Rus ordusu darmadağın: 346 ədəd helikopter məhv edilib

Ukrayna müharibənin 1321-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 116 340 hərbçi, 11 235 ədəd tank, 23 313 ədəd zirehli döyüş maşını, 33 464 ədəd artilleriya sistemi, 1 516 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 223 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 496 ədəd avtomobil texnikası, 67 226 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 971 xüsusi avadanlıq itirib.

Bir Gödəkcənin İstisi

Milena dünyaya gəlməmişdən əvvəl atası onları tərk etmişdi. Anası hamilə olduğunu ümid və sevinc dolu gözlərlə xəbər verəndə, kişi üzünü yana çevirib sərt və soyuq səslə dedi: — Mən ata olmağa hazır deyiləm. O gündən sonra hər şey başqa bir rəng aldı — ümidlərlə dolu xəyallar qırıldı, hamilə qadının ürəyində kədər, bətnində isə körpə böyüməyə başladı. Milena beş yaşına qədər anası ilə birgə yaşadı. Anasının gözlərində bəzən qəribə bir soyuqluq dolaşır, bəzən isə alovlu bir qəzəb parıldayırdı. Milena tez-tez hiss edirdi ki, sanki anası onun üzündə keçmiş ağrıların kölgəsini görür. Bir gün anası qəzəblə qışqırdı: — Sən doğulmasaydın, biz xoşbəxt olardıq! Beş yaşına çatanda anası yeni bir həyat qurmaq üçün Milenanı nənəsinin yanına qoydu. Hər dəfə qapı açılarkən Milena ümidlə qapıya tərəf qaçır, “Bəlkə atam gəldi?” deyib - özlüyündə düşünürdü. İllər keçdi. Milena nənəsinin himayəsində böyüdü. Nənəsi onun saçlarını darayır, məktəbə hazırlayır və nağıllar danışırdı. Milena üçün nənə həm ana, həm də ata əvəzi olmuşdu. Evin hər küncündə onun istiliyi, əllərinin qoxusu vardı. Amma zaman dayanmadı. Nənənin ayaqları daha ağır, baxışları daha yorğun oldu. Günlərin birində qadın yatağa düşdü. Evdəki sükut Milenanın ürəyini sıxdı – o artıq gələcəyi hiss edirdi, amma buna bir ad qoya bilmirdi. Bir səhər nənə nəfəs almadı. Evin divarlarını buz kəsdi. Milena kimsəsiz qaldı. Sonra anası və dayısı gəldi, nənənin evi və əşyaları satıldı, pul isə bölüşdürüldü. Kiçik qız isə izah edilmədən, qucaqlanmadan və heç bir təsəlli sözləri eşitmədən uşaq evinə aparıldı. Valideynlərinin artıq yeni həyatları vardı. Atası evlənmiş, öz ailəsini qurmuş və uşaqları olmuşdu. Anası isə ərə gedib başqa bir ailədə yeni övladlar böyüdürdü. Milena bəzən onların evlərinə aparılır, yeni bacı-qardaşları ilə tanış edilirdi. Amma hər dəfə ağlında bu sual dolaşırdı: — Mən bu ailənin bir üzvü deyiləm? Valideynləri ona qonaq kimi yanaşır, sevgi göstərmirdilər. Bacı-qardaşları çox olsa da, heç biri Milenanın yanında deyildi. O isə tək qalırdı. Hər gecə pəncərədən ulduzlara baxaraq pıçıltı ilə soruşurdu: — Atam, anam, bacılarım, qardaşlarım olduğu halda niyə həmişə tək yaşamalıyam?.. Zaman keçdi. Milena böyüdü, məktəbi bitirdi, sənət sahibi oldu. Amma qəlbindəki tənhalıq sönmədi. İnsanlardan sevgi görmək istəyirdi, amma sanki heç kim onu görmürdü. Bəzən düşünürdü: “Əgər öz valideynlərim məni sevmirsə, yad insanlar necə sevəcək?” Hər dəfə parka gəlir, həmişə eyni oturacaqda oturub ətrafını seyr edirdi. Bir gün yenə parkda idi. Birdən gözü qarşı tərəfdəki meydançaya sataşdı. Meydançada ata