"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya ölkəsi Gürcüstanda baş verən etirazlara reaksiya verib.
Sozcu.az xəbər verir ki, o, özününün "Feysbuk" səhifəsində yazıb: “Gürcüstanın gələcəyi Avropadadır".
Xatırladaq ki, dünən - martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir. Bundan sonra minlərlə insan Tiflisdə etiraz aksiyası keçirib.