Rusiyanın Azərbaycanla Ermənistan arasında “final seçimi” uzandıqca...

Separatçı rejimin çiçəyi burnunda “dövlət naziri” Nersisyan ilk dəfə olaraq geniş proqram xarakterli çıxış edib. Sələfi Vardanyandan heç nə ilə fərqlənməyən bu çıxışı ilə Nersisyan sübut etdi ki, Azərbaycana münasibətdə erməninin “ağı da, qarası da” eyni zəhərin daşıyıcılarıdır. Nersisyan yalnız siyasilərin deyil, sıravilərin də hansı xislətlə yaşadığını, düşündüyünü vurğulayıb: “Artsaxda Azərbaycanla inteqrasiya və ya Azərbaycanın suverenliyi altında yaşamaq haqqında düşünən kimsənin ola biləcəyindən söhbət gedə bilməz. Artsaxda bir nəfər də yoxdur ki, özünü Azərbaycanın bir hissəsi kimi təqdim etsin”. Yəni, Xocalı görüşü tərəflərin maraqlarının ziddiyət, həm də antoqonist ziddiyyət təşkil etdiyini açıq göstərdi. Üstəlik, Nersisyan Qarabağ ermənilərinin silahlanmasının əsas hədəflərindən biri olduğunu da qeyd edib.  Ona görə də önümüzə baxaq ki, bizi nə gözlədiyini fikirləşməyək, əksinə qarşı tərəf(lər) bizim nə edəcəyimizi düşünüb daşınsın.   Bizim isə edəcəyimiz çox işlər var ki, müharibə bitəndən bu günədək Rusiya açıq şəkildə bu işləri dondurmaqla məşğuldur. Rusiyanın marağı gizli deyil və Cənubi Qafqaz siyasəti haqqında rus şərhçilər əvvəllər üstüörtülü şəkildə danışırdılarsa, indi “Qarabağ açarı”nın Rusiya üçün məhz bu coğrafiyada qalma səbəbi olduğunu açıq bildirirlər. “Baş moderator rolunu saxlamaq Moskvanın həm Ermənistana, həm də Azərbaycana təsir imkanlarını təmin edir. Sülhməramlıların Qarabağdan çıxarılması demək olar ki, avtomatik olaraq hərbi bazanın Gümrüdən çıxarılmasına gətirib çıxaracaq”. Ermənilərin Moskvada neçə illərdir mətbuat ayağı olan Markedonovun dünən yayılmış bu fikirləri tam çılpaqlığı ilə deyir ki, Azərbaycan Qarabağın qalan hissəsində dövlət nəzarətini bərpa edib, Rusiya hərbi kontingentini yola salandan sonra, 200 illik “ навеки вместе”-yə ilk son verən ermənilər olacaq və Rusiyanın hərbi bazasından tutmuş səfirliyinədək hamısını Ermənistandan qovacaq.  Məhz buna görə də, Moskva  “Ermənistanla Azərbaycan arasında final seçimi”etməkdən yayınır. Bu “final seçimi” nin fitini Rusiya vermək istəmir və bu Ermənistanı da qane edir. Deməli, yük bizə düşür. Azərbaycan hərbi-siyasi gücünü ən yaxın zamanda qətiyyətlə həm masaya, həm sahəyə qoymalı və ərazi bütövlüyümüz tam, defakto təmin olunmalıdır. Necə? Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin son bəyanatları bu istiqamətdə ciddi gedişlərdir.  Aydındır ki, həm Rusiya, həm də Ermənistan gizli yolla qanunsuz yüklərin-silah-sursatın daşınmasını davam etdirəcək. Deməli, Laçın yolunda nəzarət buraxılış məntəqəmizin yaradılması tezliklə reallaşmalıdır. Bunu Rusiya dövləti qarşısında “ya olacaq, ya olacaq” məntiqi ilə qoymalı və etirazın daha ağır nəticələrə gətirib çıxaracağını, kimə mənsub olmasından asılı olmayaraq, şərti adı Xəlfəli yolu olan yerdə hərəkət edən bütün avtomobillərin vurulacağı qarşı tərəfə bildirilməlidir. Ardınca, konkret vaxt qoymaqla erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması tələbi irəli sürülməlidir. Tələblər yerinə yetirildikdə xoş məram olaraq həbsdə olan erməni diversant qrup üzvlərinin bir hissəsinin qaytarılmasının mümkünlüyü də müzakirə oluna bilər.  Laçın yolundakı dinc etiraz aksiyası ilə əlaqədar ermənilər Azərbaycanı maksimum beynəlxalq təzyiq hədəfinə çevirə biliblər, hətta BMT məhkəməsinin qərarına da nail olublar. İndiki halda biz həm Ermənistanı, həm də Rusiyanı beynəlxalq güclərin hədəfinə gətirməliyik ki, hər iki dövlət Azərbaycan ərazisinə silah-sursat, texnika, hərbi qulluqçular gətirməkdə davam edir və məqsədləri yeni müharibəyə başlamaqdır. Bu məqsədlə ABŞ və Avropa İttifaqı Rusiya və Ermənistandan tələb etsin ki, Azərbaycanın sərhəddə nəzarət buraxılış məntəqəsinin yaratması sülhə xidmət etdiyi üçün, sülh müqaviləsinin tezliklə imzalanması naminə buna mane olmasınlar. Onsuz da, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan dövlət başçısının nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı irəli sürdüyü məsələ həm ABŞ, həm də Avropa İttifaqı yetkililəri tərəfindən anlayışla qarşılanıb, məntiqli olduğuna münasibət bildiriblər.  Vaxt o qədər daralır ki, qarşımızda dayanan məsələlər reallaşmadıqca düşmən yeni iddialarla çıxış edir və beynəlxalq aləmi Azərbaycana qarşı qaldırmağın yeni formalarını tətbiq etməklə, həm də tərəddüd yaşayan Qarabağ ermənilərini öz barışmaz siyasətlərinə inandırmağa nail olurlar. Azərbaycanın təzyiq imkanları daha çoxdur və bundan maksimum istifadə etməliyik ki, düşmən və havadarı çıxılmaz durumda qaldıqlarını real şəkildə hiss etsinlər. İlham İsmayıl

