Ukrayna səfirliyindən Meksikaya müraciət: Putini həbs edin!

Ukraynanın Mexikodakı səfirliyi ölkə hökumətini Rusiya prezidenti Vladimir Putinin Meksikanın yeni prezidenti Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edəcəyi təqdirdə onu həbs etməyə çağırıb. 

Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bununla bağlı səfirlik hökumətə rəsmi müraciət ünvanlayıb. 

İnauqurasiyanın oktyabrın 1-də keçirilməsi planlaşdırılır. Ukraynalı diplomatlar Putinin hərbi cinayətkar kimi həbs edilməsi üçün BCM-nin orderini xatırladıblar, lakin Meksika rəsmiləri bildiriblər ki, Rusiya Federasiyası və Ukrayna da daxil olmaqla bütün ölkələrin liderlərini dəvət etmək standart təcrübədir.  Həkim tap

Bundan əvvəl "El Universal" yazıb ki, Meksika hökuməti Putinə ölkə BCM-nin iştirakçısı olarkən inauqurasiyaya dəvət göndərib. Ölkənin Xarici İşlər Nazirliyi izahat verib ki, Meksikanın diplomatik əlaqələr saxladığı bütün ölkələrə dəvət göndərilib. 

Share on Facebook