ABŞ-ın İrana hücum ehtimalının artması ilə eyni vaxtda Tehran hökuməti bölgədəki proksi qüvvələrinin dəstəyindən arxayın olmağa və onları yenidən meydana çıxarmağa çalışır.
Sozcu.az xəbər verir ki, bununla bağlı ötən gün İranın Əfqanıstanın Məzari Şərif şəhərindəki baş konsulluğunda tədbir keçirilib.
Tədbirdə ölkənin şiə din xadimləri və İrana bağlı qrupların rəhbərləri iştirak edib. Onlar İrana qarşı hər hansı hücumda Əli Xameneini dəstəkləyəcəklərini bildiriblər.
İranın Əfqanıstandakı baş konsulu Əlirza Əhmədi dəstəyə görə əfqanıstanlı şiə alimlərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, əfqanıstanlı şiələrdən ibarət SEPAH-a bağlı "Fatimiyyun" silahlı qruplaşmasının İranda etirazçılara qarşı repressiyalarda iştirak etdiyi barədə məlumatlar yayılıb.