Çərşənbədə Röyanın qapısına papaq atdılar - Video

Xalq artisti Röya Ayxan növbəti addımı ilə hər kəsi kövrəldib. Sozcu.az Olay-a istinadla xəbər verir ki, rejissor və aparıcı Ranar Musayevin evində qonaq olan sənətçi maraqlı hadisə yaşayıb. Çərşənbə münasibətilə qapıya papaq atan uşağı Röya qarşılayıb. O, azyaşlının papağına qoz-fındıq və pul hədiyyəsi qoyub. Həmin anlarda kövrələn R. Ayxan uşaqdan bu hədiyyəni oğlunun adından qəbul etməsini istəyib.

Akşener: “Pul almışamsa, şərəfsizəm“

Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener "Millət İttifaqı"nı tərk etməsi və daha sonra geri dönməsi ilə müşayiət olunan 2 günlük zaman kəsiyində baş verənlərdən danışıb.  Sozcu.az xəbər verir ki, "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan Akşener ittifaqı tərk etməsi ilə bağlı açıqlama verdiyi brifinqdəki nitqinin sərt olmasına aydınlıq gətirib.  "Sərt idi və sərt olmalı idi. O mətni mən özüm yazmışam. 28 ildir aktiv siyasətlə məşğulam. Sərt olaraq ifadə edilsə də, konkret olmasına diqqət yönəltdim. Çox konkret idi, bəli. Qədərindən artıq konkretlik insanları əsəbiləşdirə bilər", - deyə o söyləyib.  Akşener Kılıçdaroğlunun hiddətlənərək ayağa qalxması məsələsinə də toxunub. "Heç kim ayağa qalxmamışdı. Amma gərginlik yaşanmışdı. Mən fikrimi açıq və net söyləmişdim. Davutoğlu və Babacan araya girib ortalığı sakitləşdirdi. Amma Temel bəyin də "Sizdən çəkdiyimiz bəsdir" deməsi də həqiqətə uyğun deyil. O yaş qrupundan olan insanlar səbr məsələsində peşəkarlaşıblar. Kemal bəyi də səbrli insan kimi tanıyıram... 5 nəfər imzaladı, o formada da elan oluna bilərdi. Sonra bir "nəfəs alaq" dedik. Getdim dostlarla məsləhətləşməyə. Belə qərar çıxdı. Hər kəs üçün ən yaxşısı oldu", - deyə İYİ Partiya sədri ittifaqı tərk etməzdən əvvəlki son toplantının təfərrüatlarını açıqlayıb. (Qeyd edək ki, bu barədə ilk açıqlamasında Akşener Kılıçdaroğlunun onun bələdiyyə sədrlərinin namizədliyinin də müzakirə olunması barədə təklifindən hiddətlənərək ayağa qalxdığını və vəziyyətin gərginləşdiyini demişdi. Ali Babacanın müavini isə onu təkzib edərək bu cür hadisə baş vermədiyini bəyan etmişdi - red.)  Partiya sədri CHP-HDP yaxınlaşmasına da münasibət bildirib: "Səmimi deyirəm. Türkiyədə hər partiyanın bir-biri ilə əlaqələrinə digər partiyalar sayğı göstərməlidir. Biz bu günə qədər bunu etmişik. Amma iddia olunduğu kimi guya o masada HDP-nin də var olması gerçək deyil. Dialoq isə başqa şeydir. CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz. Nazir alış-verişi kimi bir məsələ də mümkün deyil. "Sizin səs faizinizlə HDP-nin səs faizi fərqlidir, sizə gülə-gülə, sağ olun" desəydilər, masadan qalxardıq". Akşener Ərdoğana yaxın iş adamlarından pul aldığı üçün ittifaqı tərk etməsi ilə bağlı iddiaları təkzib edib: "Pul məsələsinə gəlsək, əgər mən Ərdoğanın çevrəsindən və ya başqa bir Allah qulundan belə bir məsələ ilə bağlı 1 lirə, 5 lirə pul almışamsa, dünyanın ən şərəfsiz insanıyam. Maaşımdan başqa heç bir gəlirim olmayıb mənim. Hər şeyim də açıqdır. Bu günə qədər Ərdoğan mənlə danışmaq üçün heç nə etməyib. Mənim də onunla gizli bir görüşüm olmayıb. Hətta zəlzələ vaxtı necə görüşdüyümüzü də televiziya vasitəsilə danışdım".  Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub./Modern.az  

“Laçın yolundan silah daşınmasını istəmirik” - Klaardan ermənilərə tərs şillə

“İlk növbədə, hesab edirəm ki, Laçın yolunda nələrin daşınması ilə bağlı şəffaflığın təmin olunması ideyası tamamilə legitimdir. Çünki biz Laçın yolundan gərginliyi daha da artıran məhsulların daşınmasını, hər hansı hərbi və ya qeyri-qanuni məqsədlər üçün istifadə olunmasını istəmirik. Bu bir məqam”.  Sozcu.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.  “Şəffaflıq tamamilə qanunidir. Məncə, bu şəffaflığın əldə olunması ilə bağlı hansı yolların, vasitənin olması müzakirələrin və danışıqların mövzusudur. Düşünürəm ki, bunun bir neçə yolu var. İnanıram ki, bunlardan bəziləri keçmişdə müzakirə olunub. Məsələn, rusların bu əraziyə nəyin gəldiyini və getdiyini daha yaxşı yoxlaya bilməsi üçün yoxlama məntəqəsində bəzi əlavə avadanlıqlarının olması. Yenə də düşünürəm ki, bunun bir neçə yolu var, məncə, bunun ətraflı müzakirə olunması vacibdir. Hesab edirəm ki, Ermənistanda belə bir fikir var ki, bunlar (Laçın və Zəngəzur – red.) iki ayrı məsələdir. Bunlardan biri 2020-ci ilin Noyabr Bəyanatının bir bəndində əksini tapan Laçın dəhlizidir, daha sonra isə 2020-ci il Bəyanatının digər bəndində əksini tapan Azərbaycanla Naxçıvan arasında əlaqələnmə məsələsi var. Deməli, bu mənada bəyanatda bunlar müxtəlif hissələrdə qeyd olunub və yanaşma fərqlidir. Amma sonda bu sual danışıqların, müzakirələrin mövzusudur. Təbii ki, bizim fikrimiz budur ki, şəffaflığın olması, həqiqətən, qanunidir, eyni zamanda, insanlar üçün, Qarabağ erməniləri üçün təhlükəsiz hərəkət edə bilmək hissi də vacibdir”, - Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb. 

