Mirzoyan sülh müqaviləsindən danışdı: yaxın aylarda...

“Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında yaxın aylarda sülh müqaviləsi imzalanacaq”.

Sozcu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 28 yanvarda Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı bildirib.

"Sülhün komponentlərinə kommunikasiyaların açılması və tranzitdə qarşılıqlı yardımın göstərilməsi daxildir", - deyə Mirzoyan bildirib.

O əlavə edib ki, TRIPP (Zəngəzur dəhlizi) Cənubi Qafqaz regionunda "sülh və əməkdaşlıq üçün semantik amilə" çevriləcək.

Share on Facebook