Bu tələbələr Prezident təqaüdü alacaq - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncam ümumilikdə 102 tələbəni əhatə edir: 1. 2025–2026-cı tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş aşağıdakı tələbələrə Prezident təqaüdü verilsin: Abdıyeva Ayla Rəşad qızı Abdullayeva Ayan Seymur qızı Abdullayeva Məryəm İlqar qızı Abdulsəmədli Orxan Fəxri oğlu Abdurahmanova Guhat Məzahir qızı Ağaməmmədova Zeynəb Zaur qızı Ağayev Əliəkbər Xanağa oğlu Alızadə Ziya Müşviq oğlu Allahyarlı Fərid Zaur oğlu Babarabov Nicat Rasim oğlu Babaşlı Aysel Əlsaab qızı Babayev Anar Qurban oğlu Babayeva Cəmilə Şahin qızı Bağırov Raul Salman oğlu Baxşəliyeva Aytac Ənvər qızı Bayramzadə Günay Rüfət qızı Bəxtiyarova Röyalə Nemət qızı Cəfərova Sehrin Mahmud qızı Cənnətov Fuad Əlikram oğlu Əfəndi Zəhra Fikrət qızı Əhməd Aişə İlqar qızı Əhmədzadə Ləman Vüqar qızı Əkbərov Elcan Vüsal oğlu Əkbərova Nigar Murad qızı Əlili Müşfiq Aqil oğlu Əliyeva Fidan Ayaz qızı Əliyeva Nəzrin Şahin qızı Əliyeva Tamella İlkin qızı Əlizadə Sevinc Rizvan qızı Əlizadə Sürəyya Münasib qızı Ənsərli Gülər Akif qızı Əsgər İlham Xəyyam oğlu Əzizli Səma Zöhrab qızı Fərəczadə Rəhim Dəyanət oğlu Hacıyeva Nərmin Ramin qızı Hacızadə Nihad Vüqar oğlu Haqverdi İlham Məhəmməd oğlu Həbibullazadə Gülay Vüsal qızı Həlim Aydan Ülfət qızı Həsənli Osman Rahim oğlu Həsənov Fizuli İlqar oğlu Həşimov Çingiz Seymur oğlu Hümmətli Çiçək Hümmət qızı Hüseynli Arif Pərviz oğlu Hüseynli Enes Şikar oğlu Hüseynova Aysu Elçin qızı Xəlilova Aylin Rauf qızı İbrahimli Gülay Calal qızı İbrahimov Emin Anar oğlu İbrahimov Əli Ruslan oğlu İsmayılov Alı Vəfadar oğlu İsmayılov Altay Xəyyam oğlu İsmayılova Səma Firəddin qızı İsmayılzadə Xədicə Xaliq qızı Kərimov Rəcəb Ramin oğlu Qarayev Rəfail Yusif oğlu Qəribov Şükran Yalçın oğlu Qoşqarov Müzəffər Qədir oğlu Quluzadə Nəzrin Nail qızı Qurbanlı Kəmaləddin Əmirəddin oğlu Qurbanov Mürsəl Hacı oğlu Mahmudova Səmra Xaqani qızı Mansurov Eldar Ramiz oğlu Məmmədli Mehri Rüfət qızı Məmmədov Əbülhəsən Brilyant oğlu Məmmədov İsmayıl Zahir oğlu Məmmədov Şahin İmran oğlu Məmmədova Fidan Əbülfəz qızı Məmmədova Məryəm Emin qızı Məmmədova Nəzrin Rahib qızı Mirzəzadə Gündüz Fariz oğlu Muradlı Adil Sübhi oğlu Muradlı Nuray Balay qızı Musayev Şahin Elçin oğlu Musazadə Səməd Nail oğlu Mustafayev İbrahim Ağa oğlu Mustafayeva Emiliya Akif qızı Mürşüdlü Ayxan Dilavər oğlu Mürvətova Gülay Rəşad qızı Nadirli Tunar Emin oğlu Nəsirov Kamran Elnur oğlu Nəzərzadə Zaur Ceyhun oğlu Nurməmmədli Sona Məhəmməd qızı Ömər Cabir Ceyhun oğlu Ramizli Zəhra İlqar qızı Rəhimli Oruc Coşqun oğlu Rəhimova Xədicə Toğrul qızı Rüstəmov Nicat Qabil oğlu Sadıxov Nicat Seymur oğlu Sarıyev Murad Fəxrəddin oğlu Səfərov Yusif Vasif oğlu Səfərova Aysel Eldəniz qızı Səmədov Mətin Qorxmaz oğlu Şabanova Rəyyan Zeynəddin qızı Şamilova Vüsalə Anar qızı Şərifli Fidan David qızı Şirinov Röyal Şahbaz oğlu Tahirli Zaman Zaur oğlu Vəlizadə Aygün Tofiq qızı Vəlizadə Babək Elçin oğlu Yusifova Nəzrin Çingiz qızı Zeynallı Nilufər Hidayət qızı.