Xviça: “Gürcüstanın gələcəyi Avropadadır"

"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ölkəsi Gürcüstanda baş verən etirazlara reaksiya verib.  Sozcu.az xəbər verir ki, o, özününün "Feysbuk" səhifəsində yazıb: “Gürcüstanın gələcəyi Avropadadır". Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra minlərlə insan Tiflisdə etiraz aksiyası keçirib.

Qaz sobaları və plitələri BU QORXUNC XƏSTƏLİYİ YARADIR

Endokronoloq Yuliya Sorokina xəbərdarlıq edib ki, qaz sobaları və piltələri nəinki qazdan zəhərlənməyə, eləcə də ani olaraq ürək tutmasına gətirib çıxardır. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, sağlamlıqa qarşı təhlükə təbii qazın yanma prosesi ilə bağlıdır. Endokrinoloqun sözlərinə görə, təbii qazın tam yanması ilə belə havada karbon qazının konsentrasiyası artır. Ancaq tam yanma, bir qayda olaraq, baş vermir. Buna görə də havada olan zəhərli maddələr baş ağrılarının, allergiyanın, halsızlığın və immunitetin zəifləməsinə səbəb olur. Azot dioksidi isə astma tutmaları, tənəffüs yolu infeksiyaları və infarkt riskini artırır. Təbii ki, bu maddə xroniki ağciyər xəstəliklərini şiddətləndirir, həm də idrak funksiyalarına pis təsir göstərir.

