“Lada”ların qiyməti od tutub yanır – Bazarda Rusiya maşınları kəskin bahalaşdı

Azərbaycanın avtomobil bazarında hər zaman özünəməxsus çəkisi olan “Lada” markasının bir çox modellərində bahalaşma nəzərə çarpır. Məşhur şirkətin “Qranta”, “Kalina”, “Larqus” və “Priora” kimi modellərində kəskin qiymət artımı özünü göstərir. Eyni zamanda, “VAZ 2107”, “VAZ 2106” və “VAZ 2115” kimi buraxılış ili köhnə olan və istehsalı artıq dayandırılmış modellərdə də bahalaşma müşahidə olunmaqdadır.  Yenisabah.az avtomobil satışı saytlarında qiymət artımı tendensiyasını araşdırıb. Nümunə üçün bir neçə elana nəzərə saldıqda, bahalaşmanı daha dəqiq formada görmək olur. Məsələn, elan saytlarının birində satışa çıxarılan buraxılış tarixi 2011-ci il olan “VAZ 2107” modeli maşının qiyməti 12 min manatdır. 1975-ci ilin “VAZ 2106”sı isə 14 min manata təklif olunur. “Lada”nın yeni modellərində də nisbi qiymət artımı var. Şirkətin “Priora”, “Qranta” və “Kalina” kimi modellərində buraxılış ili və yürüş məsafəsindən asılı olaraq, 25-30 faiz bahlaşma özünü göstərir.  Realtorlar və satıcılar isə avtomobil bazarında Rusiya maşınlarına tələb hər zaman olduğu kimi, yenə də yüksəkdir. Onların sözlərinə görə, xüsusən aşağı gəlirli vətəndaşlar üçün bu maşınlar “əvəzedilməzdir”. Bazarda olan istənilən qiymət təlatümü demək olar ki, bu növ maşınların satışına heç bir təsir etmir. “Rus maşınlarının” əsas alıcıları sırasında rayonlarda yaşayan və maşından müxtəlif daşıma işlərində istifadə edən vətəndaşlar xüsusi yer tutur. “Lada”nın buraxılış ili köhnə olan modellərinin qarşıdan gələn utilizasiya prosesindən nə dərəcədə təsirlənəcəyini isə zaman göstərəcək. Köhnə nəqliyyat vasitələrinin kütləvi utilizasiyaya verilməsi bazarda bahalaşmanı daha da artıra bilər.

Masazırda küçələri su basdı: Sakinlər təxliyə edilir

Abşeron rayonu Masazır qəsəbəsində küçələri su basıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Sozcu.az-a bildirilib ki, sözügedən ərazilərin subasmaya məruz qalması ilə nazirliyin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub. Daxil olan məlumatlar əsasında əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən subasma ilə əlaqədar evlərini tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi və digər təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyata keçirilir.

Əsəd rejiminin sonu çoxdan gözlənilirdi - Aİ

Avropa İttifaqı (Aİ) Suriyada baş verən hadisələrə münasibət bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb. O bildirib ki, Bəşər Əsəd hakimiyyətinin sonu çoxdan gözlənilən hadisə idi: “Bu, həm də Əsədin dəstəkçiləri olan Rusiya və İranın zəifliyini göstərir. Bizim prioritetimiz regionda təhlükəsizliyi təmin etməkdir. Mən Suriyada və regionda bütün konstruktiv tərəfdaşlarla işləyəcəyəm”.

ABŞ-dan Suriya açıqlaması: Ordunu çıxarmırıq!

ABŞ Suriyanın şərqində hərbi varlığını davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin Yaxın Şərq üzrə köməkçisinin müavini Dan Şapiro bildirib. O qeyd edib ki, ABŞ-ın bölgədə mövcudluğu İŞİD-in son məğlubiyyətini təmin etmək üçün vacibdir və bunun münaqişənin digər aspektləri ilə heç bir əlaqəsi yoxdur: “Biz Suriyadakı bütün tərəfləri mülki insanları, xüsusən də Suriya azlıqlarını qorumağa, beynəlxalq hərbi normalara hörmət etməyə və siyasi həlli ehtiva edən qətnamə üzərində işləməyə çağırırıq".

Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1019-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 753 370 hərbçi, 9 519 ədəd tank, 19 535 ədəd zirehli döyüş maşını, 21 058 ədəd artilleriya sistemi, 1 253 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1023 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 965 ədəd avtomobil texnikası, 20 071 ədəd PUA, 2 855 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 635 xüsusi avadanlıq itirib.

Suriyada prezident sarayı yandırıldı

Bəşər Əsədin Dəməşqdəki prezident sarayı yanır. Sozcu.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Məlumata görə, sarayın qəbul zalı yandırılıb.