Saakaşvili meydan oxudu: Hökuməti darmadağın edəcəyik

Gürcüstan hökumətini geri çəkilməyə məcbur edəcəyik. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. “İndiyədək cavab gözləyirdik, indi cavab və bütün qərarları biz verəcəyik. İndiyədək xoş niyyətə ümid edirdik, indi möhkəm iradə göstərəcəyik. İndiyədək gücə qarşı vuruşurduq, amma geri çəkilirdik, indi onları geri çəkilməyə məcbur edəcəyik. İndiyədək yığışıb-dağılışırdıq, indi onları darmadağın etmək üçün yığışırıq”, - sabiq prezident bildirib. Mixail Saakaşvili bundan öncə Gürcüstanda inqilabın qaçılmaz olduğunu bəyan etmişdi. Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.

Kürdə 1 nəfər batdı

Kür çayının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Sabah 25 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

Rusiyada təyyarə sərt eniş etdi, pilotlar öldü

Rusiyanın Krasnoyarsk diyarının cənubunda AN-2 təyyarəsinin qəzaya uğraması nəticəsində hər iki pilot ölüb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilir ki, qəzaya uğrayan An-2 təyyarəsi 53 ildir istifadə olunurmuş.

Paşinyanı devirmək istəyən keşişə HÖKM OXUNDU

Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapaxyana hökm oxunub. Sozcu.az xəbər verir ki, o, iki il müddətinə azadlıqdan məhrum edilib. Qərardan bir ay ərzində apellyasiya şikayəti vermək mümkündür. Xatırladaq ki, erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.

İmtahan nəticələri açıqlandı

29 sentyabr 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 186 nəfər namizəd qeydiyyatdan keçib. Sozcu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat verilib. Bildirilir ki, 144 nəfər imtahanda iştirak edib, yalnız 52 nəfər keçid balını toplayıb. 14 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 36% təşkil edib.

Şirkət əməkdaşları saxlanıldı: qadın da var

Azərbaycanda fəaliyyət göstərən şirkətin üç əməkdaşı məsuliyyətə cəlb olunub. Sozcu.az Oxu.az-a istiandən xəbər verir ki, Saloğlu Kommersiya MMC-nin əməkdaşları Məhəmməd Məmmədov, Gülşən Xəlifəyeva və Nicat Həbibov adıçəkilən şirkətin 179 min manatını mənimsəməkdə təqsirləndirilirlər. Faktla bağlı cinayət işi başlanıb və təqsirləndirilən şəxslərdən Nicat Həbibov və Gülşən Xəlfəyeva barəsində həbs qətimkan tədbiri seçilib. Məhkəmənin qərarı ilə digər təqsirləndirilən Məhəmməd Məmmədov barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı yekunlaşıb və iş baxılması üçün məhkəməyə göndərilib.

DİN-dən xəbərdarlıq: Bu kodu tanımadığınız şəxslərə verməyin!