Aşiq olmağı bacarmayan bürclər

Bəzi insanlarda "mən sevməyi, aşiq olmağı bacarmıram" sözlərini eşidə bilərsiniz. Həqiqətən də, bəzi insanlar ürəkdən sevməyi bacarmırlar. Təbii ki, onlar münasibətlərdə normal tərəfdaş ola bilirlər. Hər şey ilk baxışdan göründüyü qədər pis deyil. Parlaq və dürüst emosiyalarla çətin anlar yaşayan insanlar hələ də sizə xoşbəxtlik verə bilərlər. Sozcu.az bizim.media-ya istinadən xəbər verir ki, bu da bürclərlə bağlıdır və elə insanlar var ki, hisslərini başqa cür ifadə edirlər.  Sevə bilməyən, yaxud başqa formada duyğulanan 5 bürc var: Əkizlər Əkizlər romantik ola, "səni sevirəm" deyə bilər. Onların sevə bilməməsi eqoizmə əsaslanan xoşagəlməz hərəkətlərdə özünü göstərir. Tez-tez yalan danışırlar və ən fırıldaqçı bürclərdən biridirlər. Həyatlarını bağlamaq istədikləri insanı tapsalar, başlanğıcda münasibətlərin fırtınalı və parlaq olması üçün hər şeyi edərlər, lakin Əkizlərin bu impulsu tez bir zamanda azala və ya tamamilə yox ola bilər. Əkizlər dinamik insanlardır, ona görə də nadir hallarda uşaq, toy istəyirlər, hamı kimi onlar da gündəlik həyatdan və rutinlərdən qorxurlar. Əgər onlara uzun müddət parlaq emosiyalar bəxş etsəniz, o zaman onlar sizdən heç vaxt yorulmazlar. Təəssüf ki, belə bir münasibətdə demək olar ki, həmişə iki nəfərin yerinə çalışmalı olacaqsınız. Çünki Əkizlər yalnız almağı sevir, verməyi deyil. Onları razı salmaq üçün etdiyiniz bütün cəhdlərin təbii qarşılandığına öyrəşməli olacaqsınız. Əkizlər məsuliyyətdən qorxurlar, ona görə də ev işlərindən yayınmaq üçün daim bəhanələr axtarırlar.  Oğlaq  Oğlaqlar çox vaxt sadəcə sevgi üçün kifayət qədər vaxtı olmayan işgüzar insanlardır. Bu insanlar sevildiklərini unudurlar. Yaxınlarını unudaraq şəxsi işlərə qarışırlar. Oğlaqlar darıxdırıcı və həm də olduqca amorf ola bilər, ona görə də onlarla münasibətdə ehtiras alovunu özünüz yandırmalı olacaqsınız. Oğlaqlar özləri kiməsə aşiq olsalar belə, çox vaxt maraqsız olurlar. Oğlaqların ikinci yarısı tərəfindən sevginin hər hansı təzahürü təbii qəbul edilir. Əgər siz artıq evlisinizsə, onda "niyə mənə fikir vermirsiniz?" Oğlaqlar cavab verə bilər ki, biz evliyik, elə deyilmi? Bunlar inadkar insanlardır, onlarla mübahisə etməmək daha yaxşıdır, çünki mübahisədə qalib gəlmək sadəcə qeyri-mümkün olacaq. Dolça Dolçalar azad olmağı və münasibətlərdə özlərini