İki il əvvəl Laçında hərbçilərimizin itkin düşməsi və bir neçə gün əvvəl meyitlərinin qalıqlarının tapılması ilə bağlı cinayət işi açılıb.
Sozcu.az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Qeyd edilib ki, Azərbaycan ordusunun hərbi qulluqçuları - əsgərlər Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlunun 3 mart 2022-ci il tarixdə Laçın rayonu ərazisində itkin düşmələri ilə əlaqədar Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri ilə, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli Hərbi Məhkəməsinə göndərilib.
“Füzuli Hərbi Məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Babayev Təbriz Rasim oğlu və Həməşəyev Taleh Möhübbət oğlu onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər”, - məlumatda deyilir.