Sabiq direktor müavinin oğlu dələduzluqda ittiham olunur

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Azərbaycan” Nəşriyyatının sabiq direktor müavini Ləbib Ləbibovun oğlu dələduzluqda ittiham olunur. Sozcu.az “Report”a istinadla xəbər verir ki, Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb. R.Ləbibov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 20-ə təyin edilib.

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb. Sozcu.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola salıblar. 

Polkovnik Elmar Məmmədov HƏBS EDİLDİ

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib. Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur. onlayn aptek Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2-ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.

Ukrayna Rusiyanın nə qədər ərazisini ələ keçirib? – Yeni rəqəm

Ukrayna Rusiyanın 100 kvadrat kilometr ərazisini ələ keçirib və yüzlərlə hərbçisini əsir götürüb. Sozcu.az xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet bildirib ki, Rusiyaya hücumda Ukraynanın elit briqadaları iştirak edib. Onlar hücumu Almaniya və ABŞ texnikaları ilə həyata keçiriblər. Qəzetə açıqlama verən ukraynalı hərbi bloger Yuri Podolyak Ukraynanın yeni və daha böyük hücum hazırladığını bildirib. “Bu, sərhəddəki döyüşlərin sonu deyil. Sabah-birigün biz artıq başqa istiqamət barədə danışacağıq”.

Müsavat xalqa müraciət etdi – Musavatın namizədlərinə səs verin

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Başta”ya verilən məlumata görə, Partiyanın Seçki Qərargahı xalqa müraciət edib. Müraciətdə deyilir: Əziz həmvətənlər! Hörmətli xanımlar və bəylər! Müsavat Partiyası azad və ədalərli seçki mühitinin olmadığı indiki şəraitdə bütün çətinliklərə baxmayaraq seçki marafonuna qoşulub. İndiyədək ölkənin müxtəlif şəhər və rayonlarını əhatə edən 25 seçki dairəsində namizədlərimiz qeydə alınıb. Bəzi digər seçki dairələrindən namizədlərimizin qeydə alınması uğrunda mübarizəmiz davam edir. Namizədlərimiz sırasında ölkənin tanınmış siyasət və dövlət xadimləri, professor və elmlər doktorları, Qarabağ qazisi, şəhid atası, ixtiraçı alim və xalq təsərrüfatının müxtəlif sahələrində uğurlar qazanmış mütəxəssislər var. Biz çox qısa müddətdə davam edəcək seçki kampaniyası dövründə qeydə alınan namizədlərimiz, onların seçki komandaları və bütün mövcud resurslarımız vasitəsi ilə ölkədə olan ümumi siyasi ab-havanın dəyişməsinə, cəmiyyətin diqqətinin seçki prosesinə cəlb ediməsinə, arzusunda olduğumuz Azərbaycan haqqında planlarımızı hər kəsin diqqətinə çatdırmaq niyyətindəyik. Yaxın günlərdə təhsil, səhiyyə, ədalət mühakiməsi sahəsində islahatlar, korrupsiya və rüşvətxorluğun aradan qaldırılması, pensiyaların, əmək haqlarının artırılması, uşaq pullarının verilməsi, quru sərhədlərin açılması, monapoliyalara son qoyulması, gənclərimizin kütləvi şəkildə ölkəni tərk etməsinə səbəb olan problemlərin həll olunması, bütün sahələrdə bərabər imkanlar şəraitinin yaradılması və başqa bu kimi mühüm məsələləri əhatə edən seçki plarformamız ictimaiyyətə təqdim ediləcək. Müsavat Partiyasının istinad nöqtəsi, dayağı, güvəndiyi güc mərkəzi yalnız Azərbaycan xalqıdır. Sizin etimadınız və dəstəyiniz təsir imkanlarımızın artmasına, inkişafımıza mane olan və xalqı düşündürən ən mühüm problemlərimizin yalnız öz aramızda, sosial mediada, internet resurslarında deyil, ali hakimiyyət orqanlarında, ən yüksək dövlət qurumlarında müzakirəsinə və həllinə səbəb olacaq. Əziz həmvətənlər! Hər kəsi Azadlıq Ədalət Hüquqi dövlət uğrunda apardığımız mübarizədə bizə dəstək olmağa, Müsavat Partiyasının namizədlərinə səs verməyə çağırırıq. Yolumuz açıq, işimiz avand olsun! Müsavat Partiyasının Seçki Qərargahı

Dənizdə dalğanın hündürlüyü 3,8 metrə çatdı

Avqustun 9-u saat 9:00-a olan məlumata görə, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı: Balakəndə 11 mm, Oğuz, Culfa, Şamaxıda 2 mm-dək olub. Eyni zamanda şimal-qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Culfada 19 m/s, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb. Bundan başqa, Qrız, Şabran, Şahdağda duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR və Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti olub.