müstəqil hiss etməyi sevirlər. Onlara çox bağlılıq olmadan asan sevgi lazımdır. Bu insanlar həmişə can yoldaşına kömək edəcəklər, həmişə bir insanı dəstəkləyəcəklər, lakin özlərinə qarşı pis münasibətə dözməyəcəklər. Əvvəldə necə sevməyi bilirlər. Dolçalar insanları qiymətləndirirlər, lakin tez soyuqlaşırlar. Vaxt keçdikcə onlar üçün sevilən bir insan təbii bir şeyə çevrilir. Onlar can yoldaşını yalnız darıxdıqları üçün tərk edə bilməzlər. Həm də mərhəmət göstərəcək, belə deyək, yazığı gələcək. Bir sözlə, Dolça bürcünə aşiq olmaq özünüz üçün daha baha başa gəlir. Siz onların xarizmasını, cazibəsini və zəkasını ələ keçirə, onlarla bir ola bilərsiniz, lakin bu, bir neçə ay, maksimum bir ildən sonra yox olacaq. Əqrəb Əqrəblər sizi tam başa düşənə qədər qəddardırlar. Bir insanı əvvəlcə tanımalıdırlar. Evlilikdə belə, heç bir səbəb olmadan bir müddət uzaqlaşa bilərlər. Onları ancaq özləri - Əqrəblər başa düşə bilər. Amma hər zaman yox. Hisslərini ifadə etməyə qadirdirlər, lakin onların gözlənilməzliyi münasibətin bütün təəssüratını korlayır. Əqrəbi sevmək səbir tələb edir. Əqrəb bürcü hücumları qeyri-müəyyən müddətə davam edə bilər - hətta ailəniz və uşaqlarınız olduqda belə. Bir sözlə, bu insanlar hədiyyədən uzaqdırlar, ona görə də böyük ehtimalla sizi normal sevə bilməyəcəklər. Bürcün bu su işarəsinin nümayəndələri də əksər hallarda yavaş-yavaş aşiq olurlar, buna görə də qarşılıqlı fikirdə olmaq üçün düşüncələrini dəyişə bilərlər. Xərçəng Xərçənglər aşiq olmurlar - ailə qurmaq üçün ən uyğun insanı tapırlar. Bu insanlar münasibətlərin başlanğıcında olduqca romantik və maraqlıdırlar. Bir müddət sonra, daha çox evləndikdən sonra sağlam düşüncənin imkan verdiyi qədər həmdəmindən uzaqlaşırlar. Siz parlaq hisslər və emosiyalar almayacaqsınız, amma həyatınız da çox darıxdırıcı olmayacaq. Xərçənglər insanlara necə qulluq etməyi bilirlər, lakin onları həqiqətən sevməyi bilmirlər. Bu insanlarla sakit və isti olur, amma necə deyərlər, həyat şirnilərinin çoxluğundan problemlər var. Bəzən dostlarla söhbət etmək, istirahət etmək və həftə sonu başqa şəhərə getmək istəyirsən. Xərçənglər bir qədər Oğlaqları xatırladırlar, çünki onlar da hər şeyin kortəbii yox, qrafikə uyğun olmasını istəyirlər. Xərçənglərin intim həyatında belə hər şey qrafik üzrə gedir. Qəfil ehtiras və emosiyaları onlardan gözləməyəcəksiniz.