uşaqları ilə badminton oynayırdı. Uşaqlar təxminən onunla həmyaşıd idilər – iki oğlan, bir qız. Ana isə kənarda oturub, gülümsəyərək onları izləyirdi. Milena nəfəsini tutdu. Qarşısında sanki xoşbəxtlik tablosu vardı. Milena istəyirdi ki, onun da belə ailəsi olsun. Xəyalında özünü həmin uşaqların bacısı kimi təsəvvür etdi. “Əgər seçim mənim əlimdə olsaydı, bu yad adamı özümə ata seçərdim.” Gözlərindən yaş axdığını hiss etmədi. Sanki bir filmə baxırdı. Elə həmin an bir səsi eşitdi: — Ay qız, səninləyəm! Bura gələ bilərsənmi? Milena diksindi. Onu çağıran uşaqların atası idi. Həyəcanla dedi: — Mə...n? Kişi gülümsəyərək başını tərpətdi: — Bəli, sən. Adın nədir? Milena tərəddüdlə ayağa qalxdı və asta-asta ona yaxınlaşdı. — Milena… Kişi əlindəki badminton raketini ona uzadaraq dedi: — Mən yoruldum. Məni əvəz edə bilərsən? Təklif o qədər gözlənilməz oldu ki, Milena bir anlıq donub qaldı. Sonra utana-utana raketi aldı. — Uşaqlar, məni Milena əvəz edəcək! – kişi dedi və həyat yoldaşının yanına getdi. Milena ilk dəfəydi ki, uşaqlarla oynayırdı. O çox sevinirdi və bir anlıq bütün kədərini unutdu. Bir az sonra uşaqların anası onları səslədi. Qadının və kişinin yanında gənc bir oğlan dayanmışdı. Oğlanın əlində selofan torba var idi. Uşaqlar qaçaraq qadının yanına getdilər. Qadın oğlanın gətirdiyi torbadan şirin kökələr çıxarıb uşaqlara verdi. Milena bir az aralıda dayanmışdı, özünü yad hiss edirdi. Qadın gülümsəyərək dedi: — Qızım, sən niyə uzaqda dayanmusan? Yaxın gəl! Milena tərəddüdlə qadına yaxınlaşdı. O Milenaya bir kökə uzadıb dedi: — Al, bu da, sənin. Milena heyrətlə kökəni aldı. Ürəyində qəribə bir istilik hiss edirdi. Nənəsindən sonra heç kim ona indiyə qədər belə qayğı göstərməmişdi. Milena həmin gündən sonra hər həftəsonunu həsrətlə gözləyirdi. O həmin parka gedir, uşaqlarla birlikdə badminton oynayırdı.Milena artıq özünü bu ailənin bir üzvü kimi hiss edirdi. Payız idi. Yarpaqlar sanki parkın üstünü qızılı xalça kimi örtmüşdü. Onlar yenə görüşdülər, oynadılar, sonra yaxınlıqdakı yeməkxanada dadlı yeməklər yedilər, ayrıldılar. Milenanı ürəyində tanış ağrı bürüdü: havalar soyuyurdu, yəqin ki, görüşlər də azalacaq. Birdən göy guruldadı, şimşək çaxdı. Güclü yağış başladı. Milena çətir gətirməmişdi. Əynindəki nazik paltar bədəninə yapışdı, saçlarından su damcılayırdı. Soyuqdan dişləri bir-birinə dəyirdi. Yaşadığı yer çox uzaqdı, amma tələsmirdi. Dolmuş gözləri ilə uzaqlaşan ailəyə baxırdı. Onlar bir çətirin altına sığınıb gülə-gülə addımlayırdılar. Milenanı qəribə bir qısqanclıq və həsrət bürüdü. Elə bu an kiminsə həzin səsi eşidildi: — Xəstələnərsən... Nəsə isti bir şey çiyninə salındı. Gödəkcə idi. Milena diksinib başını geri çevirdi. Bu uşaqlara şirin kökə gətirən həmin ailənin böyük oğlu – Kamil idi. Kamil gülümsəyərək dedi: — Gəl, mənimlə gedək. Milena susaraq gödəkcəyə sarıldı. Kamil əlini ona uzatdı. Milena tərəddüdlə onun əlindən tutdu. Onlar əl-ələ yağışın altında addımlayaraq ailənin arxasınca getdilər. Milena elə həyəcanlanmışdı ki, az qala ürəyi sinəsindən çıxıb uçacaqdı. O ilk dəfə idi ki, özünü tək hiss etmirdi. Əbil Həsən