Əsədin təyyarəsi 05:29-da bu bazadan raketlə vurulub

Əsədin təyyarəsi Moskvaya uçan zaman vurulub. Sozcu.az xəbər verir ki, bu iddia ilə “Bild” nəşri çıxış edib. “Suriya ordusuna məxsus təyyarə yerli vaxtla saat 04:59-da Dəməşqdən havaya qalxıb. Təyinat bəlkə də Rusiya olub. Yerli vaxtla saat 05:29-da uçuş məlumatlarının qeydə alınması başa çatıb. Təxminən eyni vaxtda Suriya ordusunun döyüşsüz tərk etdiyi hərbi bazadan Əsədin qaçan təyyarəsinə raket atılıb”, - məlumatda deyilir. Nəşrin məlumatına görə, hadisə şahidləri Xümsün qərbindəki Əl-Suveyri kəndi ərazisində partlayış səsləri eşidiblər. Qeyd edək ki, Suriya müxalifəti Dəməşqi ələ keçirib və Əsəd rejiminin bitdiyini elan edib. Bəşər Əsədin harada olduğu haqda məlumat yoxdur. Onun İl-76 təyyarəsi ilə ölkəni tərk edərkən qəza nəticəsində öldüyü bildirilir.

Bu ərazilərdə qar yağır

Dekabrın 8-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, dekabrın 08-i saat 11:00-a olan məlumatına əsasən ölkənin bəzi ərazilərində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə qar yağır. Qar örtüyünün hündürlüyü Qubada (Qrız) 9 sm, Şahbuzda 5 sm, Qusarda Laza) 2 sm olub. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 7 mm-dək olub. Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Qubada 16 m/s-dək güclənib. Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Naftalan, Qobustan, Şamaxı, Qax (Sarıbaş), Yevlax, Cəfərxan, Hacıqabul, Göyçay, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50 m-dək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Naxçıvan MR-da 6, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda isə 4 dərəcəyədək şaxta qeydə alınıb. Müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 09-u gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bəşər Əsəd hardadır? - Baş nazir

Suriya hökuməti müxalifət liderləri ilə danışıqlar aparır. Sozcu.az xəbər verir ki, bu barədə Suriya Baş naziri Məhəmməd Qazi əl-Cəlali məlumat verib. Cəlali Bəşər Əsədin isə harada olduğunu bilmədiyini, onunla ötən gün axşam saatlarında əlaqə saxladığını bildirib. Qeyd edək ki, İran tərəfi Bəşər Əsədin Dəməşqdə olduğunu iddia etsə də, “Voll Strit Jurnal” diplomatik mənbələrinə istinadla onun paytaxtda olmadığını bildirib.

Hakimiyyət onun rəhbərliyi altında qalacaq - HTŞ

“Heyət Təhrir əş-Şam” Suriyanın Dəməşq şəhərinə daxil olduqdan sonra ilk əmrlərini elan edib. Sozcu.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Məlumata görə, HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani Suriyanın dövlət qurumlarının hakimiyyətin rəsmi təhvil verilməsinə qədər Baş nazir Məhəmməd Qazi əl-Cəlalinin rəhbərliyi altında qalacağını bildirib. Qeyd edək ki, Suriyanın hazırkı hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali şəhəri tərk etməyəcəyini, hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu bildirib.

İsrail ordusu Suriya sərhədinə niyə yerləşdirilib? - Rəsmi

İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer zonasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qolan təpələrində yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək lazımdır”, - məlumatda deyilir. Hərbçilər xüsusi olaraq qeyd ediblər ki, İsrail Suriyada baş verənlərdə iştirak etmək niyyətində deyil: “Biz vurğulayırıq ki, ÇAXAL Suriyadakı daxili hadisələrə qarışmır”. Qeyd edək ki, daha öncə "Tayms of İsrail" nəşri İsrail tanklarının Suriya sərhədini keçdiyi xəbərini yayıb.

Suriya Baş naziri hakimiyyəti sülh yolu ilə təhvil verməyə hazır olduğunu açıqlayıb - Təcili

Suriya hökumətinin başçısı Məhəmməd Qazi əl-Cəlali ölkədə hakimiyyəti dinc yolla təhvil verməyə hazır olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Al Arabia” telekanalı məlumat yayıb. Məlumata görə, ölkənin baş naziri xalqın seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa hazır olduğunu bəyan edib. Məhəmməd Qazi əl-Cəlali "hamı üçün nəzərdə tutulmuş” dövlət qurumlarının qorunub saxlanmasına çağırıb.

Suriya prezidenti Bəşər Əsəd Dəməşqi tərk edib - Təcili

Suriya prezidenti Bəşər Əsəd ölkənin paytaxtı Dəməşqi tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə dekabrın 8-də Suriya Ordusundakı mənbələrə istinadən “Reuters“ agentliyi məlumat yayıb. “Əsəd bazar günü Dəməşqdən naməlum istiqamətə uçub”, - məlumatda deyilir.

Tramp Fransada Zelenski ilə görüşəcək?

Fransa Prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş  Fransanın məşhur "Yelisey" sarayında baş tutacaq. Ukrayna Prezidenti Volodimir Zelenski və Donald Trampın ikitərəfli görüş keçirib-keçirməyəcəyi isə hələlik mətbuata açıqlanmayıb.