Gəncədə ata və 2 övladı dəm qazından zəhərləndi

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda güclü zəlzələ oldu: ətraf rayonlarda hiss edildi

Biləsuvar rayonunda zəlzələ olub. Bu barədə Sozcu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb. Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Gürcüstan müxalifətindən çağırış: Yeni mitinq...

Gürcüstanda bu gün günortadan sonra parlament önündəki meydanda yenidən böyük mitinq keçiriləcək. Sozcu.az xəbər verir ki, bu haqda Gürcüstan müxalifəti məlumat yayıb. Qeyd edək ki, ölkədə əhali və müxalifət "Xarici agentlər" haqqında qanun layihəsinə etiraz edir. Dünən və gecə boyunca isə ölkə paytaxtında etirazçı kütlələr ilə polis arasında ciddi toqquşmalar yaşanıb.

Akşənər kartları açıq oynayar... - Davudoğlu

İYİ Partiyanın sədri Maral Akşənər çox vacib bir mübarizə apardı. Sozcu.az xəbər verir ki, bunu Gələcək Partiyasının sədri Əhməd Davudoğlu ölkə mətbuatına açıqlamasında deyib. “Düşünürəm ki, Akşənərin dünən axşam verdiyi açıqlamalar bu prosesdə ən önəmli şeylərdən biri oldu. Buna görə də zəng edərək təbriklərimi çatdırdım. Akşənər kartları açıq oynayar, açıq da sözünü deyər. Bəli böhran var idi. Siyasətdə bəzən böhranlar faydalı ola bilər. Baş verən bu böhran da faydasını verdi. Ona görə də xanım Akşənərin görüşə gəlməsi vacib idi. Hətta onun iştirakı vəziyyəti dəyişdi”, - partiya sədri deyib.

378-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 378-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 155 530 hərbçi, 3436 ədəd tank, 6723 ədəd zirehli döyüş maşını, 2463 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 253 hava hücumundan müdafiə sistemi, 303 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5330 ədəd avtomobil texnikası, 2 098 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 236 xüsusi avadanlıq itirib.

Neft kəskin ucuzlaşdı

Dünya birjalarında neft qiymətləri kəskin ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 83,33 dollara, yüngül neftin bir barreli isə 77,49 dollara təklif olunur.

İlham Əliyev Migel Anxel Moratinosu qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

ABŞ-dan Tiflisə şok xəbərdarlıq: Tərəfdaşlıq pozula bilər!

Gürcüstanda etirazların yatırılmasına görə məsuliyyət daşıyanlar sanksiyalara məruz qala bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib. Onun sözlərinə görə, Gürcüstan hökuməti “xarici agentlər” barəsində qanun layihəsinə görə vətəndaşların öz etirazlarını dinc şəkildə ifadə etməsinə mane olmamalıdır. “Dinc nümayişçilərin danışmaq hüququ olmalıdır, bu hüquq Gürcüstan xalqı və bütün dünya xalqları üçün mövcuddur”, - Prays brifinqdə deyib. O vurğulayıb ki, Vaşinqton Gürcüstandakı vəziyyəti izləyir: "Birləşmiş Ştatlar sərbəst toplaşmaq və danışmaq hüquqlarını dinc şəkildə həyata keçirənlərin yanındadır", - Prays əlavə edib. O, həmçinin bildirib ki, Gürcüstanda “xarici agentlər” haqda qanunun qəbulu Vaşinqtonla Tiflis arasında tərəfdaşlığa xələl gətirə bilər.

Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin barrikadasını yarıblar - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Etirazçıları qanunverici orqanın əsas qapısından təxminən 10 metr ayırır. Darvazanın digər tərəfində olan polis əməkdaşları nümayişçilərin üzərinə su tökərək gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar “Gürcüstan, Gürcüstan” şüarları səsləndirirlər. Qeyd edək ki, ötən gün Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir. Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq. 07.03.2023. 21:41 Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər. "Report" xəbər verir ki, bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb. Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar. Qeyd edək ki, parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir. Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq.

