İkinci Dünya Müharibəsindən sonra ilk dəfə başqa ölkənin ordusu Rusiya Federasiyasına daxil olub.
Sozcu.az xəbər verir ki, bunu "Bloomberg" yazıb.
Nəşr qeyd edir ki, Kursk vilayətindəki sıçrayış Rusiyanın müdafiəsinin zəifliyini göstərib və Putinin rusların müdafiəçisi imicini itirib, eyni zamanda ukraynalıların əhval-ruhiyyəsi yüksəlib. onlayn aptek
Həmçinin bildirilir ki, Kursk vilayətindəki vəziyyət Kiyevin ABŞ və avropalı müttəfiqlərinin Moskvanın eskalasiya hədələrindən qorxmaması ilə bağlı arqumentini gücləndirəcək.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
Qeyd edək ki, Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.
“Bildiyiniz kimi, Kiyev rejimi növbəti genişmiqyaslı təxribata əl atıb. O, müxtəlif növ silahlardan, o cümlədən raketlərdən mülki binalara, yaşayış binalarına və təcili yardım maşınlarına fərq qoymadan atəş açır”, - Putin iddia edib.
Döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir. Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər.
Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bir gün əvvəl Sudja yaxınlığında baş verənləri şərh etmək xahişinə cavab olaraq BBC-yə bildirib: “Hələ bu barədə məlumatımız yoxdur”.