Usta zavodun damından yıxılaraq ÖLDÜ

Bakıda usta zavodun dam örtüyündən yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, oktyabrın 5-i saat 15 radələrində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev Sahil qəsəbəsinin ərazisində yerləşən kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Ukrayna Rusiyada hərbi zavodu vurdu

Oktyabrın 6-na keçən gecə Rusiyanın Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərində güclü partlayışlar baş verib. Sozcu.az-ın məlumatına görə, yerli mənbələr və sosial media səhifələri bildirirlər ki, hadisəyə Ukrayna dronlarının hücumu səbəb olub. Partlayışlardan sonra ərazidə yanğın qeydə alınıb. Məlumata görə, hücumun əsas hədəfi şəhərdə yerləşən Sverdlov adına zavod olub. Bu müəssisə Rusiya hərbi-sənaye kompleksinin tərkibinə daxildir və ölkənin ən iri partlayıcı maddə istehsalçılarından sayılır. Zavod həm mülki, həm də hərbi məqsədli sursat istehsal edir. Dzerjinsk sakinlərinin sözlərinə görə, ilk partlayış təxminən yerli vaxtla saat 02:50-də eşidilib. Daha sonra bir saat ərzində şəhər üzərində 25-dən 30-a qədər ardıcıl partlayış səsi gəlib. Sosial şəbəkələrdə yayılan videolarda güclü alov və tüstü buludları müşahidə olunub. Hadisə barədə ilk məlumatlar yerli teleqram kanallarında yayılıb. Rusiya tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla yanaşı, Ukraynanın bir sıra səhifələri Dzerjinskdakı Sverdlov zavoduna zərbə endirildiyini təsdiqləyiblər.

Vətən müharibəsi iştirakçısı 27 yaşında vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsi iştirakçısı Vüsal Məhərrəm oğlu Əliyev vəfat edib. Sozcu.az Oxu.Az-a istinadla xəbər verir ki, 27 yaşlı V.Əliyev Babək rayonunun Nehrəm qəsəbəsində dünyasını dəyişib. Bildirilib ki, o, bu gün qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Azərbaycanda 5 gün ardıcıl iş olmayacaq

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq. Sozcu.az xəbər verir ki, 2025-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminə əsasən Azərbaycanda sonuncu qeyri-iş günü 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. 2026-cı ilin 1-2 Yanvar tarixləri isə Azərbaycanda Yeni il bayramı ilə bağlı qeyri-iş günləri olacaq. Müvafiq olaraq bu tarixlər cümə axşamı və cümə gününə təsadüf edir. 3-4 yanvar isə şənbə-bazar günləri olduğu üçün Yeni ildə 31 dekabr - 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Bu qış hava necə olacaq? - Kəskin soyuq, şaxta və külək...