Gürcüstan Prezidenti xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib - YENİLƏNİB

Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyir. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısının bəyanatında bildirilir. "Bu axşam bir neçə dəfə dayandığım Rustavelidə (prospektdə-red) dayanaraq sizə müraciət edirəm. Bu gün mən Nyu-Yorkdayam, arxamda isə Azadlıq Heykəlidir. Bu, Gürcüstanın həmişə mübarizə apardığı, bunun üçün bu günə qədər gəldiyi simvoldur. Mən sizin tərəfinizdəyəm, çünki bu gün siz azad Gürcüstanı təmsil edirsiniz”, - Zurabişvili çərşənbə axşamı yayımladığı videomüraciətdə bildirib. Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub. 07.03.2023. 23:29 Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək. Bu, “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə kütləvi etirazlar fonunda baş verəcək. “Report”un məlumatına görə, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb. "Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək", - administrasiyanın bəyanatında deyilir. Xatırladaq ki, bu gün, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.

Müsavat başqanı Arif Hacılı 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib

Müsavat Partiyasının başqanı Arif Hacılı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarını təbrik edib.  Təbrikdə deyilir:  "Əziz xanımlar!  Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Sizə şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.  8 Mart artıq uzun illərdir ki, öz əvvəlki siyasi mahiyyətini itirərək dünyanın əksər ölkələrində Qadınlar Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda da sevimli bayram günlərindən biridir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, intellekti, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub,  ailənin əsas dayağı kimi həmişə yüksək dəyər sahibi olub.  Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən hələ ötən əsrin əvvəllərində bəzi inkişaf etmiş ölkələrdə olduğundan daha tez qadınlarımıza geniş siyasi hüquqlar, xüsusilə seçkilərdə iştirak hüququ verilməsi ilə daim qürur duyuruq. Xanımlarımız ötən əsrin əvvəllərində Azərbaycanda azad, demokratik bir dövlətin qurulmasında mühüm rol oynadıqları kimi, əsrin sonunda da milli-azadlıq hərəkatında fəal iştirak etdilər. İstiqlalımızın bərpası uğrunda gedən mübarizənin önündə oldular.  Azərbaycan qadınları bütün fəaliyyət sahələrində çalışdıqları kimi ölkənin ictimai-siyasi həyatında da mühüm rola malikdirlər. İndi qadınların ictimai-siyasi proseslərdə iştirakı və rolu, təsir imkanları artır. Qadınlarımız bütün dünyada gedən bu ümumi prosesdə özünəməxsus rola malikdirlər.  Vətən müharibəsində canından keçən şəhidlərimizi, qazilərimizi, əsgərlərimizi dünyaya gətirən, onlara vətənpərvərlik ruhunu və vətən sevgisini aşılayan, düzgün tərbiyə verən məhz Azərbaycan qadınlarıdır.  Qadın həkimlərimiz, tibb bacıları gecə-gündüz, yorulmadan ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşən əsgərlərimizə dəstək olmuş, yaralıların öz sağlamlıqlarını qovuşması üçün əllərindən gələni etmişlər. Əldə olunan qələbəyə öz töhfələrini vermişlər. Tarix boyu da mərd və cəsur Azərbaycan qadını igidlərimizlə yanaşı, böyük qəhrəmanlıq nümunələri yaratmışlar.  İndi bütün dünyada, həmçinin Azərbaycanda qadın hüquqlarının müdafiəsi, gender bərabərliyiyi uğrunda mübarizə cəmiyyətin qarşısında duran əsas vəzifələrdən biri kimi dərk olunur.  İnanıram ki, yaxın zamanlarda Azərbaycanda qadınlarımızın da bütün hüquqlardan tam olaraq yararlanacağı hüquqi dövlət, azad cəmiyyət qurulacaq.  Əziz xanımlar!  Sizi bir daha 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edir, Sizə can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram”

Bakıda şirkətə BASQIN: Şüşələri qırıb...

