Hazırda Kiyevin Ukraynanın enerji infrastrukturunu mütəmadi olaraq bombardman edən, Saratov vilayətindən və ya Xəzər dənizindən raketlər atan Rusiyanın strateji raketdaşıyıcılarını havada məhv etmək imkanı yoxdur. Ancaq mümkündür ki, bununla bağlı iş tam məxfilik şəraitində aparılır.
Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert İvan Kiriçevski deyib.
O qeyd edib ki, hərb tarixində əslində Sovet "Tu-95" bombardmançılarını xüsusilə uzaq məsafədən ələ keçirmək üçün vasitə var idi:
"Söhbət 1959-1972-ci illərdə ABŞ və Kanada ordularında xidmətdə olan və bir versiyada 800 kilometrə qədər məsafə qət edən super güclü CIM-10 "Bomarc" zenit raketlərindən gedir. Onun nüvə başlığı var idi, çünki dövrün texnologiyası belə məsafədə təyyarəyə dəqiq zərbə vurmağı təmin edə bilmirdi. Sərbəst düşən atom bombaları dövrü başa çatdıqda və Sovet İttifaqı ABŞ-ı vurmaq üçün bombardmançı tələb etməyən nüvə raketlərinə keçdikdə amerikalılar bu raketdən imtina etdilər".
