ABŞ-Avropa münasibətlərinin açıq şəkildə pisləşməsi fonunda Çin yaranmış fürsətdən yararlanmağa və Avropaya əməkdaşlıq təklif etməyə tələsir.
Sozcu.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Nəşr qeyd edir ki, bu həftə Davosda keçirilən iqtisadi forum zamanı ABŞ və Çin rəsmilərinin çıxışlarının tonunda açıq fərq hiss olunurdu. Tramp Avropanın iqtisadi, enerji və miqrasiya siyasətini aqressiv şəkildə tənqid etdiyi, eləcə də müttəfiqləri yeni gömrük rüsumları ilə hədələdiyi halda, Çinin baş nazirinin müavini He Lifen tərəfdaşlıq təklifi ilə çıxış edib.
“Xanımlar və cənablar, dostlar! Çin rəqib deyil, tərəfdaşdır! Çin iqtisadiyyatı islahatdan keçib və açıqdır: bizimlə əməkdaşlıq etmək istəyən bütün dünya şirkətlərini salamlayırıq”, – deyə o bildirib.
Harvard Universitetinin iqtisadçısı, professor Kennet Roqoff isə qeyd edib ki, Çin gələcəkdə son dərəcə böyük rol oynayacaq bir çox əsas sahələrdə lider mövqedədir.