Bakıda şirkətə basqın olub. Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "HN-Construction" şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq əmlakı zədələyiblər. Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədib. Bu barədə polisə məlumat verilib. Faktla bağlı Binəqədi ayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır.

XİN-dən İrana cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin Nizami Gəncəvi ilə bağlı fikirlərinə reaksiya verib. Sozcu.az xəbər verir ki, o bu barədə Tvitter hesabında paylaşım edib. "Nizami Gəncəvi böyük Azərbaycan şairi və mütəfəkkiridir. O, bütün həyatı boyu Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb. Nizami Gəncəvi Azərbaycanda milli səviyyədə dərin hörmət qazanıb. Bu həftə Azərbaycanda X Qlobal Bakı Forum keçiriləcək və Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunacaq”, - deyə o qeyd edib.

“Ermənilər bayrağımızın altından keçsin, desin ki, Azərbaycan vətənimdir...”

“Ermənilərə sosial müavinətlərin veriləcəyi bağlı səslənən fikirlərin hamısı siyasətdir. Onsuz da ermənilər heç buna gedən də deyillər. Bizimkilər də bunu deməyə məcburdurlar. Ona görə də millət bir balaca gözləsə, daha yaxşı olar”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. O, siyasi şərhçi Zərdüşt Əlizadənin “Qarabağ ermənilərinin hakimiyyətimiz altına keçməsi üçün onlara 30 il ərzində yığılıb qalan müavinətlərini verməliyik” fikirlərinə münasibət bildirib.  N.Cəfəroğluya görə, bu, sadəcə olaraq dövlətin siyasətidir ki, beynəlxalq təşkilatlara mövqeyimizi göstərək:  “Biz buna dözməliyik, görək, axırı nə olacaq. İndi buna nə hə, nə də yox demək olar. Hazırda elə şeylər də var ki, biz bunun içərisində deyilik, amma dövlət rəsmiləri xarici siyasətimizdə o qədər əziyyətlər çəkir ki, biz nəsə əldə edək”.  “Hesab edirəm ki, ağıllı insanlar gözləməli və fikirləşməlidirlər ki, dövlətin qorunması, habelə bütövlüyü üçün nə vacibdirsə, onu da etməliyik. Xalqımız təmkinli olmalıdır”, - əlavə edib.  “Əgər onlar bizim Konstitusiyamızı qəbul edəcəklərsə, qanunlarımızla oturub-duracaqlarsa, bayrağımızın altından keçəcəklərsə, ən əsası isə Xankəndinin Azərbaycan ərazisi olduğu həqiqəti ilə barışacaqlarsa, onda əhalimiz olduğu üçün biz də onlara hansısa güzəşlər edə bilərik. Amma açıq ürəklə desinlər ki, Azərbaycan mənim dövlətimdir və mən bu dövlətin vətəndaşıyam”, - yekunlaşdırıb. 

İlham Əliyev Timor-Lestenin Prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

"Patriot" və "Leopard"lar artıq Ukraynaya daxil oldu

Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gəlib. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib. “Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya daxil olub" - o, deyib. Eyni zamanda, Blaşak qeyd edib ki, Polşa Ukraynaya yardımın ötürülməsi üçün təkcə əsas nöqtə deyil, həm də ən böyük donorlardan biridir. Onun sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avrodan çox silah ötürüb. Eyni zamanda, məbləğə ölkənin Ukrayna hərbçilərinin təlimi üçün çəkdiyi xərclər və “Leopard 2A4” tanklarının daxil olduğu sonuncu “zirehli maşın” paketi daxil deyil. Bundan əlavə, Blaşak aviasiyanın Ukraynaya verilməsindən danışıb. Onun sözlərinə görə, bu cür qərarlar daha geniş müttəfiqlər səviyyəsində qəbul edilməlidir.

Apteklər iynə və sistem qoşulmasına görə məsuliyyətə cəlb edilə bilərlər

“Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”. Bunu Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev deyib. Onun sözlərinə görə, yalnız həyat üçün təhlükə yarandığı halda apteklərə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər: “Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır”. “Ümumiyyətlə səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədə uyğundur”-, E. Nağıyev vurğulayıb. /Report/