Biləsuvarda güclü zəlzələ oldu: ətraf rayonlarda hiss edildi

Biləsuvar rayonunda zəlzələ olub.

Bu barədə Sozcu.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Qeyd olunub ki, təkanlar yerli vaxtla saat 10:14-də Cəlilabad stansiyasından 20 km şimalda Biləsuvar rayonunda qeydə alınıb.

Maqnitudası 4.2, dərinliyi 37 km olan zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Share on Facebook