“Rusiyanın Ukraynada dövlət çevrilişi etmək imkanları yetərli deyil...” -Ərəstun Oruclu

“Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı  2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər...” “Kremlin Ukraynada kifayət qədər resursları var.  Mən Ukrayna informasiya resurslarını ciddi izləyirəm. Və gəldiyim qənaət ondan ibarətdir ki, onların bəlkə də yarısından çoxu Rusiya tərəfindən idarə olunan, Rusiya tərəfindən dəstəklənən və Kremlin maraqlarına xidmət edən informasiya resurslarıdır. Bəs Ukrayna hakimiyyətinin daxilində Rusiyanın təsir imkanları varmı? Zənnimcə, var. Hətta orduda da var. Və onu da nəzərə alaq ki, sovet dövründə Ukrayna Rusiyaya digər postsovet ölkələrindən bir köynək yaxın olub”. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının “Bu günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi növbəti dövlət çevrilişinə cəhd ssenarisinin qarşısını aldı. Necə hesab edirsiz, hazırkı durumda Kremlin Kiyevdə dövlət çevrilişinə nail olmaq üçün yetərli imkan və resursları varmı?” sualını cavablandırarkən ifadə edib.  “O vaxtlar Moskvada Ukraynaya etibar da, güvən də daha yüksək olub. Ukraynanın nümayəndələri SSRİ rəhbərliyində daha yüksək vəzifələrdə təmsil olunurdular. Bilirsiz ki, sırf etnik ukraynalı olmasa da, Ukraynadan olan Brejnev sovet dövlətinin rəhbəri olub. Çoxlu misallar gətirmək olar. Stalindən sonra Xruşşov Ukraynadan gəlib SSRİ-yə rəhbərlik edib. Belə amillər də onu deməyə əsas verir ki, Rusiyanın Ukraynada xeyli resursları var. Amma bu resurslar Kreml üçün Ukraynada dövlət çevrilişi həyata keçirməyə kifayət edirmi? Zənnimcə, yox. Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı  2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər. Digər tərəfdən, unutmayaq ki, Uktraynanın NATO müttəfiqləri arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və s. kimi dövlətlərin xüsusi xidmət orqanları da bu dövrdə mürgüləməyiblər, onlar da Ukraynanın təhlükəsizliyi üçün müəyyən fəaliyyət göstərib, bu istiqamətdə hansısa konkret addımlar atıblar. Onlar da Ukrayna xüsusi xidmət orqanlarına Rusiya agentura şəbəkələrinin aşkarlanmasında, zərərsizləşdirilməsində xeyli kömək göstəriblər. Yəni bu yalnız ehtimal deyil, bu, əməkdaşlığın müəyyən bir zəruri istiqamətidir. Bir sözlə, bütün bu deyilənlər baxımından düşünürəm ki, Rusiyanın Ukraynada dövlət çevrilişi etmək imkanları kifayət qədər məhduddur. Və deyərdim ki, yetərli deyil...”, - deyə davamında ekspert vurğulayıb.

Bakıda kütləvi dava: Gənclər bir-birini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1999-cu il təvəllüdlü Mürşüd Mehman oğlu Dəmirov aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Səfiyar Qubad oğlu Quluzadəni döş qəfəsindən bıçaqlayıb. Həmin şəxsləri ayırmağa çalışan 2002-ci il təvəllüdlü Kamran Bəylər oğlu İbrahimov qarın nahiyəsindən bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb. Mürşüd Dəmirovun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Prezident Xankəndidə “Palace” hotelinin açılışında

Prezident Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.

Türkiyədə FETÖ-ya qarşı əməliyyat: 108 nəfər saxlanıldı

Türkiyənin 29 rayonunda FETÖ-ya qarşı əməliyyat keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya X hesabında məlumat verib. O qeyd edib ki, əməliyyat zamanı 108 şübhəli şəxs saxlanılıb.

