ABŞ 1 aylıq İran neftinə qoyulan sanksiyaları ləğv etdi: bir tərəfdən İranla müharibə etmək, digər tərəfdən isə sanskiyaları ləğv etmək məntiqə nə dərəcədə uyğundur?
Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
O bildirib ki, ABŞ-ın İran neftinin satışına 30 günlük lisenziyası 20 mart 2026-cı il tarixinə qədər tankerlərə yüklənmiş İran neftinin alınmasına, daşınmasına və satışına icazə verir:
“ABŞ-ın İrana qarşı maliyyə sanksiyaları qüvvədə qalır və satılan neftdən əldə olunan vəsaitlər İrana yox, ABŞ Maliyyə Nazirliyinin nəzarətində olan xüsusi hesablara (eskrou-hesablar) keçiriləcək. Bu vəsaitlərin gələcəkdə (məsələn, rejim dəyişikliyindən sonra) İrana ötürülməsi mümkündür.
Başqa sözlə, İran neftinin satışına 1 aylıq lisenziyanın verilməsindən sonra satılan neftdən (söhbət dənizdə olan 140 milyon barreldən gedir) İran rejimi 1 dollar da qazanmayacaq”