Rusiyanın itkiləri 588 mini ötdü

Ukrayna müharibənin 898-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 588 540 hərbçi, 8 434 ədəd tank, 16 341 ədəd zirehli döyüş maşını, 16 536 ədəd artilleriya sistemi, 1 142 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 916 hava hücumundan müdafiə sistemi, 366 ədəd hərbi təyyarə, 327 ədəd helikopter, 22 371 ədəd avtomobil texnikası, 13 325 ədəd PUA, 2424 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 2 769 xüsusi avadanlıq itirib.

Türkiyədə ağır qəza: 9 ölü, 26 yaralı

Türkiyənin Ankara şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ankara valisi bildirib. Məlumata görə, qəza səhər saatlarında Əskişəhər yolunda sərnişin avtobusunun körpü dirəyinə çırpılması nəticəsində meydana gəlib. Hadisə nəticəsində 9 nəfər ölüb, 26 nəfər yaralanıb.

Ukrayna Rusiyada aerodromları vurdu: 4 kənd boşaldıldı

Ukrayna ordusu gecə saatlarında PUA-larla Lipetsk vilayətindəki aerodromlara hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov deyib. Onun sözlərinə görə, ən azı 6 nəfər yaralanıb. Zərbə nəticəsində mülki binalardan uzaqda partlayıcı qurğular işə düşüb, enerji infrastrukturu zədələnib və bu da elektrik enerjisinin kəsilməsinə səbəb olub. Artamonov dörd yaşayış məntəqəsinin - Koptsevı Xutor, Fedorovka, Yakovlevka və Tynkovka boşaldıldığını bildirib.

Ukrayna Rusiyanın 20 kəndini, 1 şəhərini aldı – Son dəqiqə

Ukrayna ordusunun Kursk vilayətində indiyədən ən azı 20 yaşayış məntəqəsini ələ keçirib. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” Kremlə yaxın mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, Suca da daxil olmaqla, Ukraynanın nəzarətə aldığı ərazi artıq 400 kv.km təşkil edir.

Ukrayna ordusu Kurskda səngərlər qazır

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində möhkəmlənməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu artıq Kursk vilayətinin Maxnovka kəndində səngərlər qazırlar.

Ukrayna “F-16” qırıcılarından istifadə etməyə başladı – İlk dəfə

Ukrayna ordusu müharibədə ilk dəfə “F-16” qırıcılarından istifadə etməyə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” bildirib. Məlumatda qırıcıların hədəfləri vurması ilə bağlı hər hansı məlumat verilməyib. Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl “F-16” qırıcıları aldığını təsdiqləmişdi.

İkinci Dünya Müharibəsindən sonra ilk dəfə: Xarici qoşun Rusiya ərazisində...

İkinci Dünya Müharibəsindən sonra ilk dəfə başqa ölkənin ordusu Rusiya Federasiyasına daxil olub.  Sozcu.az xəbər verir ki, bunu "Bloomberg" yazıb.  Nəşr qeyd edir ki, Kursk vilayətindəki sıçrayış Rusiyanın müdafiəsinin zəifliyini göstərib və Putinin rusların müdafiəçisi imicini itirib, eyni zamanda ukraynalıların əhval-ruhiyyəsi yüksəlib.  onlayn aptek Həmçinin bildirilir ki, Kursk vilayətindəki vəziyyət Kiyevin ABŞ və avropalı müttəfiqlərinin Moskvanın eskalasiya hədələrindən qorxmaması ilə bağlı arqumentini gücləndirəcək.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.  Qeyd edək ki, Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.  “Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır”, - Putin iddia edib.  Döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir. Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər.  Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.  Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: “Hələ bu barədə məlumatımız yoxdur”. 