Erməni parlamenti hərbi xidmətlə bağlı növbədənkənar toplanır

Ermənistan parlamenti iyulun 11-də növbədənkənar iclas keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistan parlamentinin növbədənkənar iclasında "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanuna dəyişiklik layihəsi də nəzərdən keçiriləcək.

Müəllimlər aldadılaraq kütləvi şəkildə işdən çıxarılır - VİDEO

“Sertifikasi prosesindən keçməyən müəllimlərin əmək müqavilələrinə Əmək Məcəlləsinin “c” bəndiylə xitam verirlir. Ancaq əmək müqaviləsinin pozulmasını qadağan edən hallar nəzərə alınmalıdır. Müəllimlərdən işdən çıxmaları ilə bağlı kütləvi şəkildə ərizələr alınır. Baxmayaraq ki, sertifikasiyadan keçməyib, amma hüquq onların tərəfindədir. Çünki onların aralarında elələri var ki, 79-cu maddəyə düşür, 6 yaşına qədər uşağını təkbaşına böyüdür, ailəsində birinci qrup əlil var və ya 18 yaşına qədər əlillik müəyyən edilmiş uşağı var”. Bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov deyib. Onun sözlərinə görə, belə olan halda məktəb rəhbərliyi müəllimi aldadaraq ərizəsini alır və əmək müqaviləsinə xitam verir: “Yəni 70-ci maddənin "c" bəndiylə "ç" bəndinin fərqini bilməyən müəllimi aldadaraq yalandan ona izah edirlər ki, 70-ci maddənin "c" bəndiylə işdən azad olunsanız bir də bundan sonra dövlət işində işləyə bilməzsiniz, sizi heç kim işə götürməyəcək və bu böyük biabırçılıq olacaq. Bu cür psixoloji basqı altında müəllimlərə ərizə yazdırırlar. Nəticə etibarı ilə sertifikasiyadan keçməyən müəllimin işinə 70-ci maddənin “c” bəndiylə deyil, 68-ci maddənin ikinci hissəsinin “a” bəndiylə, yəni tərəflərin birinin təşəbbüsüylə xitam verirlər”. Ekspert belə halları törədən məktəb rəhbərlərinin vəzifələrindən sui-istifadə etməsinin yolverilməz olduğunu bildirib: “Müəllimin öz hüququnu bilməməsi cəmiyyətin faciəsidir. Amma idarəetmə qurumlarında oturanların fırıldaq, yalan, şantaj, psixoloji basqı yoluyla onları aldatmaq, bu məsələdə dövlətin onlara verdiyi görəv və səlahiyyətdən sui-istifadə etmək yolverilməzdir”.

Dərdinə əlac tapılmayan sənədsiz evlər: Hansı evlər söküləcək?

Sənədsiz evlərə daha çox Bakıda və Bakıətrafı ərazilərdə rast gəlinir. Bu evlərin sayı kifayət qədərdir. Həmin evləri tədricən rəsmiləşdirmək üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidməti yeni elektron portal hazırlayır.  Sozcu.az Ölkə.az-a istinadən  xəbər verir ki, yeni yaradılacaq portal bu evlərin taleyinə müsbət təsir edə bilər.  Məlum olduğu kimi, evlər üçün qoyulan bəzi tələblər var ki, sənədsiz evlər bu tələblərə cavab vermir.  Bəs bu evlərin aqibəti necə olacaq? Bu evlər söküləcək? Əmlak eksperti Elnur Fəzrəliyevin sözlərinə görə, Nazirlər Kabinetinin qərarına əsasən, həmin torpaqların təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaqlarına çevriləcək. 

Müsavat seçkilərdə iştiraka qərar verdi

İyulun 4-də Müsavat Partiyasının Məclisi özünün növbədənkənar sessiyasını keçirib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda sentyabrın 1-nə təyin olunan növbədənkənar parlament seçkilərində iştirakla bağlı məsələ müzakirə olunub. Məclis Müsavat Partiyasının 1 sentyabr seçkisində iştirak etməsi barədə qərar qəbul edib. Məclis həmçinin deputatlığa namizədlərin irəli sürülməsi və digər prosedur məsələlərlə bağlı operativ qərarların qəbul edilməsi üçün Divana  səlahiyyət verib. Partiyanın başqanı İsa Qəmbərin təklifi ilə Arif Hacılı seçki qərargahının sədri seçilib.

Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək - İsmayıl bəy Qaspıralı

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki, Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!. Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.  Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ?  Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ? Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil.  Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar. Ceyhun Nəbi- Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir

Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki,  Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!. Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.  Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ?  Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ? Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil.  Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar. Ceyhun Nəbi, Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Ermənistan ehtiyatda olan hərbçiləri toplayır

Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti təlim-məşq toplanışı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Qeyd edilib ki, təlim avqustun 1-dən oktyabrın 25-dək keçiriləcək.

“Rusiyanın texnika anbarları, demək olar ki, boşdur...”-Hərbi ekspert

İşğalçılar texnikanın itirilməsi ilə bağlı kritik vəziyyətə düşüblər...  İşğalçı Rusiya Ukraynaya qarşı döyüş meydanında əhəmiyyətli fəallığı davam etdirdiyi üçün külli miqdarda texnikasını itirir. İşğalçılar üçün texnika ehtiyatlarını tez bir zamanda bərpa etmək çətindir, ona görə də bu hərbi resursu doldurmaq üçün başqa yollar axtarırlar.  Sozcu.az xəbər verir ki, bu barədə “Kanal 24”-ə şərhində “İnformasiya Müqaviməti” qrupunun hərbi-siyasi icmalçısı Aleksandr Kovalenko danışıb. İcmalçı bildirib ki, anbarlarda və köhnə sovet texnikasının saxlanma mərkəzlərində olan qalıqlar sayəsində düşmən indiyədək sıfır həddindən çıxa bilir. Texnikalar olan Rusiya anbarları, demək olar ki, boşdur. Ekspertin fikrincə, 2024-cü ildə Rusiya Federasiyası üçün texnika təchizatının çatışmazlığını nəzərə alsaq, bu, kritik ola bilər. “Rusiya bütün dünyada ya sovet texnikalarını axtarır, ya da əvvəllər bir çox ölkələrə ixrac etdiyi Rusiya texnikalarını... Eyni məqsədlə Şimali Koreyaya da müraciət ediblər..."- deyə hərbi-siyasi icmalçı vuröulayıb. Bundan əvvəl  Amerikanın “Nyusvik” jurnalının süni intellektin peyk təsvirlərinin təhlilinin nəticələrinə istinadla yaydığı məlumatda Rusiyanın Ukraynada müharibə başlayandan bəri ağır tank itkiləri verdiyi və cəmi bir neçə min zirehli döyüş maşını qaldığını yazmıdı... Xatırladılır ki, bundan əvvəl Şimali Koreyanın işğalçı ölkəni daim dəstəklədiyi, onu xeyli miqdarda silahla təmin etdiyi və rusların onlardan daha sonra Ukraynaya qarşı istifadə etdiyi bildirilirdi . ABŞ məlumat verib ki, KXDR 2023-cü ildən bəri Rusiyaya işğalçılar üçün  11 min konteynerdən çox hərbi texnika satıb.

Sülhün hazırlanması prosesinə ABŞ-ın dəstəyi... - Əliyev

Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik. “Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır. İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.

862-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 862-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 547 470 hərbçi, 8 132 ədəd tank, 15 600 ədəd zirehli döyüş maşını, 14 777 ədəd artilleriya sistemi, 1 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 878 hava hücumundan müdafiə sistemi, 360 ədəd hərbi təyyarə, 326 ədəd helikopter, 19 923 ədəd avtomobil texnikası, 11 694 ədəd PUA, 2 342 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 468 xüsusi avadanlıq itirib.