Bu il Azərbaycanda qış fəsli əvvəlki illərlə müqayisədə nə çox sərt, nə də tam mülayim olacaq. Sozcu.az bildirir ki, mütəxəssislərin proqnozlarına görə, hava şəraiti dəyişkən keçəcək - bəzi dövrlərdə isti, bəzi günlərdə isə kəskin soyuq dalğaları müşahidə olunacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qış aylarında orta temperatur çoxillik normaya yaxın gözlənilir. Yəni ümumilikdə sabit, lakin dinamik hava şəraiti hökm sürəcək. Bununla belə, yanvarın ikinci yarısı və fevralın əvvəllərində Arktik hava axınlarının təsiri ilə havaların qəfil soyuması və güclü küləklərin müşahidə olunması mümkündür. Yağıntıların miqdarı da normaya yaxın olacaq. Dağlıq bölgələrdə qar örtüyü yaranacaq, lakin düzənlik və sahil zonalarında əsasən yağışlı hava üstünlük təşkil edəcək. Xüsusilə Abşeron yarımadasında və Aran bölgəsində qış mülayim, lakin rütubətli keçəcək.  Ekspertlər xəbərdarlıq edirlər ki, bu qışda hava şəraitinin tez-tez dəyişməsi, temperaturun bir neçə gün ərzində kəskin enməsi və yüksəlməsi kimi hallar çox olacaq. Bu isə yolların buzlanması, nəqliyyat və enerji sistemlərində əlavə yüklənmə yarada bilər. Azərbaycanda keçən ilki qış əsasən isti və quru keçmişdi. Bu il isə mütəxəssislər bir qədər daha soyuq, lakin yenə də dözümlü qış proqnozlaşdırırlar. Bakı və Abşeron yarımadasında qar ehtimalı az olsa da, güclü külək və soyuq yağışlar müşahidə oluna bilər. Ümumilikdə bu qışda Azərbaycanda hava nə tam sərt, nə də tam mülayim olacaq. Temperatur normaya yaxın qalacaq, lakin bəzi qısa dövrlərdə kəskin soyuqlar, şaxtalar və küləkli günlər müşahidə edilə bilər. Yəni bizi mülayim, amma sürprizlərlə dolu bir qış gözləyir.yenisabah)

Suyun qiyməti bahalaşacaq? – “Xərclərin bir hissəsi şişirdilib”

“Yaxşı olardı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) differensial qiymət tətbiqi üçün Tarif Şurasına müraciət edəndə izahını da versin. Qurum bildirməlidir ki, xidmətlə bağlı çəkilən xərclər hara və niyə sərf olunur. Mən əminəm ki, deyilən xərclərin bir hissəsi şişirdilib”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, vətəndaşların suya ödədiyi tarif qiyməti ona çəkilən xərcdən azdır:  “Bütövlükdə su nəinki Azərbaycanda, bütün dünyada ən əsas strateji resurslardan biridir. Bu tendensiya get-gedə daha da artacaq. Hamı bilir ki, hazırda içməli su ehtiyatları azalır. Suya çəkilən xərc əslində xeyli yüksəkdir. Yaxşı olardı ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) differensial qiymət tətbiqi üçün Tarif Şurasına müraciət edəndə açıqlamasını da versin. Qurum bildirməlidir ki, xidmətlə bağlı çəkilən xərclər hara və niyə sərf olunur. Mən əminəm ki, deyilən xərclərin bir hissəsi şişirdilib. Bütövlükdə razıyam ki, suya ödədiyimiz tarif qiyməti ona çəkilən xərcdən azdır. Bu baxımdan, suyun qiymətinin artması qaçılmazdır. Amma birdən-birə kəskin artım inandırıcı deyil”. Xatırladaq ki, Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib ki, Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Onun sözlərinə görə, bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır: “Diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir. Yəni onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca, fərqli tariflər müəyyənləşdirilir. Dünyada bu praktika geniş yayılıb”.

