Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Rusiya-ABŞ-Ukrayna danışıqları başa çatıb.

Sozcu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya nümayəndələri qaldıqları otelə qayıdıblar. Mətbuata heç bir rəsmi şərh verilməyib.

Xatırladaq ki, dünən başlayaraq Əbu-Dabidə Ukrayna münaqişəsini sonlandırmaq üçün Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar aparır.

Share on Facebook