Türkiyədə meşə yanğınları: kəndlər təxliyə edildi

Türkiyənin bir neçə vilayətində meşə yanır. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Bildirilib ki, İzmirin Bornova rayonunda Beşyol kəndindəki yanğın ətraf ərazilərə də yayılıb. Yanğın səbəbindən Beşyol və Sarnış kəndlərindən insanlar təxliyə edilib. Hər iki kənddə ümumilikdə yeddi evə ziyan dəyib. Yanğının söndürülməsi üçün hadisə yerinə Türkiyə Silahlı Qüvvələrinin helikopterləri də cəlb olunub. Havadan və qurudan müdaxilə nəticəsində yanğın lokallaşdırılıb. Bundan başqa, Balıkesir vilayətində başlayan yanğın meşəlik əraziyə keçib. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Qəhrəmanmaraşın Türkoğli və Pazarcık rayonlarında da meşə yanğınlarına havadan və qurudan müdaxilə edilir. Güclü külək yanğının söndürülməsinə əngəl yaradır.

II və III ixtisas qrupları üzrə imtahanın vaxtı...

II və III ixtisas qrupları üzrə iyulun 7-də qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Sozcu.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur. Həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İştirakçılar iyunun 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub. İmtahanda II ixtisas qrupu üzrə 17431 ,III ixtisas qrupu üzrə 21193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896 nəfər olmaqla, ümumilikdə 47520 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək. İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Hava ilə bağlı vacib XƏBƏRDARLIQ - RƏSMİ

Son günlər ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarında müşahidə olunan qeyri-sabit və yağmurlu hava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərində ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur. Yağan yağışlardan sonra lokal aktivləşmələr baş verib və bir neçə yerdə sürüşmə hadisəsi qeydə alınıb.  Sozcu.az-ın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.  O qeyd edib ki, intensiv yağıntılar nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonundan keçən 75.2-ci kilometrlik hissəsində fəsadlar müşahidə olunub.  N. Mahmudov əhaliyə çağırış edərək bildirib ki, növbəti günlərdə də bəzi bölgələrdə yağmurlu hava şəraiti, hətta intensiv xarakterli ola biləcəyi ilə bağlı vətəndaşlardan ehtiyatlı olmaları artıq dərəcədə xahiş olunur, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər, hava məlumatlarına ciddi yanaşsınlar və ehtiyat tədbirlərini unutmasınlar. 

İlham Əliyev, Ərdoğan və Şərif arasında görüş başladı

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş başlayıb. Sozcu.az xəbər verir ki, Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş başlayıb.

Azərbaycanda iki qadın TƏHLÜKƏDƏ: Hamiləyə ÇÖRƏK verilmir, iki uşaqlı ana isə...

Füzuli rayonunda 21 yaşlı hamilə qadın psixoloji zorakılığa məruz qalıb. Sozcu.az bildirir ki, bu barədə Bizim.media-ya "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O bildirib ki, rayonun Zobucuq kəndindən onlara müraciət edən qadın çıxılmaz vəziyyətdə olduğunu və qorxduğunu bildirib: "Xanım artıq hamiləliyini pozmaq istəyir. Çünki onu nə valideynləri qəbul edirlər, nə də qayınanasıgil yola verirlər. Qadının sözlərinə görə, həyat yoldaşı, yoldaşının ailəsi onu evdə qapalı saxlayır, qapını bağlayıb, çörək də vermirlər, hədə-qorxu gəlirlər". Mehriban Zeynalova ona rayon icra hakimiyyətinə müraciət etməli olduğunu desə də, gənc xanım başqa rayondan gəlin gəldiyi üçün heç kimi, heç yeri tanımadığını, necə müraciət edəcəyini bilmədiyini deyib: "Gəncdir, qorxudan bilmir nə etsin, nömrə yox, əlaqə yox, çətin durumdadır". Birlik sədri belə faktların tez-tez olduğunu, başqa rayondan da fiziki zorakılıqla bağlı müraciətin olduğunu qeyd edib: Göygöl rayonunda isə başqa bir xanım əri tərəfindən fiziki zorakılığa məruz qalıb. Ər iki uşaq anası, 29 yaşlı qadını daim döyür. Mehriban Zeynalovanın sözlərinə görə qadın qorxu içərisindədir. Başqa rayondan olduğu üçün yerli qurumları tanımır və müraciət edə bilmir. Qeyd edək ki, Mehriban Zeynalova hər iki qadın barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat versə də, hələ məsələyə müdaxilə olunmayıb: "Ümumi qrup var, ora yazmışam reaksiya verən yoxdur. Söhbət ondan gedir ki, yerlərdə müvafiq qurumlar dərhal reaksiya vermədikləri üçün problem daha da dərinləşir".