Suriyada parlament seçkiləri başa çatdı

12:57 Suriyada vətəndaş müharibəsi və Əsəd rejiminin devrilməsindən sonra bu gün ilk parlament seçkiləri keçirilir. Sozcu.az xəbər verir ki, bu seçkilərdə Suriya vətəndaşlarının hamısı iştirak etməyəcək. Siyasi partiyalar da seçkilərdən kənarda qalıb. Hakimiyyət keçmiş Əsəd tərəfdarlarının seçkilərdə iştirakını, səs verməsini və seçilməsini qadağan edib. Bunun əvəzinə müxtəlif komitələr və seçki kollegiyaları 250 yerlik parlamentin üzvlərini müəyyən etmək üçün səs verəcək. Parlamentin üçdə birini Suriya Prezidenti Əhməd əş-Şara seçəcək. İyun ayında keçid hökumətinin Xalq Şurasına seçkilər üzrə təyin etdiyi Ali Komitənin 11 üzvü seçkilərə nəzarət edəcək. Öz növbəsində, Ali Komitə Suriyanın 62 seçki dairəsində seçki alt komitələri təyin edib. Əhalinin sayına görə bəzi dairələr Xalq Şurasında birdən çox yerə sahib olacaqlar. *** Suriyada hakimiyyət dəyişikliyindən sonra bütün seçki məntəqələrində birpalatalı parlament olan Xalq Şurasına ilk səsvermə başa çatıb və indi səslər hesablanır. Bu barədə Xalq Şurasına Seçkilər üzrə Ali Komitənin nümayəndəsi Nuvar Nəcmə məlumat verib.

Məktəb uçdu - Ölənlərin sayı 36-ya çatdı

İndoneziyada internat tipli məktəbin binasının uçması nəticəsində ölən şagirdlərin sayı 36-a çatıb. Modern.az-ın məlumatına görə, bu barədə "CNN Indonesia" Milli Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Agentliyinə istinadən xəbər verir. Məlumata görə, dağıntılar altında qaldığı güman edilən daha 27 şagirdin meyitinin axtarışı artıq 7-ci gündür davam edir. Onların əksəriyyəti 13–19 yaş arası yeniyetmələrdir. Axtarış-xilasetmə işlərinin 60 %-i artıq tamamlanıb. Agentlik işləri oktyabrın 6-a qədər başa çatdırmağı planlaşdırır. Qeyd edək ki, sentyabrın 30-da İndoneziyanın Sidoarjo şəhərində internat məktəbi binasının uçması zamanı 100 nəfərdən çox insan xəsarət almışdı.

Müharibə vəziyyətində deyilik - Almaniya

Almaniya müharibə vəziyyətində deyil. Sozcu.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. “Bizdə soyuq müharibə ilə bir qədər müqayisə oluna bilən bir vəziyyət var. Atışma yoxdur, amma təxribatlar var”, - Pistorius bildirib.

Misir qəzzalılar üçün böyük düşərgənin tikintisinə başlayır

Misir Qəzza zolağının şimalından olan köçkünlər üçün ən böyük düşərgənin tikintisinə başlayıb. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, onlarla buldozer Nusayrat məntəqəsində, Bureyc düşərgəsi yaxınlığında müvəqqəti düşərgələrin və sığınacaqların qurulması, dağıntıların aradan qaldırılması və yolların təmizlənməsi işlərinə cəlb edilib. Hazırda Misir inşa etdirdiyi digər köçkün düşərgələrini də qəzzalılara təhvil verməyə hazırlaşır. Bildirilir ki, HƏMAS və İsrail nümayəndə heyətləri arasında danışıqlar oktyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək. Danışıqlarda iştirak etmək üçün tərəflərin nümayəndə heyətləri, eləcə də ABŞ Prezidentinin nümayəndələri Jared Kuşner və Stiv Uitkof Misirə gəlib. Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar. Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.

Rubio: Bu, müharibənin bitməsi demək deyil

İsraillə HƏMAS arasında aparılan danışıqlar hələlik müharibənin bitməsi demək deyil. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib. "HƏMAS və İsrail arasında davam edən danışıqlar hələlik müharibənin bitməsi demək deyil və Qəzzaya rəhbərlik edəcək qrupun yaradılması müəyyən vaxt aparacaq. İsrail də daxil olmaqla hamı razılaşdı ki, nəticədə bu prosesin müəyyən bir nöqtəsində Qəzza sülh şurası kimi beynəlxalq konsorsiumun köməyi, dəstəyi və rəhbərliyi ilə HƏMAS-a bağlı olmayan, terrorçu olmayan Fələstin qrupu tərəfindən idarə olunacaq. Qəzzada HƏMAS-la bağlı olmayan idarəçilik strukturunu üç gündə yarada bilməzsiniz", - o bildirib.

