Ukrayna Rusiyanın bu şəhərini ələ keçirdi – Təcili

Ukrayna ordusu artıq Suca şəhərini tam nəzarəti ələ keçirib.

Sozcu.az xəbər verir ki. bu barədə Teleqram kanalları hərbi müxbirlərə istinadela məlumat yayıb.

Bildirilir ki, Kurskda hazırda vəziyyət belədir:

- Ukrayna Silahlı Qüvvələrinin 2 briqadası Sucaya daxil olub, 4 briqada səhər saatlarında Kursk vilayətinə daxil olub, daha 8-i sərhəddə ehtiyatdadır;

- Suca Ukrayna Silahlı Qüvvələrinin tam nəzarəti altındadır;

- Kursk vilayətində cəbhə xaotikdir, rabitə olmadığından heç kim harada olduğunu bilmir;

- Ukrayna Silahlı Qüvvələri Suca üçün maddi-texniki baza qurmağa və ehtiyat toplamağa davam edir;

- Ukrayna Silahlı Qüvvələri səmaya nəzarət etmək üçün Kursk vilayəti ilə sərhəddə hava hücumundan müdafiəni gücləndirib;

- Ukrayna Silahlı Qüvvələri aktiv şəkildə manevr edir, təhlükəli ərazilərdən, ətraf yaşayış məntəqələrindən yan keçir;

- Rusiya Hərbi Hava Qüvvələrinin bu istiqamətdə aviabombaları yoxdur, yalnız anbarlarda köhnə bombalar var, onların effektivliyi sıfırdır;

- Vəziyyəti sabitləşdirmək üçün “Əhməd” bölməsinin rus qanadı Kursk vilayətinə göndərilib.

Share on Facebook