Bank kartlarından kiber oğurluq hallarının sayı ümumilikdə kəskin azalsa da, son günlər vətəndaşların bank kartlarına kiber müdaxilə halları yenidən müşahidə olunur. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, xarici nömrələrdən bank əməkdaşı adı ilə daxil olan saxta zənglər və mesajlar kart sahiblərini aldadaraq maliyyə məlumatlarını ələ keçirmə cəhdləridir: "Heç vaxt bank kartınızın PIN kodunu, SMS-ə gələn təsdiq şifrəsini, CVV kodunu və digər məxfi məlumatları tanımadığınız şəxslərlə paylaşmayın. Heç bir bank telefon zəngi və ya SMS vasitəsilə kart məlumatı tələb etmir, belə müraciətlərə inanmayın, onlar saxtadır. Şübhəli zəng və yazışmalara heç bir halda cavab verməyin, əlaqəni dərhal kəsin və nömrəni bloklayın. Əgər kart məlumatlarınızı bölüşmüsünüzsə və ya şübhəli əməliyyat aşkar etmisinizsə, dərhal bankınızla əlaqə saxlayın, kartı blokladın və əməliyyatlar üzrə məlumat verin. Zərərçəkmiş olmusunuzsa və ya saxta zəng barədə məlumatınız varsa, polis orqanlarına müraciət edin və şübhəli nömrə və mesaj barədə məlumat verin. Hər kəsə diqqətli olmağı, kiber təhlükəsizlik qaydalarına riayət etməyi tövsiyə edirik".

Fateh Altaylı bu gün hakim qarşısına çıxır

“Prezidentə qarşı təhdid xarakterli ifadələr" işlətdiyi iddiası ilə saxlanılan türkiyəli məşhur jurnalist Fateh Altaylı bu gün ilk dəfə məhkəmə qarşısına çıxacaq. Sozcu.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, 5 ildən az olmamaqla həbs cəzası tələbi ilə mühakimə olunan jurnalist Fateh Altaylının ilk məhkəmə iclası keçiriləcək.

Zəncanlı şagird ürəktutmasından öldü

Zəncan əyalətinin Söhreyn kənd məktəbində 14 yaşlı şagird Nima Nəcəfi həyatını itirib. Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, məktəblinin ölümünə məktəb rəhbərliyi səbəb olub. Şagirdin əmisi bildirib ki, məktəb rəhbərliyi artıq çəkidən əziyyət çəkən yeniyetməni məktəb həyətində bir neçə dövr qaçmağa məcbur edib. Qaçdıqdan sonra şagirdlərin arasına qayıdan Nima Nəcəfi yıxılıb və dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Ukrayna ordusu Rusiyada kimya zavodunu vurdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Perm diyarındakı Berezniki şəhərinə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Perm diyarının qubernatoru Dmitri Maxonin məlumat yayıb. “PUA hücumu zamanı zavodun işi müvəqqəti dayandırılıb. Hücum nəticəsində yaşayış binasına da zərər dəyib. Binanın sakinləri müvəqqəti yaşayış yeri ilə təmin olunub”, - deyə Maxonin qeyd edib. Şəhərdə “Uralxim” qrupuna daxil olan “Azot” kimya zavodu yerləşir.

Şərurlu İsfəndiyarın işi üzrə ekspert rəyi elan edildi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə ekspertiza rəyi elan edilib. Linqivistik ekspertiza müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib. Təqsirləndirilən şəxsin vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu bildiriblər. Vəkil Ülvi Nəsibli AMEA-nın Dilçilik İnstitutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatətlə çıxış edib. Emil Səməndərovun vəkili Asim Abbasov isə qeyd edib ki, linqivistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Bu səbəbdən vəsatətin təmin edilməməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib. Vəkil Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılması üçün vəsatət verib. Məhkəmə vəsatətə baxılmasını təxirə salıb. Növbəti proses oktyabrın 16-na təyin edilib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İ. Axundov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Nəcməddin Sadıkov Füzuliyə getməyimə imkan vermirdi - İTTİHAM