Azərbaycanda bu bahalı əməliyyatlar ÖDƏNİŞSİZ OLACAQ - RƏSMİ AÇIQLAMA

Beyin şişləri həm beyin toxumasının, həm də onun damarlarının, qişalarının, sinirlərinin, endokrin strukturlarının onkoloji zədələnmələrinin daxil olduğu kəllədaxili yeni törəmələridir. Bu şişlərin bir neçə növü var. Bəzi beyin şişləri xoşxassəli - yavaş böyüyən, aşağı dərəcəli (xoşxassəli), bəzi beyin şişləri isə bədxassəli - reproduktiv, yayılmış, yüksək dərəcəli (bədxassəli) olur. Maraqlıdır, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrindən birində beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı etdirmək mümkündürmü? İcbari tibbi sığorta bunu qarşılayırmı? Bununla bağlı qurumdan Sfera.az-a verilən açıqlamada qeyd olunub ki, bu, mümkündür. TƏBİB-dən bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə edilən son əlavə və dəyişikliklərə əsasən, artıq beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması əməliyyatı da ödənişsizdir: "Bu əməliyyatın icrası müraciət etdiyiniz hər hansı dövlət xəstəxanasında mümkün olmadıqda icbari tibbi sığorta çərçivəsində müqaviləli özəl tibb müəssisələrinə göndəriş verilir". Həmçinin qeyd olunub ki, Xidmətlər Zərfində təminata alınmış əməliyyatlar sırasına anadangəlmə ürək qüsurlarının cərrahiyyəsi, minimal invaziv üsulla həyata keçirilən endovaskular əməliyyatlar, beyin və beyin qişalarında aparılan əməliyyatlar, xoşxassəli beyin şişlərinin çıxarılması, sümük, əzələ uzadılması, serebral iflic zamanı aşağı ətraflarda aparılan bükücü vətərin uzadılması, vətərin fiksasiyası, skolioz əməliyyatı kimi dəyəri yüksək olan tibbi xidmətlər də əlavə olunub.

Seysmoloqdan XƏBƏRDARLIQ: Bakını gözləyən zəlzələnin vaxtını AÇIQLADI - "Liftə minməyin, qapını tez açın..."

“Bu ilin əvvəlində verdiyim müsahibələrində qeyd etmişdim ki, 2024- cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq. Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Talış zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi”. Bunu referans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb. “Ümumiyyətlə, bir neçə növ zəlzələlər var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. İstər il seysmik və tektonik baxımından aktiv olsun, istər olmasın. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”. Müsahib qeyd edib ki, hiss olunan zəlzələ dedikdə, maqnitudası 4.5 - 5.5 civarında olan zəlzələ nəzərdə tutulur. Mütəmadi olaraq bu il hiss olunan zəlzələlərin baş verməsinə şahid olacağıq. “Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi hissəsi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya aiddir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Burada bir neçə tektonik qırılmalar mövcuddur. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir- birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki Talışda olan zəlzələ tektonik- seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı- İsmayıllı zonası heç cür istisna deyil”, - deyərək seysmoloq fikirlərinə əlavələr edib. Qulam Babayev zəlzələ zamanı insanların davranacaqlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib: “Zəlzələ təkanları baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma, hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil”. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.  

