Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gəlib.
Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib.
“Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya daxil olub" - o, deyib.
Eyni zamanda, Blaşak qeyd edib ki, Polşa Ukraynaya yardımın ötürülməsi üçün təkcə əsas nöqtə deyil, həm də ən böyük donorlardan biridir.
Onun sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avrodan çox silah ötürüb. Eyni zamanda, məbləğə ölkənin Ukrayna hərbçilərinin təlimi üçün çəkdiyi xərclər və “Leopard 2A4” tanklarının daxil olduğu sonuncu “zirehli maşın” paketi daxil deyil.
Bundan əlavə, Blaşak aviasiyanın Ukraynaya verilməsindən danışıb. Onun sözlərinə görə, bu cür qərarlar daha geniş müttəfiqlər səviyyəsində qəbul edilməlidir.