Ukrayna Rusiyanın bu şəhərini ələ keçirdi – Təcili

Ukrayna ordusu artıq Suca şəhərini tam nəzarəti ələ keçirib. Sozcu.az xəbər verir ki. bu barədə Teleqram kanalları hərbi müxbirlərə istinadela məlumat yayıb. Bildirilir ki, Kurskda hazırda vəziyyət belədir: - Ukrayna Silahlı Qüvvələrinin 2 briqadası Sucaya daxil olub, 4 briqada səhər saatlarında Kursk vilayətinə daxil olub, daha 8-i sərhəddə ehtiyatdadır; - Suca Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır; - Kursk vilayətində cəbhə xaotikdir, rabitə olmadığından heç kim harada olduğunu bilmir; - Ukrayna Silahlı Qüvvələri Suca üçün maddi-texniki baza qurmağa və ehtiyat toplamağa davam edir; - Ukrayna Silahlı Qüvvələri səmaya nəzarət etmək üçün Kursk vilayəti ilə sərhəddə hava hücumundan müdafiəni gücləndirib; - Ukrayna Silahlı Qüvvələri aktiv şəkildə manevr edir, təhlükəli ərazilərdən, ətraf yaşayış məntəqələrindən yan keçir; - Rusiya Hərbi Hava Qüvvələrinin bu istiqamətdə aviabombaları yoxdur, yalnız anbarlarda köhnə bombalar var, onların effektivliyi sıfırdır; - Vəziyyəti sabitləşdirmək üçün “Əhməd” bölməsinin rus qanadı Kursk vilayətinə göndərilib.

Zelenskidən Kurskla bağlı açıqlama: Hamı görür ki...

Hamı görür ki, Ukrayna ordusu təəccübləndirməyi, eyni zamanda nəticə əldə etməyi bacarır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenksi ordunun Kursk istiqamətindəki hücumunu şərh edərkən deyib. V.Zelenski Ukrayna ordusunun hücum əməliyyatının təfərrüatı və məqsədləri barədə məlumat verməyib.

Yılmazdan Ərdoğana: Bir də “Qarabağa girdiyimiz kimi” demə...

Prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi üçün xəbərdar edirəm. Danışıq üslubun və eqon münasibətlərə ciddi ziyan vurur! Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyə Yenilik Partiyasının sədri, TBMM-in sabiq üzvü, diplomat Öztürk Yılmaz X hesabında yazıb. “Bir də qətiyyən “Qarabağa necə girdiksə...” ilə başlayan cümlə qurma. Sən bunu deyərək Azərbaycanın zəfərinin üstünə çökmüş olursan. Bu, o tərəfdə (Azərbaycanda – red.) ciddi narahatlıq yaradıb. Əlbəttə, Türkiyə dəstək olub və olmaq məcburiyyətindədir. Amma bu, belə deyilməz! Hər şeyi məhv etmək istəyirsən?” - Yılmaz əlavə edib. Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan AKP-nin Rizə təşkilatının tədbirində çıxışı zamanı İsrailin ünvanına “Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” mesajını vermişdi. Xatırladaq ki, İkinci Qarabağ savaşında Türkiyə Azərbaycana misilsiz siyasi dəstək verib, müharibəyə 3-cü ölkənin müdaxiləsinə imkan verməyib, eyni zamanda, Azərbaycanın haqq savaşını dəstəkləyib, böyük hərbi-texniki yardım göstərib. Ancaq Türkiyə ordusu Qarabağa girməyib, Qarabağı Azərbaycan Ordusu azad edib, döyüş meydanında Azərbaycan əsgərləri vuruşub.axar.az)

Rusiyada şiddətli döyüşlər - Ukrayna ordusu irəlləyir

Xəbər verdiyimiz kimi, Kurskda Ukrayna ordusunun bölmələri ilə Rusiya silahlı qüvvələri arasında şiddətli döyüşlər gedir. Sozcu.az xəbər verir ki, 6 avqustda regiona hücum edən Ukrayna ordusunun hazırda ərazidə möhkəmlənmək üçün istehkamçılar da gətirdiyi iddia edilir. Rusiya isə Ukrayna qüvvələrini ələ keçirdiyi ərazilərdən çıxarmaq və dövlət sərhədini bərpa etmək üçün bölgəyə ehtiyat qüvvələrini cəmləşdirib. Rusiya MN Ukrayna qüvvələrinin ciddi canlı qüvvə və texnika itirdiyini iddia edir və bununla bağlı yeni video da yayıb. Buna baxmayaraq, Rusiya hərbi mənbələri də Ukraynanın irəliləməkdə davam etdiyini təsdiqləyirlər.

