Xəbər verdiyimiz kimi, Kurskda Ukrayna ordusunun bölmələri ilə Rusiya silahlı qüvvələri arasında şiddətli döyüşlər gedir.
Sozcu.az xəbər verir ki, 6 avqustda regiona hücum edən Ukrayna ordusunun hazırda ərazidə möhkəmlənmək üçün istehkamçılar da gətirdiyi iddia edilir. Rusiya isə Ukrayna qüvvələrini ələ keçirdiyi ərazilərdən çıxarmaq və dövlət sərhədini bərpa etmək üçün bölgəyə ehtiyat qüvvələrini cəmləşdirib.
Rusiya MN Ukrayna qüvvələrinin ciddi canlı qüvvə və texnika itirdiyini iddia edir və bununla bağlı yeni video da yayıb. Buna baxmayaraq, Rusiya hərbi mənbələri də Ukraynanın irəliləməkdə davam etdiyini təsdiqləyirlər.