İran İsrailin son hücumuna cavab olaraq yaxın günlərdə İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır.
Sozcu.az xəbər verir ki, bu barədə “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.