Sandu Gürcüstanda etirazçılara dəstək verdi

Moldova Prezidenti Maya Sandu Tiflisdə baş verən etiraz aksiyalarına dəstək verib. Sozcu.az xəbər verir ki, Sandu bu barədə özünün X səhifəsində yazıb. “Mənim fikirlərim öz azadlığını və Avropa gələcəyini müdafiə edən Gürcüstan xalqının yanındadır. Demokratiyanı susdurmaq olmaz. Moldova sizin tərəfinizdədir”, - Sandu bildirib. Qeyd edək ki, ötən gün Tiflisdə bələdiyyə seçkilərinin nəticələrinə etiraz edən müxalifət aksiya keçirib. Etiraz aksiyaları nəticəsində 21-i polis olmaqla 27 nəfər yaralanıb.

Türkiyədə kütləvi dava: yaralananlar var

Türkiyənin Qəhrəmanmaraş şəhərində şənlik mərasimində kütləvi dava olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Dulqədiroğulları rayonunda baş verən dava zamanı 6 nəfər bıçaqlanıb. Hadisə yerinə polis və təcili yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib. Hadisənin başvermə səbəbi məlum deyil. Araşdırma aparılır.

Xəzərdə zəlzələ oldu

Astara stansiyasından 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, yerli vaxtla saat 05:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanların ocağı 45 kilometr dərinlikdə yerləşib.

“Xəyallarımızın vətənini” axtarmağı dayandırın - Paşinyan

Ermənistanın gələcəyini beynəlxalq səviyyədə tanınmış sərhədləri, 29 743 kvadrat kilometr ərazisi olan dinc, demokratik və hüquqi dövlət kimi təsəvvür edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İT mütəxəssisləri ilə görüşdə deyib. “Xəyali vətən axtarışını dayandırmalıyıq, çünki Ermənistan Respublikası bizim xəyallarımızın, arzularımızın vətənidir. Başqa vətən axtarmağa ehtiyacımız yoxdur. Vətən arzusunda olanda onu itiririk və artıq arzumuza çatdığımızı anlayanda sakitləşib, diqqətimizi tapşırığa yönəldirik", - Paşinyan bildirib.

Bərdədə sexdə partlayış baş verdi: ölən var

Bərdədə pendir sexində partlayış baş verib. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə sexın qazanxanasında qeydə alınıb. Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib. Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Sumud donanmasının iştirakçıları İstanbulda

13:47 İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən Qlobal Sumud Donanması gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə gətiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib. Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir. “Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, - Keçeli bildirib. *** İsrail tərəfindən beynəlxalq sularda saxlanılan Sumud donanmasının iştirakçıları Türkiyəyə gətirilib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Belə ki, 36-sı Türkiyə vətəndaşı olan 137 "Sumud" iştirakçısı xüsusi aviareyslə İstanbul hava limanına enib. Həmin şəxslər arasında təkcə Türkiyə deyil, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da var.

Tbilisidə etirazlar başladı

Oktyabrın 4-də Gürcüstanda keçirilən yerli seçkiləri boykot edən müxalifət partiyalarının nümayəndələri Tbilisinin mərkəzi Rustaveli prospektində mitinq keçirirlər. Sozcu.az xəbəri verir ki, mitinqə bəzi bölgələrdən iştirakçılar, eləcə də tələbələr qatılır. Tbilisinin bəzi ərazilərindən yürüşlə aksiyaya qoşulanlar da var. Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Aksiyanın əsas səhnəsi Azadlıq meydanında, Tbilisi Şəhər Şurasının binası qarşısında quraşdırılıb. Təşkilatçılardan biri olan “Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze deyib ki, aksiyada qətnamə qəbul ediləcək və həmin andan hakimiyyət xalqın əlində olacaq. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai təhlükəsizliyin qorunmasına əlavə polis qüvvələri cəlb olunub. Mitinq hələlik dinc şəraitdə davam edir. Qeyd edək ki, Gürcüstanın Daxili İşlər Nazirliyi təşkilatçıları və iştirakçıları aksiyanı qanunla müəyyən edilmiş çərçivədə keçirməyə çağırıb. İstənilən qanun pozuntusuna müvafiq hüquqi cavabın veriləcəyi bildirilib.

