Krımda baş verən yanğın nəticəsində sursat anbarı partlayıb, Cankoy stansiyasından Simferopol stansiyasına qədər – təxminən 100 kilometr yolda dəmiryol nəqliyyatının hərəkəti dayandırılıb.
Sozcu.az xəbər verir ki, bu barədə ASTRA Teleqram mənbələrə istinadən məlumat verir.
Qeyd olunur ki, yanğın avqustun 6-da axşam saatlarında Krasnoqvardeyski rayonunun Leninskoye və Zvezdnoye kəndləri ərazisində 104-cü Mühafizə Hava Hücum Diviziyasının müvəqqəti yerləşdiyi ərazidəki sursat anbarında baş verib.
“Sursat partlayıb, onun parçaları Zvezdnoye, Leninskoye, Andreyevka kəndlərindəki yaşayış binalarının yanına düşüb. İtkilər barədə məlumat yoxdur. Rəsmilər vəziyyətlə bağlı açıqlama verməyib, yanğının dəqiq səbəbləri məlum deyil”, - məlumatda deyilir.