Bakıda şirkətə basqın olub.
Sozcu.az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "HN-Construction" şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq əmlakı zədələyiblər.
Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədib. Bu barədə polisə məlumat verilib.
Faktla bağlı Binəqədi ayon Polis İdarəsi tərəfindən araşdırılma aparılır.