"Biz Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova Azərbaycan dilində danışmağı öyrədə bilmədik. Nəcməddin Sadıkovun Rusiyaya bağlılığını mən hələ 1993-cü ildən bilirdim". Sozcu.az xəbər verir ki, bu sözləri Milli Məclisin keçmiş deputatı Vahid Əhmədov “Media Türk TV”nin efirində səsləndirib.  V.Əhmədov qeyd edib ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə Füzuliyə gedərkən onların maşını həmin bölgəyə buraxılmayıb - buna N.Sadıkovun adamları imkan verməyib və Füzulidə ermənilərin olduğunu bildiriblər: “Onlara dedim ki, məndə başqa məlumat var - Füzulidə erməni yoxdur. Soruşdum ki, bunu sizə kim deyib, cavab verdilər Nəcməddin Sadıkov. Çağırdılar, gəldi. Mənə məruzə etdi ki, bəs orada ermənilər var”.  Vahid Əhmədov qeyd edib ki, idddialara baxmayaraq o, Füzuliyə gedib və yolboyu hərbçilərin Füzulidən çıxdığını görüb: “General Zaur Rzayev də yanımda idi. Maşını saxlatdırdım, soruşdum ki, niyə qayıdırsınız? Bildirdilər ki, bizə deyiblər ki, Füzulidə ermənilər var”.  “Füzuliyə gedəndən sonra gördük ki, orada nə erməni var, nə azərbaycanlı. Gedib oturdum icra başçısının otağında, su içdim. Xəbər aldım ki, heç kim yoxdur - həmin əraziləri tamamilə boşaldıblar. Sonra getdik Cəbrayıla. Orada da post yaradılmışdı, həmin postda da Nəcməddinin adamları var idi. Yenə bizə deyirdilər ki, Cəbrayılda erməni var. Amma getdik İcra hakimiyyətinə, dedim görürsünüz də, burada bir nəfər də erməni yoxdur. O vaxtdan başa düşdüm ki, kəndlərin boşaldılması Rusiyanın işidir” – deyə sabiq deputat bildirib. 

Sabahın havası - 24 dərəcə isti olacaq

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb. Qurumdan Sozcu.az-a verilən məlumata görə, oktyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə +13 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə +12 dərəcədən +16 dərəcəyədək, gündüz +19 dərəcədən +24 dərəcəyədək, dağlarda gecə +1 dərəcədən +6 dərəcəyədək, gündüz +10 dərəcədən +15 dərəcəyədək olacaq.

Zelenskidən anons: “Rusiyanı bu silahlarla vuracağıq”

“Ukrayna Rusiyaya qarşı zərbələr endirmək üçün yeni silahlar ala bilər”. Sozcu.az Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski bildirib ki, Ukrayna son aylarda Rusiyanın mülki və enerji obyektlərinə endirdiyi zərbələrə cavab verməyə başlayıb. “Onlar bizim güclü cavabımızı hiss edirlər. Hazırda Rusiya gündə təxminən 500-600 pilotsuz uçuş aparatdan istifadə edir. Biz isə 100-150 PUA-dan faydalanırıq. Maliyyələşdirməni artırmaqla biz oxşar rəqəmlərə nail ola bilərik”, – Zelenski vurğulayıb. Zelenski həmçinin əlavə edib ki, Ukrayna indiyədək yalnız öz silahlarından uzaqmənzilli hədəflərə zərbələr endirmək üçün istifadə edib. “Wall Street Journal”ın məlumatına görə, ABŞ Rusiyanın enerji infrastrukturuna uzaqmənzilli raket zərbələri üçün Ukraynanı kəşfiyyat məlumatları ilə təmin edəcək.

Sumud basqınını lənətləyirəm – Ərdoğan

Qəzzadakı fələstinlilərə yardım göndərmək məqsədilə yola çıxmış Sumud donanmasına qarşı törədilən bu quldurluğu lənətləyirəm. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İsrail rəhbərliyinin beynəlxalq sularda dinc insanlara qarşı həyata keçirdiyi bu hücum Qəzzadakı insanlıq əleyhinə cinayətlərini gizlətmək üçün soyqırım dəstəsinin necə dəliyə döndüyünü bir daha sübut edir. Sumud basqını Qəzzadakı vəhşiliyi və qatillərin əsl simasını bütün dünyaya göstərdi. Donanmadakı bütün sərnişinlərin yanındayıq”, - Ərdoğan bildirib. Qeyd edək ki, 37 ölkədən 200-dən çox üzvü olan 21 gəmidən ibarət Sumud donanması avqustun sonunda Barselona limanından yola çıxıb. İsrail Hərbi Dəniz Qüvvələri donanmanı ötən gün Qəzza zolağından 130-150 kilometr aralıda saxlayıb və fəalları girov götürüb. Saxlanılan şəxslər arasında Türkiyə vətəndaşları da var.

