İsrailin Baş naziri Benyamin Netanyahu İsrail Prezidenti İshaq Hersoqun Davosda Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak etməsinə mane olub.
Sozcu.az xəbər verir ki, bu barədə İsrail telekanalı "Kanal 12" məlumat yayıb.
Mənbələrin məlumatına görə, Ağ Ev Netanyahuya dəvət göndərərək baş nazir, prezident və digər nümayəndələrin mərasimdə iştirak edə biləcəyini bildirib. Netanyahu isə Beynəlxalq Cinayət Məhkəməsinin hərbi cinayətlərlə bağlı verdiyi həbs qərarının qüvvədə olması səbəbindən Davosda iştirak edə bilməyib.
Vaşinqton administrasiyasının rəsmiləri imzalama mərasimində Hersoqu görmək ümidi ilə iki dəfə İsrailə müraciət ediblər. Ancaq tərəflər gərgin müzakirələr aparıblar. İddialara görə, Netanyahunun ABŞ Prezidenti Donald Trampdan gələn dəvətin şəxsən ona ünvanlandığını bildirib və Hersoqun mərasimdə iştirakını faktiki olaraq əngəlləyib.
Nəticədə İsrail ümumiyyətlə Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində təmsil olunmayıb. Bu, Şuranın ilk missiyası Qəzza zolağında münaqişənin nizamlanması və müharibədən sonrakı bərpa prosesi olmalı idi.
Telekanalın məlumatına görə, yaranmış vəziyyət İsraildə baş nazir və prezidentin aparatları arasında, eləcə də Netanyahunun ofisi ilə Ağ Ev arasında olan münasibətlərdə gərginlik yaradıb.