Ucarda ağır qəza: ölən var

Ucarda piyadanı maşın vuraraq öldürüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində baş verib. Yolu keçən piyada, 1947-ci il təvəllüdlü Yediyar Məhəmmədəli oğlu Bəşirovu avtomobil vurub. Piyada aldığı xəsarətlərdən həyatını itirib. Fakt araşdırılır.

Güclü külək əsəcək – Sarı xəbərdarlıq

Oktyabrın 5-i gündüzdən 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar, Qobustan, Neftçala, Daşkəsən, Goranboyda fasilələrlə sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Rusiyanın Xəzərə doğru üzən gəmisi məhv edildi

Ukraynanın Xüsusi Təyinatlı Qüvvələri Kareliyada Rusiyanın “Qrad” tipli kiçik raket gəmisinin məhv edilməsi əməliyyatının təfərrüatını açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, əməliyyat oktyabrın 4-də yerli vaxtla saat 04:31-də Oneqa su hövzəsində baş verib. Xüsusi təyinatlılar gəmini Baltikdən Xəzər dənizinə doğru hərəkətdə olarkən vurublar. Zərbə gəmiyə ciddi ziyan vurub. “Qrad” Rusiyanın ən yeni gəmilərindən biridir. 2022-ci il dekabrın 29-da Baltik Donanmasına istismara verilib. Gəminin əsas silahı Kalibr-NK raket sistemidir.

İrandan dəniz yolu ilə yarım ton narkotik keçirmək istədilər...

Xəzər dənizi vasitəsilə Azərbaycan 510 kq narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər dənizində keçirilmiş tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirməyə cəhd göstərən mütəşəkkil cinayətkar qrupun üzvləri saxlanılıb. Sentyabr ayının 27-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri və texniki müşahidə məntəqələrinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizində naməlum hədəf aşkar edilib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri tərəfindən təqibetmə əməliyyatına başlanılmış, sahil nəzarəti bölmələri sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirib. Azərbaycan ərazi sularında və sahilboyu ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində üzmə vasitəsinin saxlanılması məqsədilə "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq atəşi açılıb, üzmə vasitəsi Xəzər dənizinin Xaçmaz rayonu ərazisində sahilə yan almağa məcbur edilib. İlkin dindirmə zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları – 1979-cu il təvəllüdlü Atacani Tahir Xaləd, 1987-ci il təvəllüdlü Məxtumi Sadiq Ərazqurban və 1989-cu il təvəllüdlü Qangerme Omid Çalce olması müəyyən edilib. Sərhəd pozucularının üzərindən aşkar edilmiş "Garmin" markalı GPS qurğusunun yaddaşına baxış keçirilərkən onların İran İslam Respublikası ərazisindən 1074 km məsafə qət edib Türkmənistan Respublikasının ərazi sularından keçməklə Azərbaycan Respublikasının ərazisinə daxil olması müəyyən edilmişdir. Saxlanılmış "Layner" tipli üzmə vasitəsinin hərəkət trayektoriyasında və hadisə yerində həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 509 kq 800 qram narkotik vasitə aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı nəticəsində hadisə yerində "Niva" markalı nəqliyyat vasitəsində 4 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs qismində saxlanılıb. Fаkt üzrə Baş Prokurorluqla birgə istintaq-əməliyyаt tədbirləri dаvаm еtdirilir.