Ötən ay temperatur iqlim normasından aşağı olub

Sentyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 14 gün normadan yuxarı (0.3-4.9 dərəcə), 16 gün isə normadan aşağı (0.2-5 dərəcə) olub. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, sentyabr ayının orta aylıq temperaturu 21.4 dərəcə isti olub ki, bu da iqlim normasından 0.5 dərəcə aşağıdır. Ötən ay havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında sentyabrın 3-ü müsbət 37.1 dərəcə, bölgələrdə isə (Kürdəmir) sentyabrın 1-i müsbət 39.8 dərəcəyə qədər yüksəlib. Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında sentyabrın 15-də 11.9 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə sentyabrın 15-də və 23-də 2.5 dərəcə şaxta (Şahdağ) qeydə alınıb: "Sentyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Şahdağda 14 sm qeydə alınıb. Ən çox yağıntı aylıq normanın 195 faizi olmaqla (Astara 388 mm) Lənkəran-Astara zonasına, aylıq normanın 249 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 43 mm) düşüb. Yağan intensiv yağışlar nəticəsində ölkə üzrə 5 sel hadisəsi qeydə alınıb". N.Mahmudov qeyd edib ki, sentyabrın 11-də Oğuz rayonunun Başdaşağıl kəndinə, Naxçıvana, Kəlbəcər rayonunun İstisu, İstibulaq, Qoçdaş, Moz, Başlıbel kəndlərinə, Gədəbəy rayonunun Söyüdlü kəndinə, sentyabrın 20-də isə Qəbələ rayonunun Kiçik Əmili kəndinə və İsmayıllı rayonuna dolu düşüb: "Sentyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 8 xəbərdarlıq (sarı və narıncı) verilib. Ümumilikdə ölkə ərazisində 24 gün küləkli olub, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında və bölgələrdə 28 m/s-dək güclənib."

Nigeriyada qayıq aşdı: azı 26 nəfər boğuldu

Nigeriyada Kogi ştatında Niger çayında qayığın çevrilməsi nəticəsində azı 26 nəfər boğulub. Sozcu.az xəbər verir ki, bu barədə regional hökumət nümayəndəsi bildirib. Məlumata görə, sərnişinlər Edo ştatındakı bazaa gedərkən onların qayığı çevrilib. Xatırladaq ki, Nigeriyada bədbəxt hadisələrin sayı çayların daşdığı və axınların gücləndiyi yağış mövsümündə artır. Qayıqlar Nigeriyanın kənd yerlərində əsas nəqliyyat vasitəsi olaraq qalır.

İstanbulda 5 ballıq zəlzələ: 17 nəfər xəsarət aldı - YENİLƏNİB

İstanbulda baş verən zəlzələ nəticəsində 17 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyət" qəzeti məlumat yayıb.  Xəsarət alanlar əsasən özlərini binalardan atanlardır. *** Bu gün İstanbulda 5 bal gücündə zəlzələ olub. Sozcu.az-ın məlumatına görə, bu barədə AFAD məlumat yayıb. Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

İlham Əliyev Zelenski ilə görüşdü - Foto

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü olub. Sozcu.az xəbər verir ki, Ukrayna Prezidenti Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev sülh gündəliyinin irəliyə aparılması istiqamətində atılmış addımların tarixi əhəmiyyət kəsb etdiyini dedi. Dövlətimizin başçısı regionda davamlı sülhün təmin olunması üçün Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı. Görüşdə Azərbaycanın Ukraynaya humanitar dəstəyi, xüsusilə də ukraynalı uşaqlara göstərilən diqqət və qayğı qeyd olundu. Ukrayna tərəfi buna görə təşəkkürünü bildirdi. Söhbət zamanı iki ölkə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Qubada 3 nəfər göbələkdən ZƏHƏRLƏNDİ

Quba rayonunun Səbətlər kəndində 3 nəfər göbələkdən zəhərlənib. Sozcu.az xəbər verir ki, bir ailənin üzvləri - İqlimə Seyidova, onun əri Seyid Seyidov və övladları Ümman Seyidov meşədən topladıqları göbələyi yedikdən sonra özlərini pis hiss ediblər. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım olunub və ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

Bəşər Əsədi Moskvada zəhərlədilər

Moskvada Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləmək istəyiblər. Sozcu.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Bəşər Əsəd Moskvadakı xəstəxanaların birindən sentyabrın 29-da evə buraxılıb. Onun vəziyyətinin stabil olduğu bildirilir. Qeyd edək ki, Suriyanın keçmiş prezidenti Bəşər Əsəd ötən ilin dekabrından Moskvada yaşayır.

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib. Sozcu.az xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib. “Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.