Tahir Əmiraslanova qadağa qoyuldu - Kulinardan ETİRAZ

“Təsadüfən öyrəndim ki, bir TV kanalında mənım çıxışlarıma qadağa qoyulub. Adını çəkmirəm oradakı jurnalistlərə hörmətim var”.

Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov bildirib.

“Bütün TV-lərə, ümumiyyətlə jurnalistlərə həmişə hörmətlə yanaşmışam.

Amma hansısa TV kanala və ya jurnalistə heç vaxt “gəlin məndən müsahibə alın” dediyim olmayıb. Öz tamaşaçısına və ya oxucusuna mənim sənətimdən nəsə demək istəyən olkəmizdəki yaxud xaricdəki TV, mətbu orqanı, jurnalist özləri təşəbbüs göstərib müsahibə istəyiblər, mən də çalışmışam “yox” deməyim...

Mətbəximizin tanınmasında, millətimizin mariflənməsində bu müsahibələrin böyük rolu olub.

Hər dəfə jurnalistlər müsahibənin nə qədər rezonans yaratdığını deyib, yeni müsahibə istəyiblər”, - T.Əmiraslanov deyib.

O, adını çəkmədiyi TV-nin rəhbərliyinə də səslənib:

“Siz mənı kiminləsə səhv salmısınız!

Siz mənı yox, öz tamaşaçınızı, öz oxucunuzu cəzalandırmısınız. O da bunu cavabsız qoymayacaq. TV-nin pultunu başqa kanala çevirəcək...

Mən fikrimi özüm istəyəndə sosial şəbəkələrdən, yaxud digər TV-lərdən çatdırmağı da bacarıram...

Amma başa düşmürəm bunu hansı ağılla və niyə edirsiniz?

Mənı işdən çıxaranda da səbəbini başa düşmədim. Məni çıxarandan sonra, 3 ildə yerimə dördüncü direktor qoymusunuz. Nəticəsi?

Kim itirdi bundan? Mən, yoxsa xalqımız, dövlətimiz?

Kim qazandı? Yalnız qonşular.

İndi kim itirir?

Kəndimizdə belə hallarda deyərdilər “Başına at təpib?”

…Hərdən bir qərar verəndə papağınızı önünüzə qoyub fikirləşin! Əgər papağınız varsa!

Bir də imkan olanda, məni düşmən görmənızin heç olmazsa səbəbini bildirin! Lütfən!”

Share on Facebook