz ola biləcəyini göstərən nümunədir". Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin ictimai qınağa səbəb olan fikirlərinə münasibətində deyib.  Onun sözlərinə görə, cəmiyyətin müxtəlif təbəqələrinin etirazla qarşıladığı bu fikir illərlə qadın hüquqları uğrunda mübarizə aparan şəxslər və maarifləndirmə işini bir anda kölgə altına salır: Marqarita pizza "Çünki bu cür açıqlamalar ictimai şüura, gender bərabərliyinə və qadın əməyinə dəyər baxımından zərərli nümunə yaradır. Azərbaycan Respublikasının "Gender bərabərliyinin təminatları haqqında" Qanununun 3.0.2-ci maddəsinə görə, dövlət qadın və kişilər arasında sosial, iqtisadi və mədəni sahələrdə bərabər hüquqların təmin olunması üçün məsuliyyət daşıyır. Amma yüksək vəzifəli bir qadın çıxışında qadın obrazını məzmunsuz, bioloji təhqirə yaxın şəkildə təqdim edirsə, bu həm qanunun ruhuna, həm də təhsil idarəçiliyində etik dəyərlərə ziddir. Ən acınacaqlısı isə odur ki, bu fikirlər rəsmi mətbuat konfransında, media qarşısında, ictimaiyyətə yönəlik bir platformada səsləndirilir və bu çıxış təhsili idarə edən qurumun imicini kökündən sarsıdır". Kamran Əsədov Dövlət İmtahan Mərkəzinin son illərdə şəffaflıq, hesabatlılıq və ictimai etimad baxımından ciddi tənqid olunduğunu vurğulayıb: "2023-cü ilin apelyasiya statistikalarına əsasən, buraxılış və qəbul imtahanlarında ümumi şikayətlərin sayı 48 mindən çox olub. Bu şikayətlərin əhəmiyyətli hissəsi qiymətləndirmə zamanı obyektivliyin pozulması, test suallarının mübahisəli olması və texniki qüsurlarla bağlıdır. Belə bir vəziyyətdə qurumun rəhbərinin əsas gündəmi sarkazm və uğursuz zarafatlarla müşayiət olunursa, bu, həm ictimai narazılığı artırır, həm də idarəetmənin ciddiliyini və peşəkarlığını sual altına salır". Kamran Əsədov əlavə edib ki, dünya təcrübəsində belə hallarda dövlət rəsmiləri ictimai tənqiddən dərs çıxarır, açıq üzrxahlıq edir, hətta bəzi hallarda vəzifədən geri çəkilirlər: "Məsələn, Kanadada və Skandinav ölkələrində oxşar hallar yaşandıqda həmin şəxslərin ya ictimai şəkildə üzr istəməsi, ya da istefa verməsi presedent olub. Çünki bu, təkcə şəxsi mövqenin yox, həm də dövlətin təmsil olunma mədəniyyətinin göstəricisidir. Azərbaycanda isə bu məsələlər ya "şəxsi fikir” adı ilə pərdələnir, ya da ironiyaya çevrilərək cəmiyyətin reaksiyası görməzlikdən gəlir”. Ekspertin fikirincə, Elm və Təhsil Nazirliyi və DİM arasında koordinasiya zəifdir, ictimaiyyətlə münasibət formal xarakter daşıyır: "Nə rəsmi şəxslərin etik davranışlarına nəzarət edən qurumlar aktivdir, nə də bu cür açıqlamaların nəticələrini dəyərləndirən ictimai şuralar yaradılıb. Təhsil sahəsində idarəetmə yalnız texniki məsələlərlə deyil, həm də simvolik və ideoloji çərçivələrlə ölçülməlidir. Bu cür açıqlamalar isə o çərçivələri dağıdır, təhsilin və dövlətçiliyin hörmətini zəiflədir. Nəticə etibarilə, yalnız təhsilin məzmununa deyil, onun necə və kim tərəfindən təmsil olunmasına da diqqət yetirilməlidir. Dövlət İmtahan Mərkəzinin rəhbəri tərəfindən səsləndirilmiş bu cür ifadələr sistemdə dərinləşmiş qeyri-ciddilik, kobud kommunikasiya və ictimai məsuliyyətsizlik problemini bir daha ortaya çıxarır. Rəsmi mövqe sərgiləməli və ictimaiyyətin təhsilə inamını qorumaq üçün ciddi tədbirlər görməlidir. Əks halda, bu tip çıxışlar təhsilin mahiyyətini və dövlətin nüfuzunu gözdən salmaqda davam edəcək". Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə dünən mətbuat konfransı zamanı çıxışında bir açıqlaması ilə diqqət çəkib. Baytarlıq ixtisasının vacibliyindən danışarkən ona ünvanlanan suala sədrin cavabı belə olub: "İnəyin taleyi elədir ki, onu gec-tez öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi daha ağırdır, nəinki ölmüş inəyin. Hər gün sağılmaq ondan ağırdır. Qadınlar bu mövzuda məni başa düşərlər".