Krımda sursat anbarı partladı

Krımda baş verən yanğın nəticəsində sursat anbarı partlayıb, Cankoy stansiyasından Simferopol stansiyasına qədər – təxminən 100 kilometr yolda dəmiryol nəqliyyatının hərəkəti dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə ASTRA Teleqram mənbələrə istinadən məlumat verir. Qeyd olunur ki, yanğın avqustun 6-da axşam saatlarında Krasnoqvardeyski rayonunun Leninskoye və Zvezdnoye kəndləri ərazisində 104-cü Mühafizə Hava Hücum Diviziyasının müvəqqəti yerləşdiyi ərazidəki sursat anbarında baş verib. “Sursat partlayıb, onun parçaları Zvezdnoye, Leninskoye, Andreyevka kəndlərindəki yaşayış binalarının yanına düşüb. İtkilər barədə məlumat yoxdur. Rəsmilər vəziyyətlə bağlı açıqlama verməyib, yanğının dəqiq səbəbləri məlum deyil”, - məlumatda deyilir.

Şəhidin oğlu faciəli şəkildə öldü

Birinci Qarabağ müharibəsi şəhidi Xəqani Aslanovun oğlu Cəsarət Aslanov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Bildirilib ki, C.Aslanov elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qeyd edək ki, Xəqani Aslanov 1992-c ilin fevralın 26-sı Xocalıda qəhrəmancasına həlak olub. Onun digər iki qardaşı Hasil və Vidadi Aslanovlar isə eyni gündə, 1993-cü ilin 23 iyulunda Ağdam işğal olunduğu gün şəhid olublar.

HƏMAS-ın yeni liderini də öldürəcəyik - İsraildən sərt MESAJ

İsrail Ordusunun Baş Qərargah rəisi Herzi Halevi bir müddət əvvəl HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri təyin edilən Yəhya Sinvarı zərərsizləşdirmək niyyətində olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bu barədə Herzi Halevi Tel Nof aviabazasının komandirləri ilə görüşü zamanı danışıb. O qeyd edib ki, İsrail ordusu ölkəni təhdid edən hər kəsi hədəf alacaq. Halevi qoşunların peşəkarlığına və İsraili müdafiə etmək öhdəliyinə tam əmin olduğunu bildirib. “Düşmənlərimizə, bizə hücum edənlərə, hər çıxışında İsraili necə məhv edəcəklərindən danışanlara çox açıq mesaj göndərəcəyik. Biz onlara hücum edəcəyik və güclənməyə davam edəcəyik”, - o deyib. Baş Qərargah rəisi qeyd edib ki, heç bir siyasi status Yəhya Sinvarı 2023-cü il oktyabrın 7-də İsrailə hücuma görə məsuliyyətdən azad etmir. “Yəhya Sinvarın statusunun dəyişməsi nəinki onun arxasınca getməyimizə mane olmur, həm də bizi motivasiya edir. Onu tapmaq üçün əlimizdən gələni edəcəyik ki, onu hədəfə ala bilək. Son həftələrdə çox mühüm əməliyyatlar həyata keçirdik, ən yüksək səviyyəli komandirləri məhv etdik və dayanmaq fikrində deyilik”, - deyə o əlavə edib. Qeyd edək ki, avqustun 6-da Yəhya Sinvar HƏMAS Siyasi Bürosunun yeni rəhbəri təyin edilib. O, bu vəzifədə iyulun 31-də Tehranda öldürülən İsmayıl Haniyəni əvəz edib. Sinvarın təyin edilməsindən sonra İsrailin xarici işlər naziri İsrael Katz da HƏMAS-ın yeni liderini ən qısa zamanda məhv etməyə çağırıb. Sinvar 1962-ci ildə Misirin idarə etdiyi Qəzzadakı Xan Yunis qaçqın düşərgəsində anadan olub. O, Qəzza İslam Universitetində ərəbşünaslıq üzrə bakalavr dərəcəsi alıb. Sinvar HƏMAS-ın təhlükəsizlik aparatının həmtəsisçilərindən biridir. O, 2023-cü ildə HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumunun təşkilatçısı hesab olunur. 2015-ci ildə ABŞ Yəhya Sinvarı beynəlxalq terrorçular siyahısına daxil edib.

Ukrayna səfirliyindən Meksikaya müraciət: Putini həbs edin!

Ukraynanın Mexikodakı səfirliyi ölkə hökumətini Rusiya prezidenti Vladimir Putinin Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu həbs etməyə çağırıb.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı səfirlik hökumətə rəsmi müraciət ünvanlayıb.  İnauqurasiyanın oktyabrın 1-də keçirilməsi planlaşdırılır. Ukraynalı diplomatlar Putinin hərbi cinayətkar kimi həbs edilməsi üçün BCM-nin orderini xatırladıblar, lakin Meksika rəsmiləri bildiriblər ki, Rusiya Federasiyası və Ukrayna da daxil olmaqla bütün ölkələrin liderlərini dəvət etmək standart təcrübədir.  Həkim tap Bundan əvvəl "El Universal" yazıb ki, Meksika hökuməti Putinə ölkə BCM-nin iştirakçısı olarkən inauqurasiyaya dəvət göndərib. Ölkənin Xarici İşlər Nazirliyi izahat verib ki, Meksikanın diplomatik əlaqələr saxladığı bütün ölkələrə dəvət göndərilib. 