Ordumuzda gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - SƏBƏB

Qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar Azərbaycanın Müdafiə və Səhiyyə nazirlikləri birgə məlumat yayıb. Sozcu.az xəbər verir ki, birgə məlumatda bildirilir ki, son günlər Azərbaycanda qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır. "Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub. Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir. Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - birgə məlumatda vurğulanıb.

Güclü küləklə bağlı daha bir xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə dekabrın 8-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Xızı, Quba, Qusar, Qobustan, Salyan, Neftçalada fasilələrlə cənub-şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək, bu sarı xıbırdarlığa uyğun gəlir. Şabran, Siyəzəndə isə fasilələrlə cənub-şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

"Təzə bazar"da partlayış: xəsarət alanlar var - Foto

16:23 Tovuz şəhərinin "Təzə bazar" adlanan ərazisində partlayış baş verib. Sozcu.az xəbər verir ki, sözügedən ərazidə yerləşən çilingər sexində yanacaq çənini doğrayan zaman partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb. Əraziyə FHN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. *** Tovuz şəhəri, M.Musayev küçəsində avtomobil təmiri sexinin qarşısında yük avtomobilinin çənində təmir işləri aparılan zaman partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, partlayış nəticəsində 2 nəfər xəsarət alıb. Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Şirvanda 26 yaşlı qadın faciəvi şəkildə öldü

Şirvanda 26 yaşlı qadın dəm qazından boğularaq ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1998-ci il təvəllüdlü Sərvinaz Mübariz qızı Məlikova vanna otağında olarkən dəm qazından boğularaq ölüb. Meyit müayinə olunmaq üçün Şirvan Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya bölməsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Zurabişvili Fransaya getdi

Gürcüstan Prezidenti Salome Zurabişvili Fransaya səfərə gedib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb. Salome Zurabişvilinin ölkədə baş verən hadisələrlə bağlı görüşləri gözlənilir. Prezidentin konkret kiminlə görüşəcəyi məlum deyil.

Bəşər Əsədin yeri bilinmir...-Putin də ondan üz döndərdi...- “Bloomberg News”

Üsyançılar Suriyada daha çox şəhərə nəzarəti ələ keçirməyə davam etdikcə, Bəşər Əsədin ailəsinin Rusiyaya qaçdığı bildirilir. Sozcu.az  “Wionews” nəşrinə istinadla xəbər verir ki, Wall Street Journal cümə günü yazır. Bura onun həyat yoldaşı, uşaqları və iki baldızı daxildir.  “WSJ”-nin Suriya təhlükəsizlik rəsmilərinə və ərəb rəsmilərinə istinadən verdiyi xəbərə görə, Suriya prezidentinin Britaniya əsilli həyat yoldaşı keçən həftə üç uşağı ilə birlikdə qaçıb. Qəzetin verdiyi məlumata görə,   Əsədin kürəkənləri Birləşmiş Ərəb Əmirliklərinə qaçıblar. Onun hələ də Suriyada olub-olmaması qeyri-müəyyən olaraq qalır.  “Bloomberg News”-un məlumatına görə, Kremlə yaxın mənbə Moskvanın Suriya prezidentini xilas etməyi planlaşdırmadığını bildirib. Görünür, Vladimir Putin rejim hərbçilərinin mövqelərini tərk etməsindən məmnun deyil. “Rusiyanın Əsədi xilas etmək planı yoxdur və Suriya prezidentinin ordusu mövqelərini tərk etməyə davam etdikcə, Əsədi xilas etmək planı yoxdur”, - mənbə bildirib. Cümə günü Əsədyönlü telekanal xəbər verib ki, prezident İrandadır. Məlumatlara görə, Misir və İordaniya rəsmiləri Suriya prezidentinin ölkəni tərk edərək mühacirətdə olan hökumət qurmasını istəyirlər.

Azərbaycanda generala 11 il 6 ay həbs cəzası verildi

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Onların əmlaklarının dövlətə dəymiş ziyanın qarşılığı olaraq müsadirə olunması qərara alınıb. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Ağcəbədidə qadının başı kəsildi: oğlu və kürəkəni saxlanıldı

Ağcabədidə qadın boğazı kəsilərək öldürülüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Afət Əsgərovanın meyiti evində aşkarlanıb. Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu, 2008-ci il təvəllüdlü Kamil Bağırov və qadının kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

Bakıda yağış nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si saat 10:00-a olan məlumata əsasən, arabir yağış yağıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, düşən yağıntının miqdarı 3 mm-dək olub. "Hazırda Bakıda və Abşeron yarımadasında yağıntıda fasilə yaranıb. Lakin bu gün, dekabrın 7-si axşam saatlarından 9-u axşamadək yenidən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçib", - deyə məlumatda bildirilib.

Bakıda 20 gündür itkin düşmüş şəxsin öldüyü məlum oldu

Bakıda 20 gündür itkin düşmüş şəxsin öldüyü məlum olub. Sozcu.az xəbər verir ki, noyabrın 16-dan paytaxtın Xəzər rayonu ərazisində itkin düşmüş Əsgər Əzizovun ötən gün xəstəxanada ölməsi müəyyən edilib. Araşdırma aparılır.