Məcburən Vətənimi tərk etmək istəyirəm...

Məcburən Vətənimi tərk etmək istəyirəm... Bu məmləkətdə əsl ziyalıya dəyər verilmir... Ali təhsilliyəm, şair-publisistəm, jurnalistəm, ziyalıyam, istedadlı insanam... Həm işsizəm, həm evim-mənzilim yoxdur.  İşlə də təmin edilmirəm, dövlət tərəfindən mənə mənzil də verilmir. Müstəqil jurnalis kimi fəaliyyət göstərirəm.  Qeyd edim ki, jurnalist olaraq 25 ildir ki, mətbuat sahəsində çalışıram. Azərbaycan Yazıçılar Birliyinin, eləcə də Jurnalistlər Biriyinin üzvüyəm. 2020- ci idə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputatlığa namizəd olmuşam.  Şair-jurnalist kimi düşünürəm ki, nə vaxta kimi kirayə "ev"lərdə ömrüm çürüməlidir? Nəvaxtadək işləmək üçün iş axtarmalıyam?  Ömrüm-günüm kirayələrdə və iş axtarmaqla ötüb keçir. Bu qədər də ədalətsizlik olarmı? Öz ana Vətənimizdə vətəndaşlara yaşamağa şərait yaradılmır, imkan verilmir. Ancaq vəzifəli şəxslərin, məmurların ailə üzvləri və onlara doğma olanlar yaxşı gün görürlər, bəzəkli, möhtəşəm villalarda, təmtəraqlı saraylarda lüks və komfortlu həyat yaşayırlar.  Vəzifəli şəxslərin çoxusunun övladları və doğmaları vəzifə sahibidir, dövlətin hansısa qurumlarına rəhbərlik edirlər, hətta yüksək vəzifələrə təyin olunurlar. Nə edək, belədir. Yaşadığım gün-güzarana baxanda məlum olur ki, doğma yurdum Azərbaycan adlı milyonlar səltənəti, saysız-hesabsız sərvəti olan bu məmləkət bir qrup adamlara, vəzifəli şəxslərə, məmurlara, onların ailə üzvlərinə, doğmalarına, əzizlərinə və yaxınlarına aiddir. Neçə illərdi ki, ölkədə belə bir xoşagəlməz hal açıq-aydın görünür... Bir vacib məsələyə də toxunmaq istəyirəm. Çox böyük fəxr hissilə deyirəm ki, ömrümün çox hissəsini təhsil müəssisələrinin, elm ocaqlarının auditoriyasında keçirmişəm. Ayrı-ayrı ixtisaslar üzrə təhsilim var. Bir neçə diplom sahibiyəm. Əsasən humanitar sahə üzrə təhsil almışam. Alimlərdən, akademik və professorlardan, gökəmli, tanınmış müəllimlərdən, dərs almışam, onların mühazirələrinə qulaq asmışam, elmin sirlərinə yiyələnmişəm. Onu da qeyd edim ki, yenə də tələbəyəm, universitetdə distant təhsil alıram.  "Sinema, radio, televiziya" proqramçılığı fakültəsində oxuyuram. Təhsilim ödənişlidi. Xeyli müddətdir ki, təhsil haqqımı ödəyirəm. Vurğulayım ki, yaxın günlərdə imtahanlarım olacaq. Amma işsiz olduğum üçün təhsil haqqımı hələ də ödəyə bilməmişəm.  Universitetin hesabına təhsil haqqımı keçirə bilmədiyim üçün yəqin ki, bir neçə günə olacaq imtahanlara buraxılmayacam.  Əlbəttə, bu, birmənalı olaraq belədir. İş tapa bilsəydim, işləsəydim maaşımdan təhsil haqqımı özüm təbii ki, ödəyəcəkdim.  Baxın görün ki, bir neçə diplom sahibi olan ali təhsilli mütəxəssis öz doğma Vətənində, öz ana yurdunda neçə illərdir ki, işsizdir, işləmək üçün iş tapa bilmir. Təəssüflər ki, ölkəmizdə çox ədalətsizlik, haqsızlıq var.  Ölkədə beyin mərkəzləri sıradan çıxır. Ölkənin ziyalıları küsdürülür, bezdirilir, öz Vətənindən didərgin düşərək doğmalarını tərk edib Avropa ölkələrinə gedir.  Şair-jurnalist kimi fikirləşirəm ki, qalan ömrümü ac-yalavac, iş atara-axtara kirayə daxmalarda, zülüm içində keçirməliyəmmi? Deməli, bircə çıxış yolu qalıb, çox sevdiyim Vətənimdən köçüb getmək. Neyləyim axı, öz Vətənimdə üzüm gülmür, ürəyim sevinmir. Çünki bu ölkədə qismətim ancaq çəkdiyim qəm-qüssədi, kədərdi, dərddi.  P. S. Heyif, bu ölkədə ziyalının dəyəri yoxdur.  P. S. S. Məni çox bezdirdilər öz Vətənimdən.  Göz yaşımla Vətəni tərk etməyə məcburam. XATİRƏ ƏZİZ Rəhimli Şair-publisist, jurnalist

