378-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 378-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 155 530 hərbçi, 3436 ədəd tank, 6723 ədəd zirehli döyüş maşını, 2463 ədəd artilleriya sistemi, 488 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 253 hava hücumundan müdafiə sistemi, 303 ədəd hərbi təyyarə, 289 ədəd helikopter, 5330 ədəd avtomobil texnikası, 2 098 ədəd PUA, 873 qanadlı raket, 18 gəmi/qayıq, 236 xüsusi avadanlıq itirib.

Share on Facebook