Qaz limiti məsələsində narazılıqların artan xətlə getməsini nəzərə alaraq limitlərə və qiymətlərə yenidən baxılmasına ehtiyac var.
Sozcu.az ölkə.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.
O qeyd edib ki, dağ kəndlərinin qış mövsümü ilə əlaqədar problemlər vaxtından əvvəl üzə çıxıb:
“Bəzi kəndlərdə qaz yoxdur, bəzilərində də soyuq mövsüm çox olduğundan qazdan daha çox istifadə olunur. Ona görə də qaz limitinin baxılmasına ehtiyac var. Məsələ getdikcə aktuallaşır. Bu baxımdan dağ kəndlərində qaz limitinə yenidən baxılmasına ehtiyac var".