Ukrayna Rusiyanın 11 kəndini ələ keçirdi: 300 əsir... – Təcili

21:33 Kursk bölgəsində vəziyyət pisləşməkdə davam edir: son bir saat ərzində Ukrayna birləşmələrinin Suca üzərində ən azı qismən nəzarəti, eləcə də düşmənin (Ukrayna ordusunun – red.) zirehli qrupunun Korenevo sərhədlərinə doğru irəliləməsi barədə bir neçə təsdiqlənmiş məlumat var. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya MN-ə bağlı “Rıbar” Teleqram kanalı məlumat yayıb. Kanal mənbəyə istinadla bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Sucanın qərb ətrafına daxil olub. Aran ərazidə yerləşən qəsəbənin mərkəzi “boz zona”dadır. Rus qoşunları şəhərin yüksək şərq hissəsinə nəzarəti saxlayır: “Eyni zamanda, Ukrayna birləşmələri Sucanın cənubuna doğru irəliləyib: bu ərazidə Ukrayna Silahlı Qüvvələrinin Qornal, Quevo və Kurilovka yaşayış məntəqələrində işğalı təsdiqlənir. Rusiya PUA operatorları ərazinin kəşfiyyatını aparır və müəyyən edilmiş düşmən mövqelərinin atəşə tutulması üçün hədəf təyinatları verir, quru qoşunlarının bölmələri, sərhədçilər və Rusiya qvardiyaları əks-hücuma keçir. Ukrayna birləşmələri də şimal-qərb hissəsində nəzarət zonasını genişləndirib. Leonidovo və Lyubimovka kəndi işğal olunub”. Kanalın məlumatına görə, rus qoşunları yaxınlıqdakı Zeleni Şlyax kəndi istiqamətində əks-hücuma cəhd etsə də, kəndi azad edə bilməyib: “Ukraynanın bir neçə texnikadan ibarət zirehli qruplarından biri Rılsk-Suca şossesi boyunca kəşfiyyat apararaq, Rılskdan təxminən 30 km cənub-şərqdə yerləşən Korenevo kəndinin kənarına çıxmağı bacarıb. Hazırda Rusiya qoşunları Ukrayna birləşmələrinə zərbələr endirir və magistral yolda döyüşür, düşmənin Korenevski rayonunun inzibati mərkəzini işğal etməsinə mane olmağa çalışır. Ukraynanın Kursk bölgəsinə hücumunun ikinci günündə vəziyyət çətin olaraq qalır: düşmənin zərbəyə uzun hazırlığı, təəssüf ki, öz bəhrəsini verdi. Müdafiə istehkamlarını təchiz etmək üçün Rusiya ərazisinin Ukrayna Silahlı Qüvvələri tərəfindən işğal olunmuş hissələrinə düşmənin mühəndis texnikası göndərilir”. Qeyd edək ki, Ukrayna ordusunun Kurska ötən gün hücum etdiyi və Nikolayevo-Daryino, Darino və Sverdlikovo kəndlərini ələ keçirdiyi bildirilmişdi. Ukrayna mediası hücum edənlərin Rusiyanın Azadlığı Legionu olduğunu bildirir. *** Ukrayna ordusu Rusiya Federasiyasının Kursk vilayətində 11 kəndi ələ keçirib. Teleqram kanallarının məlumatına görə, hücum edən cəmi 400 əsgərdir, sərhəddə isə 2000-ə qədər ukraynalı əsgər dayanıb. Ən azı 6 rus əsgərin əsir götürüldüyü bildirilir. Ukraynalı zabitə istinadla isə Ukrayna Teleqram kanalları 300 rus əsgərin əsir götürüldüyünü iddia edir.

Olmayan uşağa görə aliment təyin edildi - Cinayət işi açıldı

Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Sozcu.az -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı həmin Mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib. Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam etdirilir.

İtkin düşən və həlak olan hərbçilərə görə iki nəfər həbs olundu

İki il əvvəl Laçında hərbçilərimizin itkin düşməsi və bir neçə gün əvvəl meyitlərinin qalıqlarının tapılması ilə bağlı cinayət işi açılıb. Sozcu.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib. Qeyd edilib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları - əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib. “Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər”, - məlumatda deyilir.