Abituriyentlər üçün VACİB XƏBƏR: İmtahanlar bu dəfə çətin olacaq? - AÇIQLAMA

İyulun 7-si və 14-ü abituriyentlərin 2-ci cəhd imtahanları keçiriləcək. Cəmiyyətdə 2-ci cəhddə sualların daha çətin olacağı iddiaları səslənir.  Bəs bu imtahan ağır olarsa, suallar çaşdırıcı və çətin olarsa, abituriyentərlərin durumu necə olacaq?  Mövzu ilə bağlı Yenisabah.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri açıqlama verib:  "Adətən, həm bakalavr, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanlarının başlanma ərəfəsində rəsmi əsası olmayan, etibarlılıq göstəriciləri o qədər də qaneedici həddə varmayan fikirlər səsləndirilir. Onlardan biri də ikinci cəhd imtahanlarına salınan sualların birinci cəhddəkilərə nisbətdə mürəkkəbliyidir. Şəxsən mən bu fikirləri o qədər də əsaslı hesab etmirəm. Doğrudur, sosial şəbəkələrdə, ictimaiyyətdə analoji müzakirələr aparılır, narazılıqlar bildirilir. Amma bu zaman ortaya müəyyən suallar çıxır: hər iki cəhd imtahanları arasındakı suallar arasındakı fərq necə hesablanıb? Onların çətinlik dərəcəsi necə ölçülüb? Testologiya prinsiplərinin birinci və ikinci cəhd imtahanları arasında pozulma parametrləri necə müəyyən edilib? Bu tipli suallar çoxdu. Əmin olun ki, narazılıq edən şəxslərin böyük əksəriyyəti onları cavabsız qoyacaq və nə iləsə əsaslandıra bilməyəcəklər".  Ekspertin sözlərinə görə, həm bakalavriatura, həm də magistratura səviyyələri üzrə ikinci cəhd imtahanları ilə bağlı bildirilən fikirlərin kökündə həm də psixoloji amillər dayanır:  "Fikrimcə, burada çox incə psixoloji nüanslar var. Gəlin, açıqlayaq: birincisi, ikinci cəhd imtahanları prosesin ən sonuncu halqasıdı. Onun zehni yorğunluq, psixoloji tükənmişlik kimi göstəriciləri də var. Məsələn, abituriyent il boyu hazırlaşıb, müəyyən stress və zehni yorğunluqla yüklənir, bütün bunların sonucunda imtahan da verir və bəlli bal toplayır. Amma o, bununla da zehni-psixoloji yüklənmədən xilas ola bilmir. Artıq həm özünün, həm də ətrafın ondan başqa bir gözləntisi meydana çıxır: ikinci cəhddə yenidən iştirak etmək və daha yaxşı nəticə göstərmək... Bu, həm də psixoloji bir yüklənmə kimi onu izləyir. Axı, o ikinci cəhdə qədər tükənmişlik xəttinə çox yaxınlaşıb, bəlkə də ona çatıb. Belə olanda bu mərhələ onda xüsusi qıcıqlanma refleksi yaradır. Onunla bağlı hər xırda detal abituriyentə və onun valideyninə böyük  problem kimi görünür. Bu səbəbdən də birinci cəhdlə ağırlıq dərəcəsi eyni olan sualları gördükdə tamam başqa mənzərə ilə qarşılaşdığını fikirləşir, sualların çaşdırıcı və mürəkkəb olduğunu düşünür. Problemin əsas gizli yönü budur.  Bir tərəfdən də biz nəyə görəsə, hər zaman düşünmüşük ki, əsas mərhələ məhz birinci cəhd imtahanıdır. Həm belə düşünmüş, həm də ikinci cəhdi bizə verilən xüsusi güzəşt kimi qavramışıq. Belə olan halda "güzəşt paketi"nin suallarının da mütləq və mütləq asan olmalı olduğunu düşünmüşük. Bu da məsələnin ikinci, yəni yanaşma problemidir.  Əmin olun, sualların ikinci cəhddə məqsədli şəkildə qəliz və çaşdırıcı salınması və bunun xüsusi səbəblərlə bağlı edilməsi ilə əlaqəli fikirlər tam yanlışdır".