Məktəbli vəfat etdi

Akademik Zərifə adına liseyin IX sinif şagirdi Mehdi Səmədli dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Mehdinin həyatını təəssüf ki, xilas etmək mümkün olmayıb.

ABŞ təsdiqlədi: Zəngəzur dəhlizi 100 illik möhlətə icarəyə verilir

ABŞ iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında planlaşdırılan nəqliyyat dəhlizini öz üzərinə götürməyi təklif edib. Bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak bildirib. Sozcu.az middle east eye-a istinadla xəbər verir ki, mart ayında Ermənistan və Azərbaycan sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, rəsmi Bakı sazişi imzalamazdan əvvəl bir neçə əlavə şərtdə israr edir. “Azərbaycan İrəvandan tələb edir ki, digər şərtlərlə yanaşı, konstitusiyaya dəyişiklik edilsin. Əsas problemlərdən biri Azərbaycanı öz eksklavı olan Naxçıvanla Ermənistan ərazisi ilə vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizi adlanan layihədir”, - deyə Britaniya nəşri yazıb. pizza sifarişi Təhlilin davamında qeyd edilib ki, Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsinə təkid edir. Ermənistan isə marşruta nəzarətin hər hansı üçüncü tərəfə verilməsinin qəti əleyhinədir. Uzunluğu 32 km olan dəhliz Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasında ciddi maneəyə çevrilib. "Onlar 32 kilometr yol üzərində mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil, - Barak Nyu-Yorkda keçirilən brifinq zamanı jurnalistlərə bildirib. - Amerika məsələyə müdaxilə edir və deyir: "Yaxşı, bu işin qulpundan biz yapışırıq. 32 kilometr yolu bizə 100 illik icarəyə verin". Barakın şərhləri Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq özəl ABŞ kommersiya operatoru vasitəsilə dəhlizi idarə etmək təklifinin ilk rəsmi təsdiqidir. “Carnegie Endowment”-in son hesabatında bu plan izah olunub: o, Avropa Birliyinin daha əvvəlki təklifi əsasında modelləşdirilib, ABŞ logistika firmasının marşrut boyunca yük tranzitinin idarə edilməsinə və monitorinqinə cavabdeh olacaq. Türkiyə sakitcə Bakını sülh sazişini imzalamağa çağırıb və Azərbaycan rəsmilərinə İranın təsirinin azalması kimi regional dinamikanın dəyişməsini xatırladıb. Danışıqlarla tanış olan regional mənbə Middle East Eye-a bildirib ki, dəhlizi idarə edən həm Ermənistan, həm də Azərbaycan tərəfindən bəyənilən özəl şirkət ideyasını əvvəlcə Türkiyə təklif edib. “Lakin Ermənistan tərəfi şirkətdən dəhlizin Naxçıvan tərəfində də işləməyi tələb edib ki, bu da Bakı üçün qəbuledilməzdir”, - mənbə bildirib. Türkiyə rəsmiləri Ermənistanı Türkiyəni birbaşa Orta Asiya ilə birləşdirəcək Orta Dəhlizdə mühüm halqa kimi görürlər. Türkiyə şirkətləri də Ermənistan daxilində potensial infrastruktur layihələrində iştirak etməyə can atırlar.