Məktəblərdə noyabrda 1 aylıq tətil olacaq?

"COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə Azərbaycan üçün yox, dünyada ekoloji tarazlıqla bağlı ən vacib tədbirlər sırasında ilk yerlərdədir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun siyasi gücünün nəticəsidir. Bu gün Azərbaycan dünyada təhsilə ən çox önəm verən ölkələr sırasındadır. 4 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərimizin 326-sı, şagirdlərimizin 470 minə qədəri paytaxt Bakının payına düşür. Təbii ki, COP29 tədbirləri əsasən Bakıda keçiriləcək. Lakin bu heç də bütün orta ümumtəhsil məktəblərində dərslərin 1 ay müddətinə bağlanmasına gətirib çıxarmayacaq”.  Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar məktəblərin 1 ay müddətinə bağlanacağı barədə məlumatlara münasibət bildirərkən deyib.  Ekspert qeyd edib ki, daha çox Bakı şəhərində, tədbirin keçirildiyi yalnız lokal ərazilərdə məktəblərin müəyyən müddət onlayn rejimdə keçirilməsi qaçılmazdır: "Nəzərə alsaq ki, həm də Azərbaycanda koronavirus pandemiyası davam edir. Biz mütəmadi olaraq yoluxmanın müşahidə edildiyi, yaxud hansısa yoluxucu xəstəliyin olduğu məktəblərdə dərslərin onlayn rejimdə keçməsinin mövcud qanunvericiliyə uyğun olduğunu bilirik. Hətta məktəblər 1 ay müddətində bağlansa belə, bu nə müəllimlərin əməkhaqlarına təsir göstərəcək, nə də şagirdlərin normal dərs əldə etməsinə. Çünki Elm və Təhsil Nazirliyi bütün onlayn resursları yaradıb. Onlayn qiymətləndirmələr, dərsliklər, vəsaitlər, müvafiq portallar var. COP29-la bağlı qapanmada təkcə orta məktəblərdən yox, həm də ali məktəblərdən söhbət gedir. Tədbirin keçirildiyi ərazilərdə yerləşən orta, ali təhsil və peşə məktəblərində də noyabr ayında dərslər müəyyən müddət onlayn rejimdə davam edə bilər. Lakin bu o demək deyil ki, məktəblər tətilə bağlanacaq”.  K.Əsədov bildirib ki, COP29 zamanı bütün təhsil müəssisələrinin 1 ay müddətinə bağlanması təhlükəlidir: "Biz 2020-ci ilin martından 2022-ci ilə qədər, yəni iki ildən çox müddət ərzində orta məktəblərdə tədrisi onlayn rejimdə apara bildik. Hesab edirəm, artıq Azərbaycanda məsafədən tədrisin təşkili ilə bağlı həm bütün resuruslarımız var, həm də müəllimlərimiz onlayn dərs keçə bilmək üçün avadanlıqlara malikdirlər. Təbii ki, təhsil sisteminin müasir çağırışlara uyğun olması onlayn tədrisin təşkilini qaçılmaz edir. Azərbaycanda ən vacib məqamlardan biri şagirdlərin təhlükəsiz şəraitdə, rahatlıqla məktəblərə getmələri ilə bağlıdır”.

Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gecə saat 00:00-dan etibarən...

İyulun 4-nə keçən gecə Yer kürəsini G1 sinfinə aid maqnit qasırğası vuracaq.  Bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının saytında məlumat verilib.  Alimlərin cədvəlinə görə, onun pik nöqtəsi cümə axşamı Bakı vaxtı ilə saat 01:00-da olacaq. Təxminən səhər saat 7-də tufan səngiməyə başlayacaq və saat 13-də maqnitosfer sakitləşəcək./BAKU.WS